“Tərəqqi” texniki-humanitar liseyində yerlər satılır?
11-08-2020, 12:09
283

“Tərəqqi” texniki-humanitar liseyində yerlər satılır?

Bakıda övladını birinci sinifdə oxutmaq üçün yaradılan elektron sistemdən qeydiyyatdan keçirmək istəyən valideyn problemlə üzləşib.

“Report” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə paylaşım edən valideyn Babək Həmidov bir neçə gün bundan əvvəl www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada qeydiyyatdan keçirmək istəsə də, sistemdə müəyyən texniki problemlərin olduğu əsas gətirilərək müraciətin daha sonra edilməsi məsləhət görülüb.

O qeyd edib ki, övladı O.Həmidli Bakı şəhəri İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi üçün iki imtahanı uğurla keçib və müəllim seçimi etmək istəyib:

“Müəllim seçimi üçün səhər saat 10:00-dan gözləmədə idim. Deməli, saat 10:40-dan sayt “Profilaktik tədbirlər” adı ilə bağlandı. Saat 11:02-də sayt aktiv oldu, saat 11:03-də sayta daxil ola bildim. Lakin seçmək istədiyimiz müəllimin sinfi artıq dolmuşdu. Yerlərin satılması istisna edilmir.

Bəs, mən buna təəccübləndimmi? Əlbəttə ki, Yox! Çünki, bu kimi elektron hoqqabazlıq, qanunsuzluqlar daha əvvəl də oldu. Saytın qaynar xətti həmişəlik məşğuldur. Bu məsələnin həlli ilə bağlı dostlara da zəng edə, xahiş edə, əvvəlcədən müəllim seçimi işimi də həll edə bilərdim. Lakin etmədin, çünki bu qanunsuz və başqa uşaqların haqqına girə bilməzdim.

Saytın işləmədiyi "Profilaktik tədbir" müddətində hansısa hoqqabazlar 6 yaşlı uşaqların təhsil haqqını indidən pozmağa başladı. Bu məsələyə dair Təhsil Nazirliyindən əsaslı və ətraflı izah, açıqlama tələb edirəm. Problem aradan qalxmayacağı təqdirdə Təhsil Nazirliyini məhkəməyə verəcəyəm”.

İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyindən isə valideynin paylaşımına cavab olaraq O.Həmidlinin biliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi müsahibə və liseyin keçirdiyi müsabiqə zamanı obyektiv olaraq qiymətləndirildiyi və liseyə qəbul olunduğu təsdiqlənib:

“Liseyə qəbul olunan 90 şagird üçün hər birində 30 şagird olmaqla 3 sinif açılıb. Müəllim seçimi onlayn aktiv olan anda sizin kimi digər 89 valideyn də Xumara Ağacanovanı seçmək hüququndan istifadə edib və 30 yer hamısı tutulub. Yəqin ki, həmin valideynlərin bəzisi ilə sizin də əlaqəniz var. Əgər əlinizdə hər hansı bir neqativ hal varsa, buyurun yaza bilərsiniz. Onlayn seçimə lisey də daxil olmaqla heç kim müdaxilə edə bilməz. Yalnız hər bir valideyn şəxsi kabinetinə daxil olub, seçim edə bilir. Siz digər iki sinfi seçə bilərsiniz, yəni övladınızın “Tərəqqi” liseyinə daxil olmasını heç kim ləğv etməyib”.

Həmçinin qeyd olunub ki, saat 11:05-də Xumara Ağacanova adlı müəllimin sinfi tam dolmuş vəziyyətdə olub.

Oxşar xəbərlər

Liseylərə elektron qeydiyyat başa çatıb
Liseylərin V siniflərinə qeydiyyat başlayır
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
Məktəbəhazırlıqla bağlı ən çox verilən suallara CAVAB
Azərbaycanda altı mindən çox müəllim iş yerini dəyişmək istəyir
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Azərbaycanda turistlərlə bağlı yenilik olacaq
DİM-in müraciəti yayılıb: “Abituriyentləri aldadırlar”
Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
I sinfə şagird qəbulunun vaxtı bitdi
"KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir" - İbrahim Məmmədov
Bakıdan rayonlara gediş-gəlişə yalnız iki halda icazə veriləcək - RƏSMİ
Magistraturaya qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadıldı
Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur
Bu tədris ilində Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlanıb
VÖEN-i olduğu üçün 190 manat ala bilməyən nə etsin? - Qaydanı burdan oxuyun...
Sabahkı imtahanlarda 4 606 nəfər iştirak edəcək
Sağlamlıq imkanı məhdud uşaqların I sinifə qəbulu qaydası açıqlandı
Repetitorlar VÖEN almaq üçün nə etməlidirlər?
Bəy gəlini öpdükdən beş dəqiqə sonra öldü - FOTO
Bu gün növbəti imtahanlar keçiriləcək - DİM
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Bu gecə Bakıda və bir sıra ərazilərdə postlar qurulacaq - DYP
DİM avqustun 27-də növbəti imtahanlar keçirəcək
Avtomobillərin texniki baxışı üçün Qaradağda yeni müayinə mərkəzi işə başladı
Azərbaycanda bu insanların gecə 11-dən sonra çölə çıxması QADAĞANDIR - RƏSMİ
Qəbul imtahanları başlayıb
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar