Başınız nəyə qarışıb, Gülçöhrə Məmmədova ?-  Memarlıq və İnşaat Universitetində ''rüşvət'' çiçəklənir ?
8-07-2021, 10:05
355

Başınız nəyə qarışıb, Gülçöhrə Məmmədova ?- Memarlıq və İnşaat Universitetində ''rüşvət'' çiçəklənir ?

Tələbələrdən  İPHONE  telefonu tələb olunur...


Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova görəsən, bir qrup tələbənin, Prezidentə, Birinci Vitse-Prezidentə, Baş nazirə və digər vəzifə sahiblərinə  müraciətindən xəbəri varmı ? 
Əgər, xəbəri yoxdursa, pis. Yox, əgər xəbəri varsa və tədbir görmürsə, lap pis. 
Məlumat üçün bildirək ki, Universitetin bir qrup tələbəsi ali məktəbdə baş verən qanunsuzluqlardan, özbaşınalıqdan, rüşvət hallarında şikayət etmişdi. 
Məlumdur ki, pandemiya ilə bağlı hazırda tədris online üsulla aparılır. Əlbəttə, başqa variant mümkün deyil. Bu da təhsili istər-istəməz bərbad duruma salır. 
Gülçöhrə Məmmədova isə tələbələri sıxma-boğmaya salır, məqsəd nə isə almaqdır. 
Təsəvvür edirsiniz kasıb tələbə Android tipli telefonla dərsə qoşulur. Amma rektor tələb edir ki, bütün tələbələr  İPHONE telefonu almalıdırlar və dərsə mütləq bu telefonla qoşulmalıdırlar. 
Axı, kasıb tələbə bu telefonu necə alsın, xanım Gülçöhrə Məmmədova 
Həm də niyə məhz  İPHONE telefonu ? 
Bəlkə mobil telefon alveri ilə məşğulsunuz, cənab rektor ? 
Tələbələr onu da qeyd edir ki, artıq yaş müddətini keçmiş müəllimlər tələbələrə qənim kəsilir, düzgün dərs tədris etmirlər.
Rektor Gülçöhrə Məmmədova isə gənclərə yol açmaq əvəzinə  qocalara himayədarlıq edir. 
Hətta elmə, tədrisə heç bir  dəxli olmayan şəxsləri universitetdə kafedra müdiri təyin edir. 
Cənab rektor, Metro Tağı Əhmədov ömründə 1-cə saat dərs keçməyib. Siz onu ali məktəbin auditoriyasına necə buraxırsınız ?
Nə almısınız, tələbələrdən nə istəyirsiniz ?
Gülçöhrə xanım, cənab Zabelinə də universitetdə bir vəzifə versəniz, hər şey əla olar. 
Siz o boyda ali məktəbi bazara çevirmisiniz. 
Bir məsələyə də münasibətinizi bilmək istəyərdik. 
90-cı illərdən söhbət gedir ki, Bakının Baş Planı hazırlanır. 
100 illik dəyişdi, əsr bitdi, minillik başa çatdı, amma bu günlərdə Bakının meri Eldar Əzizov deyir ki, Baş Plan üzərində iş gedir. Hələ iş gedir. Axı, siz  deputat olmusunuz, indi rektorsunuz və Baş Plan bir başa sizin sahənizdir. Niyə hazırlamırsınız, niyə münasibət bildirmirsiniz ? 
Başınız nəyə qarışıb, Gülçöhrə xanım ?

Oxşar xəbərlər

Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetindən - ŞİKAYƏT
Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Tağı  amanatı,  Gülçöhrə xanım-Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın “PLANI”
GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...
AzMİU-da beynəlxalq konfrans öz işinə başladı
GDU-nun dekanı rektoru necə aldadıb? - Moskvada və aylıqdakı tələbələr...
“AZİ”nin rektoruna SƏRT İTTİHAM - “Tələbələri hədələyirlər ki, döyüşdə olmaqlarının dəxli yoxdur”
Rektor  Mustafa  Babanlının  imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır ?
Qatlana bilən iPhone satışa çıxarılacaq
Dövlət kasıblara, Azərcell də varlılara güzəşt edəcək.
Gömrükçülər 16 ədəd "İphone" markalı mobil telefonlar aşkarladı
3500 diplom qalmaqalı: Təhsil Nazirliyi olmayan lisenziyanı tələb edir: - "Prezidentə məktub ünvanlamışıq"
Azərbaycanın bir neçə universitetində dərslər bərpa olunmayacaq
İntihar edən gənc qız əlaçı tələbə olub - YENİLƏNİB - FOTO
iPhone 11 Pro gölün dibində bir il qaldı və ona heç nə olmadı…
Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib
Yanvarın 1-dən “WhatsApp” bu telefonlarda işləməyəcək
Əfqanıstanda I Vitse-prezidentə hücum: Çox sayda ölü və yaralı var Əfqanıstanda I Vitse-prezidentə hücum: Çox sayda ölü və yaralı var
"Iphone" 13-ün təxmini qiyməti açıqlandı – 1 terabayt yaddaş 6 GB RAM
"V qrupda qabiliyyət tələb edən bəzi imtahanlarda dəyişiklik edilib"
Direktorun rüşvət aldığı adamlar – ADBAAD
Sumqayıt Texniki Kollecdə Mətanət Pirquliyeva ilə xalası Raya Nəcəfova arasında maliyyə davası-  Təhsil naziri Əmrullayev  və SDU-nin rektoru Hüseynov hara baxır ?
Bu telefonlarda “WhatsApp” İŞLƏMƏYƏCƏK
“Bir “iPhone 12” telefonu almaq üçün 2 ton pomidor satmalıyıq“ - İqtisadçıdan MARAQLI MÜQAYİSƏ
Alıcılar iPhone 11 modellərinin ekranlarının keyfiyyətsizliklərindən şikayətlənirlər
“iPhone“ların təhlükəli cəhəti aşkarlandı
Lalə Məmmədova koronavirusa yoluxdu
Bakıda nigeriyalı tələbə qarət edildi
Azərbaycan Dillər Universitetində kütləvi ixtisarlar... - NƏ MƏQSƏD GÜDÜR?
Akademik Telman Əliyev vəfat etdi