Divarları qaşıyan REKTOR Mustafa Babanlı...
Rektor AZİ-ni ildə neçə dəfə “remont” edir..?
Mustafa Babanlı AZİ-ni öz şirkəti kimi işlədir
Mustafa Babanlının rektor olduğu Azərbaycan Dövlət Neft və Sənaye Universiteti həqiqətən də nüfuzlu ali təhsil ocağı olsaydı, ölkədə ikinci bir Bakı Ali Neft Məktəbini açmağa ehtiyac qalmazdı.
Görünür yüksək səviyyədə əmin olublar ki, Mustafa Babanlının əməlləri nəticəsində adına xalq arasında AZİ deyilən təhsil ocağı əvvəlki nüfuzunu itirib və onu bərpa etmək mümkün olmayacaq. Ona görə də ikinci Ali Neft Məktəbinə ehtiyac var.
Amma sovet dönəmində hamımızın yaxşı yadındadır ki, dünyanın bir çox ölkələrindən tələbələr gəlib AZİ-də təhsil alıb ölkələrinə yüksək neft mühəndisi kimi qayıdırdılar. Uzaq Kubadan, Anqoladan gələn tələbələr AZİ-də oxuyurdu.
Sonrakı dönəmdə Mustafa Babanlı kimi rektorlar, AZİ-nin nüfuzunu çox aşağı saldı, hətta AZİ-ni ailə podratına çevirdi. Bəli, təəccüblənməyin, ailə podratı.
Mustafa Babanlı Universitetə rektor təyin edildikdən az vaxt sonra bacısı oğlu Rusif Hüseynovu özünə müşavir təyin edib.
Bacısı oğlunu müşavir təyin etdikdən sonra Mustafa Babanlı bacısı gəlini, yəni müşavirinin xanımını da Beynəlxalq əlaqələr şöbəsinin müdiri təyin edib.
Bacı oğlu ilə yoldaşının hər il Universitetin büdcəsi hesabına xarici ölkələrə səfərlərə göndərir.
Daha ailə biznesi, ailə podratı necə olmalıdır ki ?
Bəs, Azərbaycanda korrupsiya ilə bağlı qəbul edilmiş qanunda yazılıb ki, yaxın qohumların bir qurumda çalışması korrupsiyaya yol açır.
Cənab rektor, qanunları niyə tapdalayırsan ?
Sonra bir vacib məsələni də qeyd edək.
Rektor Mustafa Babanlı AZİ-nin divarları ildə bir neçə dəfə qaşıyır, “remont” adı ilə pulları silib mənimsəyir. Axı, bu pullar tələbələrin təhsil haqqından toplanıb cənab rektor. Və təhsilin səviyyəsinin yüksəlməsinə sərf olunmalıdır, divarları qaşımağa yox. Əslində divar qaşımaq bəhanədir, söhbət yüz minlərin silinməsindən gedir. Yəni “remont” biznesindən.
Ancaq Mustafa Babanlının biznesi bununla bitmir.
Sonra imtahan biznesi gəlir.
Universitetin tələbələri özləri deyir ki, Mustafa Babanlı tələbələri kəsməklə, universitetin hesabına əlavə pul ödənilməsini və həmin pulların dolayı yolla mənimsənilməsini həyata keçirir.
Bundan böyük nə ittiham ola bilər, cənab rektor ?
AZİ-də qayıb biznesi çiçəklənir və ən biabırçı hal odur ki, qayıbın qiymətini rektor müəyyən edir.
Mustafa Babanlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə rektor təyin ediləndən buradakı vəziyyət dözülməz hala çatıb, özbaşınalıqların, haqsızlıqların sayı hesabı yoxdur.
Təkcə tələbələr deyil, AZİ-nin müəllimləri, alimlər də Mustafa Babanlıdan çox narazıdır. Nəinki narazıdırlar, hətta rektoru məhkəməyə veriblər. Bərəkallah, müəllim yoldaşları rektoru məhkəməyə verib.
Belə rektordan tələbələr hansı tərbiyəni alsın ?
Mustafa Babanlı öz bacı oğluna və onun həyat yoldaşına ən yüksək maaş yazır, ancaq 11 ilin müəlliməsinə 1 ayda 3 dəfə töhmət verir. Bu necə olur ?
Səbəb nədir ?
Müəllimə məhkəməyə verdiyi iddia ərizəsində yazır ki, rektor onu zorla işdən çıxartmağa çalışır.
Səbəb isə odur ki, rektorun fakültələrlə görüşü zamanı müəllimə universitetdəki problemlərdən, fakültədaxili qruplaşmalardan danışıb və əlavə edib ki, universitetdə “ölücan müəllimlər” var, yəni adları gedir, maaş alırlar, amma dərsdə olmurlar.
Və dərsə gəlməyən “ölücan müəllim” dərsə gələn müəllimlərdən daha çox maaş alır.
Mustafa Babanlı universitetdə kafe biznesi ilə də məşğul olur.
Bəli, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin hər mərtəbəsində bufet-kafe fəaliyyət göstərir. Rektor həmin yerləri icarəyə verib, heç bir vergi də ödəmir.
Hətta buna görə, hətta Vergilər Nazirliyi universiteti cərimələyib də.
Cənab rektor hətta universitetdə magistr təhsili alan qızı Məhsəti Babanlıya da maaş yazır.
Mustafa Babanlı AZİ-ni öz şirkəti kimi işlədir.
Bəs görəsən, təhsil naziri Emin Əmrullayev hara baxır ?
Rektor Mustafa Babanlı AZİ-də “ölücan” müəllimlər saxlayır ?- Bəs təhsil naziri Emin Əmrullayev hara baxır ?
08
iyul
23:45

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Rektor Mustafa Babanlının imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır ?
Dövlət Universiteti, yoxsa AİLƏ PODRATI... - İTTİHAM
Tələbələrdən ADNSU rektoruna qarşı ETİRAZ... - "Təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin"
ADNSU ilə “Cisco” şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb
Prezident onlara fəxri adlar verdi
Mirələmovu kim(lər) rüsvay etdi? - Görüntüləri Şura üzvlərindən biri yayıb...
Mustafa Şentop Əli Əsədovla görüşdü - FOTO
Milli Məclisdə operativ qərargaha tənqid: “Toylar keçirilməlidir”
Əri tərəfindən şiddətə məruz qalan aktrisa 15 dəqiqədə boşandı - Foto
ADNSU-nun kollektivi Xocalı abidəsini ziyarət edib - FOTOLAR
Mustafa Rifat İlham Əliyevə: "24 saat əmrinizdəyik"
Prezident Bağdad Amreyevi, Mustafa Rifatı, Adham İkramovu və Marat Şarşekeyevi qəbul edib
İDDİA: Rektor nazirliyin komissiyasını qovub... - Əmirullayevə "əzələ nümayişi"
Deputat parlamentə Qırmızı Ordunun Azərbaycanı işğal etməsi barədə qərar layihəsi təqdim etdi
GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...
Tədrisin davamlı olması qaydalara riayət etməyimizdən asılı olacaq - Təhsil naziri
Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
Yeyinti institutunu bitirən İdman Akademiyasının rektoru Fuad Hacıyev Rektor fəaliyyətinə “yeyinti”dən başladı ?
Mustafa Şentop Azərbaycan xalqını təbrik edib
Novruzda əfv gözlənilir - Komissiya bu gün toplandı
Bu gün Əfv Komissiyasının iclası keçiriləcək
Rektor 1 milyona ev, 440 min manata cip aldı
Bu şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar
Nazir: "Təhsil haqqı üçün hər tələbəyə güzəşt edilməsi mümkün deyil"
Sərdar Ortaçla Mustafa Ceceli Bakıya gəlir
Təhsil naziri tələbələri təbrik edib
Aqrar Universitetinin rektoru DSK sədri olanda katibəsi nə üçün intihar etdi ? - Məmur-müəllimlərin maaşını kim alır, cənab rektor İbrahim Cəfərov ?
Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər
Koronavirus onları birləşdirdi: Mustafa Sandal keçmiş arvadı ilə yenidən evlənəcək - FOTO
“İdman zalları açılsa, nə olacaq?" - Deputat
- Tokayev Aİ-yə Qazaxıstan neftini almağı təklif edib
- “Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi
- Roza: “Məni çox adam istəyə bilər, hələ cavanam“
- “2018-ci ilin hadisələrinə hüquqi qiymət verilməlidir“ - Erməni deputat
- Türk ordusu daha 9 terrorçunu zərərsizləşdirdi
- "Rusiyanın ölü və yaralı hərbçilərinin sayı 115 minə çatıb" - Podolyak
- BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"
- Bir avro 64 rubla çatdı
- Dolların məzənnəsi sabit qaldı
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?