Bu gündən müəllimlərin işə qəbulu başlayır
14-08-2020, 11:36
129

Bu gündən müəllimlərin işə qəbulu başlayır

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilir. "Report" xəbər verir ki, bu mərhələdə 46 228 namizəd iştirak hüququ qazanıb.
Müvafiq ixtisas üzrə test imtahanının keçiriləcəyi tarix və yer barədə məlumat namizədlərin şəxsi səhifələrinə mərhələli qaydada göndəriləcək.
Test imtahanlarının Bakı, Gəncə, Sumqayıt, LənkəranMasallı, Şirvan, KürdəmirAğdaş, Mingəçevir, BərdəAğcabədi, Quba, ŞamaxıBalakənİsmayıllıAğstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilməsi nəzərdə tutulub. İmtahanlar təxminən 18 gün davam edəcək. Namizədlərə ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim ediləcək. İmtahan müddəti 90 dəqiqədir, bütün regional mərkəzlərdə bu müddət başa çatdıqdan sonra namizədlərə 10 dəqiqə ərzində cavabları təfsilatlı görmək imkanı yaradılacaq.
İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair” metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək.
İmtahana gələn namizədlərin şəxsi səhifələrində qeyd olunacaq vaxtdan 1 saat əvvəl imtahan təşkil edilən mərkəzdə olmaları zəruridir. Namizədlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və şəxsi səhifədən çıxarışı özləri ilə gətirməlidirlər.

Oxşar xəbərlər

Bu gün 3 506 nəfər imtahan verəcək
İşə qəbul imtahanlarında ən yüksək nəticə göstərən namizəd - Foto
Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir
Bu gün 3 523 nəfər MİQ imtahanında iştirak edəcək
Bu gün MİQ imtahanında 2 795 namizəd iştirak edəcək
Bu gün 2 997 nəfər MİQ imtahanında iştirak edəcək
İşə qəbul imtahanları davam edir
Müəllim olmaq istəyən 2396 namizəd bu gün imtahan verir
Müəllim olmaq istəyən 2383 namizəd üçün imtahan keçirilir
İngilis dili müəllimi olmaq istəyənlər imtahan verir
Müəllim olmaq istəyənlər sınağa çəkilir
Təhsil Nazirliyi MİQ imtahanında iştirak edən namizədlərə müraciət etdi
Coğrafiya müəllimi olmaq istəyənlər imtahan verir
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
Azərbaycanda növbəti qəbul imtahanları keçirilir
Gürcüstanda karantin müddəti qısaldıldı
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
Liseylərə qəbul imtahanları keçirilir
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Sabahkı imtahanlarda 4 606 nəfər iştirak edəcək
Bu gün növbəti imtahanlar keçiriləcək - DİM
DİM avqustun 27-də növbəti imtahanlar keçirəcək
Müəllim olmaq istəyənlərin nəzərinə: Nəticələr elan olundu
Müddətsiz əmək müqaviləsi üçün müsahibələr onlayn keçiriləcək
Yerdəyişmə müsabiqəsində hansı müəllimlər iştirak edə bilməyəcək?
Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı
Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Müəllimlərin işə qəbulu üçün müsahibələrin tarixi açıqlandı
Ən çox ixtisas seçimi bu qruplarda olub
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir