Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
14-08-2020, 22:19
434

Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?

Bu ildən etibarən məktəbəhazırlıq qruplarına uşaqların elektron sənəd qəbulu bütün respublika üzrə əhatə olunacaq.
Hər il təxminən avqust ayının ikinci on günlüyündə məktəbəhazırlıq qruplarına şagird qəbulu https://mektebeqebul.edu.az/az/ elektron sistemi vasitəsilə həyata keçirilirdi.
Koronavirus pandemiyası səbəbindən bu il üçün sənəd qəbulunun dəqiq vaxtı hələ açıqlanmayıb.
Xatırladaq ki, ötən tədris ilində məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı avqustun 26-dan sentyabrın 25-dək davam edib. 2018-ci ildə isə ərizələrin onlayn qeydiyyatı avqustun 15-dən sentyabrın 25-dək həyata keçirilib. Bu il üçün sənəd qəbulunun növbəti iki həftə ərzində elan edilməsi planlaşdırılır. Baxmayaraq ki, tədrisin hansı formada və nə vaxtdan aparılacağı ilə bağlı hələ yekun qərar yoxdur.
Yeri gəlmişkən, Təhsil İnstitutu COVID-19 şəraitində yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkil ilə bağlı təklif və tövsiyələri əks etdirən elmi araşdırma nəticələrini ictimaiyyətə təqdim edib.
Elmi araşdırmalarda təhsil müəssisələrinin açılması ilə bağlı bir sıra qabaqcıl dünya ölkələrinin təcrübəsində istifadə olunan mərhələli yanaşma şərtlərinə yer verilib.
Qeyd olunub ki, yumşaq karantin mərhələsində məktəbəqədər və ibtidai təhsilin açılması barədə qərar verilir, digər müəssisələr isə bağlı qalır. Tədris proqramlarının böyük hissəsi məsafədən təmin edilir. Bu mərhələdə məktəb günlərinin sayı azaldılır, diqqət həssas qruplar və fənlərə yönəldilir. Ciddi təhlükəsizlik protokolları tətbiq edilir, məktəb heyəti, müəllimlər və infrastrukturla bağlı qaydalar müəyyən edilir.
2019-cu ilin əvvəlinə Bakı şəhəri və rayonları üzrə qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrinin statistikasına əsasən, 106 özəl məktəbəqədər təhsil müəssisəsində 4 124 uşaq təhsil alıb. Azyaşlı uşaqların yoluxma riskinin digər yaş qruplarına nisbətən aşağı olması bu məntiqi əsaslandıran mühüm məqamdır. Nəzərə alsaq ki, karantin rejiminin yumşaldılması ilə valideynlərin daha böyük hissəsi normal iş həyatına qayıdacaqlar, bu mənada baxıma ehtiyac olan uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi valideynlər üçün ciddi dəstək olacaq.
Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən ayrı-ayrı təhsil pilləri üzrə təklif edilən modellər mövcud yerli vəziyyəti təhlil etməklə və təhsil müəssisələrinin fəaliyyətinin bərpa olunması ilə bağlı beynəlxalq təcrübəni qiymətləndirməklə təhsil müəssisələrindəki (özəl və dövlət) fəaliyyətin qismən və mərhələli şəkildə bərpasını təklif edir:
Məktəbəqədər təhsilə gəlincə, uşaqların qidalanması və eyni otaqda yatması böyük yoluxma riski yaratdığına görə uşaq bağçalarının yalnız “sarı” zonalarda fəaliyyətinin bərpası məqsədəuyğun hesab edilir.
Məktəbəhazırlıq qruplarında uşaqların həftədə 6 saatlıq (həftədə 2 gün 3 saat olmaqla) tədris planı əsasında tədrisə cəlb edilməsi təklif edilir. Bu halda da siniflərdə şagird sayı 20 nəfərdən çox olduqda yarımqrupların təşkil edilməsi tövsiyələr sirasında qeyd olunur.
İcma əsaslı məktəbəqədər qruplara 400-ə qədər kənddə 10 000-ə qədər uşaq cəlb edilib. Bu qruplar 3-4 və 4-5 yaşlı uşaqları əhatə edir və ümumi təhsil müəssisəsinin nəzdində təşkil edilir. Qruplarda uşaq sayının 10-15 nəfər olduğunu, qidalanma olmamasını və uşaqların yatmadığını nəzərə alaraq bu qrupların faəliyyətinin bərpa edilməsi təklif olunur.

Oxşar xəbərlər

Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
Məktəbəhazırlıqla bağlı ən çox verilən suallara CAVAB
I sinfə şagird qəbulunun vaxtı bitdi
Müəllimlərin yekun qiymətləndirməsi başa çatdı
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
DİM sədri elektron ərizə qəbuluna münasibət bildirdi
Bu tədris ilində Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlanıb
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Karantin bitdikdən sonra sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək
Şagirdlərə tibbi arayışların verilməsi ilə bağlı açıqlama
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən açıqlama
DİM-dən AÇIQLAMA: "Özəl ali məktəblərə qəbul olanlar..."
DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir
Liseylərin V siniflərinə qeydiyyat başlayır
Kolleclərə də sənəd qəbulu başlayır
Azərbaycanda altı mindən çox müəllim iş yerini dəyişmək istəyir
Türkiyədə məktəblər mayın 31-dək bağlı qalacaq
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Bu tarixdən dərslər bərpa edilir - Nazir AÇIQLADI
Təhsil naziri məktəblərin açılmasından danışdı
Məktəbəhazırlıq mərhələsi ümumi təhsil pilləsinə daxil edilir
Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Yerdəyişmə müsabiqəsində hansı müəllimlər iştirak edə bilməyəcək?
Tədris əyani, yoxsa onlayn olsun?
Təhsil Nazirliyi vətəndaşların qəbulunu sentyabrın 30-dək dayandırıb - Diqqət!
Bu tarixdən tələbələrin köçürülməsinə başlanılacaq