Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən açıqlama
1-08-2021, 09:50
97

Dərslər nə vaxt başlayacaq? - Təhsil Nazirliyindən açıqlama

Sentyabrdan sərt karantin qaydalarına qayıdılacağı ilə bağlı şayiələrə rəğmən, Nazirlər Kabineti yanında Operativ Qərargah ənənəvi təhsilin bərpası üzərində iş aparır.
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümovun sonuncu brifinqdən sonra jurnalistlərə "vətəndaşlar qısa müddətdə kütləvi vaksinasiyaya gedəcəksə, qapanmalara da ehtiyac olmayacaq” açıqlaması da bunu təsdiqləyir.
Hökumətdəki mənbədən Modern.az-a daxil olan məlumata görə, 2021/2022-ci tədris ilində ənənəvi təhsilə daha sağlam keçilməsi üçün vaksinasiya prosesinin sürətləndirilməsi əsas prioritet olaraq götürülüb. Elə Nazirlər Kabienti yanında Operativ Qərargahın "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında da ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərə COVID-19 pasportunun olması tələbi qoyulub.
Bununla yanaşı, yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxanalarda, iri ticarət mərkəzlərində göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər.
Mənbə qeyd edir ki, bu tələblərin qoyulması həm də ənənəvi təhsilə keçilməsi üçün hazırlıq xarakteri daşıyır. Bununla belə ənənəvi təhsilin sentyabrın 15-dən deyil, oktyabrın 1-dən başlanması nəzərdə tutulur. Bunun həmin dövrə qədər peyvəndləmə prosesini yekunlaşdırmaq üçün zaman qazanmağa xidmət etdiyi bildirilir.
Təhsil Nazirliyindən bildirilib ki, növbəti tədris ili üçün pandemiya şəraitində tədrisin təşkili ilə bağlı müxtəlif ölkələrin təcrübəsi araşdırılır: "Burada əsas məqsəd ənənəvi təhsilə qayıtmaq imkanlarını öyrənməkdir”.

Oxşar xəbərlər

Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya bu tarixdə başlanılacaq
"Evdə özünü müalicəyə ehtiyac yoxdur" - Şahmar Mövsümov
Operativ Qərargah rayonlara gedənlərə ÇAĞIRIŞ ETDİ
Karantin xəbəri haqda prezidentin köməkçisindən AÇIQLAMA
Karantinlə bağlı bəzi detallar müəyyənləşdi: SMS-icazə və...
Bu halda yenidən qapanmalar tətbiq OLUNACAQ
Operativ Qərargah brifinq keçirir - Canlı yayım
Sərt karantin qapıda: Operativ Qərargahdan AÇIQLAMA
"Avqustun 5-dən sonra vəziyyət ciddiləşə bilər" - Açıqlama
Məktəblərdə kütləvi tədbirlər QADAĞAN EDİLDİ
Sentyabrdan ənənəvi tədris bərpa olunacaq? - RƏSMİ
Karantinlə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldı
Bu şəxslərə 190 manat yenidən veriləcək - RƏSMİ
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? - Qısa İZAH
Bu şəhər və rayonlarda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı
"İşçilərinin sertifikatı olmayan obyektlər bağlanacaq" - Prezidentin köməkçisi
Azərbaycanda iyunun 10-dan məscidlər açılır
Repetitorlardan da COVID-19 pasportu tələb olunacaq
Daha bir məhdudiyyət aradan qaldırıldı
TƏBİB-dən karantin günlərində toyların keçirilməsi ilə bağlı açıqlama
Operativ Qərargah vətəndaşlara müraciət edib
Çimərliklərin fəaliyyəti bərpa edilir - BU TARİXDƏN
Vaksinasiya olunan şəxslərə ŞAD XƏBƏR
Bərbərxana və gözəllik salonlarına giriş COVID-19 pasportu ilə olacaq
Məktəblərdə ilk dərs koronavirusa həsr olunacaq
Bu tarixdən metronun fəaliyyəti bərpa olunur
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA: “Məcburi deyildi...”
Azərbaycanda COVİD pasportunun necə əldə olunacağı açıqlandı
DİQQƏT: Bu qadağa aprelin 1-dək qüvvədə qaldı
Toylarla bağlı qadağa yenidən tətbiq olunacaq? – Baş nazirdən anons