Rektor Havar Məmmədovun “hava”sını alacaqlar- Rektorun milyonluq mülklərinin siyahısı…
3-08-2021, 18:48
439

Rektor Havar Məmmədovun “hava”sını alacaqlar- Rektorun milyonluq mülklərinin siyahısı…

Adına bazar iqtisadiyyatı dediyimiz  zəhrimar nədisə bütün cəmiyyəti bazara çevirir. 
Axı, bizim bildiyimiz təhsil sistemi hara, bazar hara ? 
Təhsil sistemində çalışanları həmişə üzü ağ, alnı açıq və cibi boş görmüşdük. 
Amma indiki rektorların, dekanların çoxunun başı boş, cibi doludur. Təkcə dolu deyil e, heç də rüşvətxor nazirlərdən, komitə sədrlərindən geri qalmırlar. 
Bizim tanıdığımız  sovet dövrünün rektorları hara, indiki  bazarkom rektorlar hara ?
Bəli, təəccüblənməyin, indiki rektorlar rəhbəri olduqları ali məktəbləri  sözün həqiqi mənasında bazara çeviriblər. Kimi istəyirlər işdən qovurlar, öz qohum-əqrəbalarını başlarına yığırlar. İmtahanlar pullu, kəsrlər pullu, qayıbları pulla silirlər, tələbələrin təhsil haqlarını öz dədələrinin pulları kimi xərcləyirlər və s. 
Ali məktəblərin binalarının, korpuslarının təmirinə xərclənən milyonların çoxu rektorların cibinə gedir. 
Ona görə də rektorlar qısa vaxtda oliqarxa çevrilirlər. 
Belə rektorlardan biri də Texniki Universitetin keçmiş, Bakı Mühəndislik Universitetinin indiki rektoru Havar Məmmədovdur. 
Havar Məmmədov hələ neçə illər əvvəl universitetin idman zalını it boğuşduranlara arendaya verməsi ilə gündəmə gəlmişdi. 
Amma nə olsun. Havar Məmmədov 16 il  aldığı rüşvət və korrupsiyanın hesabına nələrə sahib olub: 
- Binəqədi rayonu, Xocahəsən qəsəbəsində fəaliyyət göstərən dəmir zavodunda armatur və digər məhsullar istehsalı və satışı mərkəzi, 
- 4 milyon dəyərində villa və bir neçə dəyəri yarım milyondan çox olan malikanə,
- Heydər Əliyev Məscidinin yaxınlığında, dəyəri 6 milyon olan 3 mərtəbəli villası,
-  “Saba Gars” avtomobil mərkəzi, 
-  “MakroMarket” mağazalar şəbəkəsi və daha nələr. 
Bundan başqa, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, həmçinin xaricdə də bir neçə dəbdəbəli daşınmaz əmlaka, eləcə də bahalı avtomobillərin, zavodların, çox sayda kiçik və böyük şirkətlərin sahibi olması iddia edilir. 
Bu adam üçün ziyalı, alim olmaq önəmli deyil. Önəmli olan pul və yenə də puldur. 
Vaxtilə  rüşvətxor rektor kimi ad çıxaran Havar Məmmədovun vəzifədən qovulması ilə bağlı Təhsil Nazirliyinin qərarı olub. Amma sonra Havar Məmmədov pulun hesabına qərarı  dəyişdirib. Ancaq həmin vaxt aparılan istintaq materialları hələ də Havarı gözləyir. 
Yəqin ki, bir gün Havarın havasını alacaqlar.

P.S Rektorun ermənilərə sevgisi haradandır? Elmi rütbəni erməniləri tərənnüm etməklə əldə edən rektor haqqında növbəti yazıda

Oxşar xəbərlər

“Yeni təyin olunan rektorlar arasında ciddi rəqabət gedir” - Deputat
Rektor Mustafa Babanlı AZİ-də “ölücan”  müəllimlər saxlayır ?- Bəs təhsil naziri Emin Əmrullayev hara baxır ?
Bakı Mühəndislik Universiteti  rektoru Havar Məmmədovun milyonluq villaları,avtomobilləri,zavodları...
Nərimanovda köhnə qəbristanlıqda  MƏMUR ŞƏHƏRİ .. -Xalqdan oğurlanan milyardların izi ilə...
Binəqədinin icra başçısı sınaq qarşısında: - "Ayrılan pulları hara xərcləyirsən?"
Azərbaycanlılar Rusiyada qiyam qaldırdı
Təhsil Nazirinin müavini Firudin Qurbanov “Təhsil Bazarkomu”dur ?- Firudin Qurbanovun MİLYONLUQ OBYEKTLƏRİ, BİZNESi  ...
Rektor  Mustafa  Babanlının  imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır ?
SDU dövlətin qanunlarını tanımır?.. - ATU-da da eyni mənzərədir...
Kolleclər  tələbəni ƏMƏK  BAZAR-ına hazırlaya bilmir-  Kollecləri ali məktəblərin nəzdinə verməklə heç nə dəyişmədi...
Emin Əmrullayev  Dərnəgül bazarından Təhsil Nazirliyinə  “kadro”  gətirib...- Təzə Nazir xalası qızına vəzifə verib...
Rektorun 16 illik "fəaliyyəti"... - Super marketlər, avtosalonlar, villalar…
Gəncənin qocalmış rektorları yola salınır - Meydan gəncliyindir
“Yaşıl Bazar”da  8 martda od qiymətinə güllər-  Maska taxmayan dükan sahibləri vergidən necə yayınır ?
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
Təhsilimizin  “Xarı bülbülü”- Təhsil nazirinin müavini  Firudin Qurbanovun MİLYONLUQ OBYEKTLƏRİ, BİZNESLƏRİ VƏ...
Təhsil nazirinin müavini Firudin Qurbanov Kooperasiya İnstitutunda sanki  rüşvət “praktikası”  keçib...-  Nazir müavininin Avropadakı biznesini  qardaşı idarə edir...
Təhsil nazirinin bu sözü rüşvətə yaşıl işıq yandırmaqdır - Ekspert
Tələbələrin təhsil haqqını mənimsəyən şöbə müdiri işdən çıxarıldı
Ayə, qoymayın üstümə İrasim gəlir..-RASİM MƏMMƏDOVUN CİNAYƏT ƏMƏLLƏRİ.....
İmişlidə ən ucuz XƏSTƏLİK MƏNBƏYİ... - "Biz indi Ramiz Mehdiyevi hardan alaq ki?.."
Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır
“Dövlət borcu artır. Bu pulları hara xərcləyiblər?“ - Erməni deputat
“Optimal Elektroniks”in baş ofisi gizli  qurumdur ?-  Şirkətin mağazalarında köhnə məhsullar təzə adı ilə satılır ?
Tovuzun icra başçısı hara baxır ki... - NARAZILIQ!
Xəzərin icra başçısı görəsən, hara baxır? - Rəsmən özbaşınalıqdır...
Tələbələrdən ADNSU rektoruna qarşı ETİRAZ... - "Təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin"
Emin Əmrullayev TƏHSİLİMİZİ hara aparır ?- Nazir Emin Əmrullayev təhsil haqları barədə niyə  danışmır ?
“MOYKA”lar gün ərzində nə qədər SU sərf edir?- “Azərsu”, Nəsimi Rayon İcra Hakimiyyəti hara baxır ?
Hacıbala Abutalıbovun  “Yaşıl bazar”ı- QİDA Agentliyi,Vergi xidməti niyə yolunu bazardan salmır ?