Liseylərə qəbul imtahanları keçirilir
17-08-2020, 12:33
213

Liseylərə qəbul imtahanları keçirilir

Avqustun 17-dən Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara qəbul imtahanları başlayıb.
Nazirlikdən verilən məlumata görə, imtahanlar avqustun 26-dək davam edəcək. Qəbul imtahanlarında 8000-ə yaxın şagirdin iştirakı gözlənilir. V-IX-cu sinif şagirdləri arasında keçirilən imtahanlar Bakı şəhərində Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Kimya-biologiya təmayüllü Respublika liseyi, S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyası, S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziya, S.Rüstəm adına Xarici dillər təmayüllü gimnaziya və A.S.Makarenko adına humanitar fənlər təmayüllü gimnaziya, eləcə də, Gəncə və Qubada yerləşən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyi, Şirvan və Şəki şəhərlərində yerləşən Kimya-biologiya təmayüllü Respublika liseyi üzrə təşkil olunacaq.
Şəmkir rayonu Kimya-biologiya təmayüllü Respublika liseyinə qəbul imtahanının sentyabrın ilk həftəsində keçirilməsi planlaşdırılır.
İmtahan zamanı şagirdlər Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, məntiqi təfəkkürünün yoxlanılması üçün qapalı test tapşırıqlarını cavablandıracaqlar. Yuxarı sinif şagirdlərinə əlavə olaraq fizika və kimya fənləri üzrə tapşırıqlar təqdim olunacaq.
İmtahanlar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) "İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair" metodiki göstərişləri nəzərə alınmaqla imtahan iştirakçıları üçün hazırlanmış təlimata uyğun təşkil ediləcək 
İmtahana gələn şagirdlərin buraxılış vərəqlərində qeyd olunan vaxtda imtahan təşkil edilən mərkəzdə olmaları xahiş olunur. Şagirdlər tibbi maskada olmalı, şəxsiyyəti təsdiq edən sənədin əslini və buraxılış vərəqini özləri ilə gətirməlidirlər.

Oxşar xəbərlər

Azərbaycanda beş yeni lisey yaradıldı - RƏSMİ
Liseylərə elektron qeydiyyat başa çatıb
Qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Ali Hərbi Məktəbdə dövlət imtahanları başlayıb
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
Müəllimlərin işə qəbulu üzrə imtahanlar davam edir
Nazirdən dərslərlə bağlı daha bir ƏMR
Liseylərin V siniflərinə qeydiyyat başlayır
Qəbul imtahanları başlayıb
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
İlham Əliyev Bakıda məktəb açılışında iştirak edib - Foto
Müəllim olmaq istəyən 2383 namizəd üçün imtahan keçirilir
Azərbaycanda növbəti qəbul imtahanları keçirilir
Qəbul imtahanları ilə bağlı vacib xəbər
“Qarabağ” – APOEL matçına nə qədər bilet satılıb?
Qəbul imtahanlarının ilkin tarixi açıqlandı
"Qarabağ" "Sevilya"ya belə uduzdu
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Özünü məktəbin üçüncü mərtəbəsindən atan şagirdin vəziyyəti ağırdır - AÇIQLAMA
İşə qəbul imtahanlarında ən yüksək nəticə göstərən namizəd - Foto
Bu gün 3 523 nəfər MİQ imtahanında iştirak edəcək
“Tərəqqi” texniki-humanitar liseyində yerlər satılır?
Buraxılış imtahanlarının nəticəsi nə vaxt bilinəcək? - RƏSMİ
"Qarabağ" UEFA Çempionlar Liqasında mübarizəyə başlayır
"Qarabağ" - APOEL oyununun biletləri satışda
Müəllim olmaq istəyən 2396 namizəd bu gün imtahan verir
Bu gün MİQ imtahanında 2 795 namizəd iştirak edəcək
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı