Azərbaycan təhsilinin  çadralı Məhəbbəti getdi...- Həcixanımdan sonra qohumu Mehriban Vəliyeva gəldi
13-09-2021, 13:22
910

Azərbaycan təhsilinin çadralı Məhəbbəti getdi...- Həcixanımdan sonra qohumu Mehriban Vəliyeva gəldi

Açıq demək lazımdır ki, Azərbaycan təhsili  son 20-30 ildə ciddi tənəzzülə uğrayıb. Təhsilin səviyyəsi də xeyli aşağı düşüb. Ən dəhşətlisi odur ki, təlim-tərbiyyə məsələsi də ürəkaçan deyil. 
Məktəblərimizdə nələr baş verir?
Əslində sual belə olmalıdır: Nələr baş vermir? 
Şagird özünü  məktəbdə intihar edir... 
Məktəb direktoru  şagirdə təcavüz edir...
Məktəblərdə rüşvət adi hal alıb...
Müəllimlər repetitorluq üçün  direktora aylıq verir..
Direktor isə hər ay müəllimlərdən yığdığı pulu icra başçısına çatdırır..
Və daha nələr...
Uzun müddət təhsil sahəsində çalışmış,  Bakı Şəhər Təhsil İdarəsinin müdiri, sonra təhsil nazirinin müavini işləmiş Məhəbbət Vəliyevanın ötən ilin sonunda hay-küylü istefası mediada xeyli müzakirələrə səbəb oldu.
Məhəbbət Vəliyeva uzun müddət nüfuzlu liseylərdən birinin direktoru, sonra Bakı Şəhər Təhsil İdarəsinin müdiri işləyəndə rüşvətxor və korrupsioner kimi ad çıxarmışdı. 
Məhəbbət xanım, məktəb direktorlarılnın,  lisey direktorlarının təyin olunma qiymətini qaldırmışdı. 
Məhəbbət xanımın elmi işinin plagiat olması da xeyli müzakirələrə səbəb olmuşdu. 
Xanım Vəliyevanın qızı da şəhər təhsil müəssisəsində  baş mühasib kimi bu işlərdə iştirak etmişdi. 
Bütün bunları sadalamaqda məqsədimiz odur ki, Məhəbbət Vəliyevanın hay-küylü istefası barədə müxtəlif variantlar səsləndi. 
Onun korrupsiya əməlinə görə ifşa olunmasından qorxaraq infarkt keçirməsi və  səhhətinə görə istefa verməsi xəbəri də yayıldı. 
Ancaq daha çox hallanan xəbər onun Fətullah Gülənin  heyranlarından biri olması idi. 
Məlumata görə, Məhhəbbət xanım bu boyda rüşvət və korrupsiya bataqlığından sonra haqqa gəlmək istəyib. Və namaz qılaraq, oruc tutaraq günahlarının bağışlanmasını diləyirmiş. Hətta nazirliyə də  çarşabda-hicabda gəlirmiş. Yəni həcixanım imiş. 
Ancaq rəsmi məlumatda həcixanımın  guya səhhətində problem olduğu bildirilir. 
Əslində isə, eks nazir müavininin vəzifədən ayrılma səbəbi səhhətində yaranmış problem deyil, dinə meyl etməsi ilə bağlı olub. 
Sözün düzü, kiminsə namaz qılması, oruc tutması, hicab taxması bizim üçün müzakirə mövzusu deyil. Hər kəs öz inancında azaddır. 
Bizim üçün bu hicabın altında baş verən rüşvət və korrupsiya əməlləridir. 
Biz  Məhəbbət Vəliyevaya gec də olsa, düz yola, haqq yoluna qayıtmasını arzu edirik. 
Görək, onu əvəz edən və yaxını, bacısı olan Mehriban Vəliyeva nələr edir ? 
Təhsilimiz üçün külüng çalır, yoxsa..? 
Məlumat üçün qeyd edək ki, Mehriban Vəliyeva  Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.
1989-cu ildən  pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib.
2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
“Əməkdar müəllim”dir və Təhsil naziri Emin Əmrullayevin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Əslində doğma bacı olan bu iki xanım, məşhur liseydə və digər qurumlarda eyni yolu keçiblər. 
Həm də atalar demişkən, dostunu mənə göstər kim olduğunu deyim. 
Bəli, bu gün Mehriban Vəliyeva da  sələfi  Məhəbbət xanım kimi təhsilimizi  korrupsiya  dolanbaclarından keçirir. Bu iki bacı bu məsələdə vərdişkardırlar. Vərdişi tərgitmək isə müşkül məsələdir. 
Az qala  unutmuşduq ki, Mehriban Vəliyeva həm də  Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. Bəh, bəh..
Bu yerdə Kərəmi ağlamaq tutur. 
Görəsən təhsilimizin başına saldıqları daşa görə, bu iki bacını əfv edən olacaqmı ?


Oxşar xəbərlər

Əmrullayev KÖHNƏLƏRLƏ niyə BACARMIR? - İTTİHAM
199 minlik «direktor əməliyyatı» - İDDİA
Bakıda koronavirusdan 1 direktor, 18 müəllim vəfat edib
40-a yaxın məktəbin direktoru yoxdur - Bakıda
40-a yaxın məktəbin direktoru yoxdur - Bakıda
Övladını məktəbə göndərməyənlərin diqqətinə
Məktəblərdə tənəffüs vaxtı zəng çalınmayacaq
4000-dən çox şagird sinifdə qaldı
Məktəb direktoru və müavinləri cəzalandırıldılar
Bu cür məmurları azad edilmiş Kəlbəcərimizə yaxın buraxmaq olmaz... - İTTİHAM
Yevlax Təhsilində "ailə ansambılı"
Gəncə təhsilində nələr baş verir? - İDDİA
Bakıda I sinfə qəbulla bağlı YENİLİK
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Gəncə təhsilində nələr baş verir? - İTTİHAM
Peyvəndlənməyə neçə təhsil işçisi cəlb olunacaq? - AÇIQLAMA
Bakıda 18 məktəb direktoru işdən çıxarılıb
1-ci sinfə qəbul: Təhsildə rüşvətin TƏMƏL MƏRHƏLƏSİ... - FAKT BUDUR!
Təhsil sisteminin vəzifə monopoliyasının «BOSS»u kimdir? - İTTİHAM
Bakıda daha 3 məktəb koronavirusa görə BAĞLANDI
Təhsil idarəsi rüşvətxor direktoru müdafiə edir
Təhsil şöbəsi müdirinin şok səs yazısı. Özü özünü işfa etdi! ( video səs )
At tövləsinə bənzəyən Sabirabad məktəbləri...-  Ali məktəbə qəbula görə, Sabirabad ölkədə sonuncu yerlərdədir
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
“Cənab nazir, Cəlilabad təhsilini Qərənfil Əhmədovaya qurban verən kimdir?”- ŞİKAYƏT
Bakı şəhəri Təhsil İdarəsində NƏLƏR BAŞ VERİR? - İTTİHAM
Azərbaycanda vəzifəli şəxs COVID-19-a yoluxdu
Bakıda müəllimlər arasında koronavirusa kütləvi yoluxma: İki məktəb bağlandı - RƏSMİ
Təhsil şöbəsinin müdiri və üç direktor işdən AZAD EDİLDİ
Emin Əmrullayev təhsil naziri oldu - Foto