Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazovun  “çoxşaxəli biznesi”- DİREKTOR KOLLECDƏN YÜZ MİNLƏR QAZANIR...
14-09-2021, 22:30
412

Sumqayıt Tibb Kollecinin direktoru Rəfael Eyvazovun “çoxşaxəli biznesi”- DİREKTOR KOLLECDƏN YÜZ MİNLƏR QAZANIR...

Direktor  “tender”, “təkmilləşmə”, “ imtahan”, “qayıb” biznesindən  yüz minlər qazanır

Rəfael  Eyvazovun Lənkəran Universiteti, Əlikram Hümbətovla bağlı xatirələri 


Məlumat üçün  qeyd edək ki, Əziz  Əliyev adına Sumqayıt Tibb Məktəbi respublikanın orta tibb işçilərinə olan ehtiyacını ödəmək məqsədi ilə Ulu öndərimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1969-cu ildə yaradılmışdır. 
İlk dövrlər məktəb 2 fakültə, 90 tələbə, 10 müəllimlə fəaliyyət göstərmişdir. 
Səhiyyə Nazirliyinin  2010-cu il tarixli əmri ilə  Sumqayıt Tibb Məktəbi  Sumqayıt Tibb Kolleci adlandırılıb. 
Hal-hazırda Sumqayıt Tibb Kollecində 4 ixtisas üzrə (tibb bacısı, feldşer, mama, əczaçı) kadr hazırlığı həyata keçirilir.
Son illər tələbə kontingentinin artması nəticəsində Səhiyyə Nazirliyinin və məktəbin daxili imkanları hesabına maddi-texniki bazanı möhkəmləndirmək məqsədilə korpusların sayı artırılmış, əyani vəsaitlərlə təchiz olunmuş müasir tələblərə cavab verən 4 laboratoriya, 40-dan artıq auditoriya, kitabxana, kompyuter şəbəkəsi, kompyuter otağı, müasir tələblərə cavab verən yeməkxana, avtonom istilik sistemi yaradılmışdır.
Sabiq  səhiyyə naziri cənab Oqtay Şirəliyevin təşəbbüsü ilə kollecdə təkmilləşmə kursları təşkil olunmuşdur. Təkmilləşmə kurslarının keçirilməsi üçün kollecdə yeni korpus tikilmiş, müasir tələblərə cavab verən səviyyədə dinləyicilərin ixtiyarına verilmişdir.
Hə, indi gələk mətləb üztünə. 
Deməli, yuxarıda qeyd etdiyimiz kimi dövlət külli miqdarda vəsait qoyub təkmilləşmə kursları üçün yeni bina-korpus tikib, müasir tələblərə cavab verən auditoriyalar yaradıb. Ancaq bunun xeyrini kollecin direktoru  Rəfael Eyvazov görür. Çünki təkmilləşmənin quruca  adı var. Hər şey kağız üzərindədir. Təkmilləşməyə  gələn tibb işçiləri “aylıq”larını  direktora verir və heç kursun üzünü də görmürlər. Təsəvvür edirsiniz, Sumqayıt  boyda şəhərin  tibb işçiləri  bütün il boyu kollecdə kurs keçirlər, guya ki, Allah qoymasa, təkmilləşirlər.  Əslində kursa gəlməmək üçün hər ay  direktora 200 manat ödəyirlər. 
Bəli, Rəfael Eyvazov üçün hər şey kağız üzərindədir. 
Məsələn nizamnamə  kapitalı 5 manat olan şirkətlər Kollecin elan etdiyi tenderlərdə on minlərlə dövlət vəsaitini “udurlar”. 
Guya Rəfael Eyvazov  tender komissiyası yaradır və qalibi elan edir. Ancaq pulların çoxu direktorun cibinə gedir. 
Həm də ən biabırçı hal odur ki, sanki Rəfael Eyvazov rəqəmləri  kağız üzərində  üfürüb şişirdir. Məqsəd dövlət vəsaitini talamaqdır. 
Bu adam başa düşmür ki, Prezidentimiz belə hallarla bağlı sonuncu xəbərdarlığını edib: 
“Əminəm ki, biz eyni həcmdə olan işi az vəsaitlə icra edə bilərik. Buna nail olmaq üçün, ilk növbədə, şəffaflıq, dövlət nəzarəti və ictimai nəzarət olmalıdır. Bütün dövlət qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər. Hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən ? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır”.
Bəli, cənab Prezidentin xəbərdarlığına baxmayaraq  direktor  Rəfael Eyvazov öz əməllərini davam etdirir. 
Hamı təəccüblənir ki, görəsən, cənab direktor kimə arxayındır ki, belə  özbaşınalıq edir. 
Deyilənlərə görə, cənab direktor  arxasını xeyli vaxtdır, millət vəkillərindən birinə  söykəyib. Və bu arxayınçılıq ona əlini-qolunu açmağa  imkan verir. 
Yeri gəlmişkən, Rəfael  Eyvazov Lənkəran Dövlət Universitetində prorektor olanda da arxasını Əlikram Hümbətova söykəmişdi. 
Nə isə, mövzudan yayınmayaq. 
Bəli, direktor Rəfael Eyvazov üçün ən  sevimli şirkət  “VİP KONTAKT” MMC-dir. Tenderlərin çoxunu deməık olar ki, bu şirkət udur. Kollecdə abadlıq işlərinə 100 min manat  dövlət vəsaiti xərclənib. 
Bu adam başa düşmür ki, tenderdə iştirak edən şirkətlər  mütləq müəyyən  tələblərə cavab verməlidir. Amma kimə deyirsən..
Direktor Rəfael Eyvazov  “qayıb”dan da əla qazanır. 
Bəli, kollecdə oxuyan  tələbələr  əsasən Sumqayıt və Bakı sakinləridir. 
Bakıdan olan tələbələrin əksəriyyəti dərslərə heç gəlmirlər. Yəni Bakıdan hər gün Sumqayıta getmək əvəzinə, direktor Rəfael Eyvazova “aylıq”  verməyi  üstün tuturlar ki, dərslərə gəlməsinlər. Bu da Rəfael  Eyvazovun “qayıb”  biznesi. 
Rəfael Eyvazov  kollecə öz özəl şirkəti kimi baxır. O ürəyi istədiyi vaxt işə gəlir, gedir. Həmçinin özünə yaxın olan müəllimlərə də bu şəraiti yaradır. Direktorun qanunsuz əməllərinə etiraz edən müəllimlər isə “incidilir”. Əldə edilən məlumatlara görə, dərslər müəllimlərə hər dərs ilinin başlanğıcında başqa şərtlərlə verilir. Kimlər pul vermirsə, işdən çıxarılmaqla hədələnir, yaxud da dərs yükləri azaldılır. Kimlər ki, direktoru “görür”, dərs yükləri artıq yazılır və eyni zamanda həmin şəxslərə mükafatlar verilir. 
Rəfael  Eyvazov barəsində mediada yazılanlara belə münasibət bildirir: “Bizdə neçə illərdir rüşvət deyilən şey yoxdur. Prezidentin qərarından sonra mən hər şeyə ciddi nəzarət edirəm. Bir də ki, məvacibim mənə bəs edir. Rüşvət almağa ehtiyacım yoxdur. Mən həkim adamam, rüşvət almaq mənə yaraşmaz”. 
Burda  deyiblər ee…yalançının..







Oxşar xəbərlər

Sumqayıt Tibb Mərkəzi yaradılıb
İcra başçısı peyvənd olundu
Tibb Universitetinin şəhid məzunları - SİYAHI
Azərbaycanda bu Səhiyyə İdarələri LƏĞV EDİLDİ
Professora TƏBİB-də vəzifə verildi - Foto
Aprelin 1-dən bütün respublika üzrə tətbiq olunacaq
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
Azərbaycanda bu tibb müəssisələri birləşdirilir - SİYAHI
Mətanət Pirquliyeva Sumqayıt Dövlət Texniki Kolleci bazara  çevirib- Nazir idarəçiliyi itirib?
Sumqayıt Tibb Kollecində bir ünvanda yaradılmış 8 MMC ilə nə qədər dövlət vəsaiti talanıb?
Azərbaycanda peyvənddən sonra koronavirusa yoluxan olub?
Koronavirus xəstəsi ilə yatan tibb bacısı işdən qovuldu
Elmi-Tədqiqat Pediatriya İnstitutuna yeni direktor təyin olunub - Foto
Səhiyyə Nazirliyinin baş nevroloqu vəfat etdi
Tibb bacısı koronavirus əleyhinə vaksin vurulduqdan sonra vəfat edib
Azərbaycanda COVID-19-a yoluxan tibb işçilərinin sayı AÇIQLANDI
Bu tibb işçilərinə peyvənd vurulmaycaq
Sumqayıt Tibb Kollecində korrupsiyaya kimlər rəvac verir? - İLGİNC FAKTLAR
Tibb Universitetinin dosenti də koronavirusdan VƏFAT ETDİ
Tibb işçilərinə vaksin məcburi vurulur? - TƏBİB-dən AÇIQLAMA
COVID-19-la mübarizə aparan həkimlərə əlavə ödəniş edildi
Pandemiya ilə mübarizədə iştirak edən tibb işçilərinə avqust ayı üzrə müddətli əlavələr ödənilib
Daha bir tibb işçisi koronavirusdan vəfat edib
Bakı Baza Tibb Kollecində dövlət vəsaiti kimlərin əli ilə xərclənir?
Tibb bacısı 8 yeni doğulan uşağı öldürüb
"Semaşko"nun işçilərinə əlavələr ödəniləcək - BU TARİXDƏN
TƏBİB Oktay Gülalıyevlə bağlı açıqlama yaydı
Bakı Baza Tibb Kolleci "GÜL VURUR"... - 3-4 aylıq MMC-lərlə işbirliyini davam etdirir
Həkimlərin maaşlarının iki dəfə azaldılmasının səbəbi AÇIQLANDI
Bakı Baş Səhiyyə İdarəsi LƏĞV EDİLDİ