Təhsil Nazirinin müavini Firudin Qurbanovun Sloveniyada  biznesi- Qoca  nazir müavini torba tikməklə məşğuldur
15-09-2021, 19:45
521

Təhsil Nazirinin müavini Firudin Qurbanovun Sloveniyada biznesi- Qoca nazir müavini torba tikməklə məşğuldur

 Ulu Öndər Heydər Əliyev təhsillə bağlı deyirdi ki, dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də odur ki, biz artıq təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq: “Doğrudur, bu proses çox mürəkkəb prosesdir. Bu proses qısa müddətdə başa çata bilməyəcəkdir. Bu gün təhsil sahəsində çalışan bütün vətəndaşlara, müəllimlərə, təhsil müəssisələrinin rəhbərlərinə müraciət edərək xahiş edirəm ki, onlar tezliklə təhsil sistemində işlərin müstəqil Azərbaycanın prinsipləri əsasında qurulmasına nail olsunlar. Burada dərsliklərin dəyişilməsi, yeni dərsliklərin yaranması xüsusi əhəmiyyət kəsb edir. Bilirəm, bu, asan məsələ deyil. Bu, bir çox amillərlə bağlıdır, ondan asılıdır... Ancaq indi dərs alan uşaqlar, gənclər gərək mütləq və mütləq bizim yeni dərsliklər əsasında oxusunlar”. 
Bəli, Ulu Öndərin uzaqgörənliklə dediyi  kimi bu proses mürəkkəbdir. 
Bu prosesi çətinləşdirən  səbəblərdən biri də “futbolist” , “narxoznik”  Firudin Qurbanov kimilərin təhsil sahəsində at oynatmasıdır. 
Bəli,  Narxoz-da  böyük rüşvət təcrübəsi keçən Firudin Qurbanov, orada öyrəndiklərini Təhsil Nazirliyində  tətbiq etməyə başladı. 
Nazirlikdə olan az-çox təcrübəli pedaqoq  alimlər, peşəkar təhsil mütəxəssisləri uzaqlaşdırıldı. Əslində Təhsil Nazirliyi bu gün “Narxoz” filialına çevrilib. 
Belə “narxoznik”lərdən biri də Firudin Qurbanovdur. 
Bu adamın pedoqoji  təcrübəsi yoxdur. Axı, tibb təhsili olmayan adamı  necə baş həkim qoymaq olar ? 
Firudin Qurbanovun Təhsil Nazirinin müavini olması da o dərəcədə gülüncdür. 
Bu adam uzun illər Kooperasiya İnstitutunda çalışıb. Həmən insitut ölkədə ən rüşvətxor ali məktəbdir. 
Bu adam  Futbol Federasiyasının prezidenti olub. 
Axı, futbol hara, Təhsil Nazirliyi hara ? 
Bizim hörmətli Firudin Qurbanovun personası ilə işimiz yoxdur.. 
Amma...
Firudin müəllim, Moskva Kooperasiya İnstitutunun Bakı filialında işləyəndə ''rüşvət'' məsələsində ad çıxarmışdı. 
Sonra cənab Qurbanov 2014-cü ildə  təhsil nazirinin müavini oldu. 
Və sonra cənab Qurbanov təhsil nazirinin müavini olmaqla bərabər, BDU-nun rektoru oldu. 
Bu dünyada analoqu olmayan məsələdir. Nazir müavini həm də BDU-nun rektoru oldu. Yəni bir əldə iki qarpız tutmaq kimi. 
Bəli, qısa müddətdə böyük  yığım olmalı idi. 
BDU-nun rektoru olan kimi Firudun Qurbanov, xarici ölkələrdən Bakıdakı ali məktəblərə olan köçürmə-“perevod”ların  qiymətini dəfələrlə  artırdı. BDU-da ikinci ali təhsil alanların kəsrlərini neçə min dollara sildirdi ?
Və rüşvət yığımına start verdi ?
Rektor Firudin müəllim  saxta  distant diplomlar verib ? 
Firudin Qurbanov nazir müavini kimi  orta məktəblərə  müəllim düzəltmək,  şagirdlərin yerdəyişməsi və s  məsələlərdən əməlli-başlı pul qazandı və Avropada biznes qurdu. Onun biznesini Avropada qardaşı idarə edir. Buyurun tanış olun: 
Medianın yaydığı məlumata görə, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. 
Bəli, Firudin  Qurbanov  əslində təhsil sahəsindən çox bazara,  bazarkom olmağa meyllidir. 
Təsəvvür edirsiniz, bu adam heç nədən çəkinmədən Sloveniyada öz adına şirkət açır, bizneslə məşğul olur. 
Firudin Qurbanov üçün  məmur  uşaqlarının  imtahanlarını tapşırmaq, qayıb sildirmək də biznesdir. Firudin Qurbanov  distant deyilən 2-ci ali təhsildən bəlkə də milyonlar qazanıb. 
Firudin Qurbanov  öz qohum-ərəbasını da təhsil sahəsinə doldurub. 
Təsəvvür edirsiniz, orta məktəblərə müəllim, hətta laborant düzəlmək Firudin Qurbanov üçün biznesdir. 
Firudin Qurbanovun  çox ustalıqla torba tikmək xasiyyəti də var. 
Bəli, “qoca”  Qurbanov bütün gücünü işə salıb, gənc nazirə  “bələdçilik” edir. Məqsədi isə nazir olmaqdır. 
Yəqin ki, nazir xəbər tutanda qoca Firudini  kreslosundan aşıracaq.


Oxşar xəbərlər

Yeni dərsliklər istifadəyə verildi
Nazirdən təhsil alan müharibə iştirakçıları ilə bağlı TAPŞIRIQ
Karantin rejimi ilə bağlı məktəb direktorlarına tapşırıqlar verildi
Təhsil Nazirinin müavini Firudin Qurbanov “Təhsil Bazarkomu”dur ?- Firudin Qurbanovun MİLYONLUQ OBYEKTLƏRİ, BİZNESi  ...
Nazirlikdən hicablı şagird və müəllimlərlə bağlı AÇIQLAMA
Dərslik kitabları dezinfeksiya edilibmi? - VİDEO
Təhsil nazirinin müavini Firudin Qurbanov Kooperasiya İnstitutunda sanki  rüşvət “praktikası”  keçib...-  Nazir müavininin Avropadakı biznesini  qardaşı idarə edir...
Təhsil Nazirliyi dərslikdə erməni bayrağının rənglərinin olması iddiasına cavab verib
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
Məktəbə gül və şar aparmaq olmaz - Valideynlərə xəbərdarlıq
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Tələbələrə say məhdudiyyəti qoyulacaq
Nazir: "Təhsil haqqı üçün hər tələbəyə güzəşt edilməsi mümkün deyil"
Bir doza vaksin olunan tələbə və müəllimlər də dərsə buraxılacaq
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Baş nazir təhsillə bağlı qərarı təsdiqlədi
Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər - RƏSMİ
Azərbaycanda dərs ili vaxtından əvvəl başlaya bilər - RƏSMİ
Təhsilimizin  “Xarı bülbülü”- Təhsil nazirinin müavini  Firudin Qurbanovun MİLYONLUQ OBYEKTLƏRİ, BİZNESLƏRİ VƏ...
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR
Şagirdlərin hərarətini onlar ölçəcəklər
Azərbaycanda əyani dərslər bərpa olunur
Təhsil Nazirliyi: Hər partada bir şagird oturacaq
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Vaksin olunmayan müəllimlərin maaşları kəsiləcək? - Açıqlama
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
"Ödənişli təhsil alan tələbələr üçün əlavə dəstək mexanizmlərinin hazırlanması üzərində iş aparılır"
Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır - Sabahdan
Bu tarixdən dərslər bərpa edilir - Nazir AÇIQLADI
Müəllimlərin təhsil müəssisəsinə buraxılması qaydası açıqlandı - DİQQƏT