Emin Əmrullayev, siz də Ramin Bayramlıdan nümunə götürün-  Və səmimi istefa verib, təhsilimizi xilas edin
22-09-2021, 12:25
1 318

Emin Əmrullayev, siz də Ramin Bayramlıdan nümunə götürün- Və səmimi istefa verib, təhsilimizi xilas edin

Emin Əmrullayev, siz də Ramin Bayramlıdan nümunə götürün…

Və  səmimi istefa  verib, təhsilimizi xilas edin 


Bu  sizin ölkə təhsili qarşısında ən böyük xidmətiniz olar…

Təhsil nazirimiz Emin  Əmrullayevlə bağlı yazıya bir az uzaqdan başlamaq da məqsədimiz var. 
Məlumdur ki, 30 ildir  müstəqil olan Azərbaycanda istefa mədəniyyəti deyilən bir ənənə formalaşmayıb. Nəinki ənənə, hətta  30 ildə hansısa  məmurun könüllü olaraq istefa ərizəsi yazmağı  yadımıza gəlmir, yəqin ki, belə bir hal olmayıb. 
Amma sivil ölkələrin çoxunda öz işinin öhdəsindən gələ bilməyən məmur, nazir, yaxud komitə sədri  öz ərizəsini yazıb  tabe olduğu rəhbərliyə təqdim edir və məsələ bitir. Bu qədər sadə bir məsələ  təəssüf ki, cəmiyyətimizdə hələ formalaşmayıb. Sanki məmuru kreslosuna “svarka” ediblər,  qopmaq bilmir. 
Hətta ən dəhşətlisi odur ki, məmur işdən çıxarılandan sonra xəstəlik tapır, səhhətində ciddi problemlər yaranır. 
Bu gün xeyli sayda  icra başçısı, nazir, nazir müavinləri  həbsxana həyatı yaşayır. 
Əgər bunlardan biri  vaxtında mədəniyyət göstərib istefa ərizəsini yazsaydı, yəqin ki, yolu həbsxanadan düşməzdi. 
Bütün bunları yazmaqda məqsədimiz odur ki, istefa mədəniyyəti  dövlət tərbiyyəsində çox vacib məsələdir. 
Mütləq  ölkə başçısı səni işdən qovmalıdır..?
Mütləq  DTX gəlib  səni qandallamalıdır... ? 
Bu məsələdə kimin nə deməsindən asılı olmayaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeçiliyində olan  “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının  bir neçə gün öncə istefa ərizəsi yazması çox maraqlı və vacib nümunədir. 
Həqiqətən də ilk dəfədir ki, cəmiyyətimiz belə nümunə ilə qarşılaşır. 
Bizə elə gəlir ki,  gələcəkdə bu vacib addımı  digər məmurlar da təkrar etməli olacaq. 
Məsələn, 3-cü ildir ki, təhsil naziri olan Emin Əmrullayev özü də yaxşı bilir ki, təhsil sahəsində heç bir islahat apara bilmədi. Nəinki islahat hətta  ciddi bir  hərəkət, mütərəqqi fəaliyyət həyata keçirə bilmədi. 
Söhbət ondan getmir ki, Emin Əmrullayev hansısa kardinal addım atsın, yaxud fundamental dəyişiklik etsin. Əsla. Amma cənab nazir 3 il ərzində hansısa  yaddaqalan fəaliyyət göstərə bilərdi. 
Birinci bunun səbəbi odur ki,  Emin Əmrullayev  təhsil sferasının adamı deyil. Emin Əmrullayev bəlkə də yaxşı bir biznesmen, fermer-zad ola bilərdi. 
Başa düşmək lazımdır ki, təhsil çox spesifik sahədir, bu sahənin rəhbəri mütləq pedoqoq olmalıdır. 
Bəzi ağlıdayazlar deyir ki, guya təhsil sahəsinə menecerlər rəhbərlik etməlidir. Tamamilə cəfəngiyyatdır. 
Son bir neçə təhsil naziri nümunəsi göstərdi ki, NARXOZ-u  bitirənlər lap yapon dilini də bilsə, təhsil sahəsində ciddi fəaliyyət göstərə bilməz. 
Digər vacib məsələ odur ki,  nazir öz sahəsində AVTORİTET, söz, nüfuz  sahibi olmalıdır. 
Emin Əmrullayev  hansı rektora nəsə öyrədə bilər ? 
Emin Əmrullayev bu yaxınlarda öz müsahibəsində deyir ki, abituriyentin 700 bal toplaması keyfiyyət göstəricisi ola bilməz. 
Cənab nazir ! Bəs 700 bal toplamaq nəyin göstəricisidir ?
Bəs onda nə təklif edirsiniz ? 
Əlbəttə, gəlişi gözəl sözdür də, demisən. 
Cənab nazir hələ bu yaxınlarda  məktəb problemləri ilə bağlı jurnalistin sualına cavab verib ki, səmimi deyim ki, sualınızı başa düşmədim. 
Cənab nazir, 3 il ən yüksək vəzifədə olduğunuz müddətdə bircə dəfə də olsun məktəblilərin problemləri ilə bağlı, yaxud  təhsil haqqının Azərbaycan cəmiyyəti üçün İSTİSMAR olduğu barədə bircə dəfə də ağzınızı açıb söz demədiniz. 
Ona görə də  nə qədər ki, gec deyil, hələlik  yolunuz o tərəflərə düşməyib, səmimi şəkildə ərizənizi yazıb istefaya gedin. 
Atalar necə deyib: Ziyanın yarısından qayıtmaq da…
Həm də bu  sizin ölkə təhsili qarşısında ən böyük xidmətiniz olar.


Oxşar xəbərlər

Sədr Ramin Bayramlı və müşavirinin istefa ərizəsini TƏSDİQLƏDİ
Ermənistanda müdafiə nazirinin daha bir müavini istefa verdi
Ramin Bayramlı istefa verdi
Ermənistanən xarici işlər naziri istefa verdi
Ermənistanda daha bir nazir istefa verdi
Ermənistanın xarici işlər naziri istefa verib - İDDİA
Ermənistanın səhiyyə naziri istefa verdi
Ermənistanda dövlət komitəsinin sədri istefa verdi
"Bu halda təhsil ənənəvi 5 gün formatına qaytarılacaq" - Emin Əmrullayev
“Space” TV-nin prezidenti istefa VERDİ
Həbs edilən “Azərxalça” sədrinin oğlu rəis vəzifəsindən istefa verdi?
“İstefa vermək fikrim yoxdur” - Paşinyan
Şagirdlərə planşet paylanılacaq? - Nazir AÇIQLADI
Paşinyanın daha bir tərəfdarı istefa verdi
Böyük Britaniyada iki nazir istefa verdi
Paşinyanı xəyanətkar adlandıran məmur istefa verdi
Ermənistanın müdafiə naziri istefa verib
Ermənistanda nazir müavini istefa verib
“Paşinyan istefa vermək fikrində deyil”
Ramin Bayramlının müşaviri də İSTEFA VERDİ - FOTO
Ermənistanda daha bir vəzifəli şəxs istefa verdi
Keçmiş nazir AKP-dən istefa verdi
"Oğlum hələ də mənim həyətimdə yaşayır" - Ramin Bayramlının atası danışdı
“Dövlət 45 gündür hamımızı aldadır” - Ermənistanda etirazlar səngimir
Ovannisyan yeni vəzifəsindən də istefa verdi
Emin Əmrullayev təhsil naziri oldu - Foto
ABŞ-da daha 4 məmur istefa verdi
Hər məktəb direktorunun arxasında   yekə  bir məmur dayanıb-Nazir Emin Əmrullayev idarəçiliyi itirib?
“Özü istefa verib getməlidir” – Səfir tənqid olundu
Ərdoğanın kürəkəni niyə istefa verdi? - ABŞ mətbuatından maraqlı TƏHLİL