Yeni rektor sələfi “it boğuşduran” Havar Məmmədovun əməllərini davam etdirir…
Azərbaycan Texniki Universiteti deyəndə ilk ağıla bir neçə ad gəlir:
Birincisi, keçmiş Politexnik İnstitutu, ikincisi institutun sabiq rektoru Havar Məmmədov, üçüncüsü lətifəsi bunlardan uzaq olsun, “it döyüşməsi”, dördüncüsü ATU-nun indiki rektoru Vilayət Vəliyev və s…
Qaydanı pozaraq sonuncudan başlayaq, yəni Vilayət Vəliyevdən.
Vilayət Vəliyev kimdir ?
Rəsmi tərcümeyi-halı belədir:
Vilayət Məmməd oğlu Vəliyev - iqtisad elmləri doktorudur, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsində çalışıb.
Vilayət Vəliyev 1978-ci ildə Sumqayıt şəhər 49 saylı texniki-peşə məktəbini bitirib.
1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Tətbiqi riyaziyyat fakültəsini başa vurub.
2007-ci ildə “İqtisadiyyatın riyazi və instrumental üsulları” ixtisası üzrə iqtisad elmləri doktoru elmi adı alıb. 2012-ci ildən Azərbaycan Milli Aviasiya Akademiyasında yarımştat professor vəzifəsində çalışır.
Yəni bu adam YARIMŞTAT PROFESSOR-dur.
Bu universitet hamilə qadın və süd verən analardan COVİD pasportu tələb olunması ilə gündəmə gəlib.
Təsəvvür edirsiniz, universitet tələbəsi olan hamilə qadın ondan COVİD pasportu və əks-göstəriş sənədi təqdim edə bilmədiyinə görə hətta tələbə hüququndan imtina edib.
Görəsən rektor başa düşmür ki, hamilə qadınları, uşaq əmizdirən analar peyvənd olunmağa məcbur edilə bilməz.
İndi görək, ATU-nun Havar Məmmədovdan sonrakı rektoru Vilayət Vəliyev hansı müsbət dəyişikliklər edə bildi ?
Bu gün bəlli olur ki, universitetə Vilayət Vəliyevin rektor təyin olunması orada heç nəyi dəyişməyib.
5 minə yaxın tələbənin imtahanlardan fənn kəsiri yaranmasından doğan problemlər həllini tapmayıb.
Əksinə Vilayət Vəliyev xeyli müddət İlham Pirməmmədovun rüşvət şəbəkəsindən faydalanıb.
Düzdür sonralar İlham Pirməmmədov prorektor vəzifəsindən azad edildi.
Vilayət Vəliyev də sələfi kimi öz qohum-əqrəbasını, dostlarını ATU-ya doldurmaqla məşğul oldu.
Əslində bu belə də olmalı idi. Çünki yazının girişində sabiq rektor Havar Məmmədovun adını, “it döyüşməsi” məsələsini əbəs yerə çəkmədik.
Uzun illər ATU-nun rektoru olan Havar Məmmədovun adı universitetin İdman zalında it boğuşdurması və bu yolla pul qazanması ilə dövrü mətbuatın manşetinin bəzəyi olub.
Havar Məmmədov uzun illər Politexnik İnstitutunda Komsomol Komitəsinin katibi olub.
Havar Məmmədov 2000-ci ildən 2016-cı ilə kimi, yəni 16 il ATU-da rektor olmuşdur.
Bu müddət ərzində Havar Məmmədov elm üçün heç bir iş görməyib, ancaq özünə sərvət toplayıb. Bu adam tələbələrdən keçid balı üçün 200 manat yığmağın “avtorudur”.
Bu adamın 3 milyonu kimə verməsi də bəllidir.
Sabiq rektorun Xocahəsəndəki dəmir beton zavoduna şərikliyi də bəllidir.
Bu adamın 4 milyonluq villası barədə də çox yazılıb.
Universitetin təmirinə ayrılmış pulların bir qismi Novxanıdakı bahalı villanın inşa edilməsinə sərf olunub.
Araşdırmalar nəticəsində Havar Məmmədovun daha bir villasını aşkarlamaq mümkün olub. Belə ki, bu dəfə Heydər Əliyev Məscidinin yaxınlığında, “milyonçular məhəlləsi” deyilən ərazidə rektorun 3 mərtəbəli villası tapılıb.
Görəsən Havar Məmmədov bu milyonları haradan qazanıb ?
Diqqətli oxucuların yaxşı yadında olar. Havar Məmmədov bir vaxtlar ATU-nun geniş idman zalını it boğuşduranlara arendaya verərək, pul qazanırdı.
Bir sözlə, Vilayət Vəliyev sələfi Havar Məmmədovun əməllərini başqa formada davam etdirir.
Texniki Universitetin YARIMŞTAT PROFESSOR rektoru Vilayət Vəliyev- REKTORUN “təzə bazarı”…
13
oktyabr
18:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
AzTU-nun professoru vəfat edib
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Əli Həsənovun DİN-də çalışan qayını işdən çıxarıldı
Professor Oqtay Nüsrətov vəfat edib
Bakı Mühəndislik Universiteti rektoru Havar Məmmədovun milyonluq villaları,avtomobilləri,zavodları...
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Rektorun 16 illik "fəaliyyəti"... - Super marketlər, avtosalonlar, villalar…
İnstitut direktoru VƏFAT ETDİ
Əli Həsənovun vəzifədən azad edilən qaynı danışdı: “Dövlətə bağlı insanlarıq”
Azərbaycan Texniki Universitetinin sabiq prorektoru vəfat etdi
Azərbaycanlı professor VƏFAT ETDİ
Rektor Havar Məmmədovun “hava”sını alacaqlar- Rektorun milyonluq mülklərinin siyahısı…
Vilayət Eyvazov polkovniki İŞDƏN ÇIXARDI - FOTO
Vilayət Eyvazovdan yeni təyinat
Hafiz Paşayevin doğum günüdür
Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ - FOTO
Kafedra müdiri koronavirusdan vəfat edib
Bu universitetdə 35 yaşlı prorektor təyin edildi
Vilayət Eyvazov yeni rəis TƏYİN ETDİ
Vilayət Eyvazov onu "Qoraddel"ə rəis TƏYİN ETDİ - FOTO
Daxili işlər orqanlarında yeni TƏYİNAT
Vilayət Eyvazov polkovnik-leytenanta yeni vəzifə verdi
Vilayət Eyvazovdan yeni təyinat
Bu kolleclər yenidən təşkil edilir - Baş nazirdən QƏRAR
Vilayət Eyvazovdan yeni TƏYİNATLAR - ƏMR
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Vilayət Eyvazov bu rayona DYP rəisi TƏYİN ETDİ
Vilayət Eyvazov onu "MERO"ya rəis TƏYİN ETDİ
Vilayət Eyvazovdan yeni TƏYİNAT
- 95 yaşlı babasından uzun ömrün 7 kodunu öyrəndi
- Payızda niyə daha çox yatmaq istədiyimizin SƏBƏBİ
- Qəhvəyə bunu əlavə etmək yaddaşı yaxşılaşdırır
- Enrike onu dünyanın ən yaxşı futbolçusu ADLANDIRDI
- Yer kürəsində həyatın necə yarandığı AÇIQLANDI
- "Ermənistan hər vəchlə Zəngəzur dəhlizinin açılmasına problemlər yaradır" - Hikmət Hacıyev
- İrəvandakı hadisələrə görə 4 nəfər həbs edildi
- Pişiyə görə canından keçdi
- Azərbaycan Prezidenti xalqa müraciət edəcək
- Rusiyada maska rejimi yenidən tətbiq edilir
- İsmayıllıda avtomobil aşıb, sürücü ölüb (FOTO)
- İctimai fəal Rail Abbasov həbs edildi
- Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı
- “Əsrin fəlakəti”nə görə saat qülləsi həmişə bu zamanı göstərəcək - VİDEO
- Ürək masajı üçün avtomatik cihaz hazırlandı
- Məşhur narkobaronun oğlu ABŞ-yə təhvil verildi
- 20 yaşlı ana körpələri öldürüb, zirzəmidə gizlədibmiş
- Gədəbəydəki mövqelərimiz yenidən ATƏŞƏ TUTULDU
- İdmançımız dünya çempionatında 3 bürünc medal qazandı
- Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- Sirli Hunza türkləri – 100 yaşında ölənə “gənc öldü” deyirlər
- Məşədi Natiq vəfat etdi
- Rusiya Nazirlər Kabinetində maska rejimi tətbiq edilir
- Fahişə sifariş etmək üçün arvadından BORC ALDI