Memarlıq və İnşaat Universiteti, yoxsa Gülçöhrə Məmmədovanın “şəxsi təsərrüfat”ı..?- Gülçöhrə Məmmədovanın  “tender  maxinasiya”ları...
29-10-2021, 18:46
1 179

Memarlıq və İnşaat Universiteti, yoxsa Gülçöhrə Məmmədovanın “şəxsi təsərrüfat”ı..?- Gülçöhrə Məmmədovanın “tender maxinasiya”ları...

Xanım rektorun  şəxsi klinikası, “avtostoyanka”ları...



Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor  Gülçöhrə Məmmədova 1999-cu ildən bu günədək, yəni  22 ildir  ali təhsil ocağına rəhbərlik edir
Təsəvvür edirsiniz, 1975-ci ildə yaranan, yəni 46 yaşı olan  universitetin  22 ilini  Gülçöhrə Məmmədova  rektor olub. Deməli, Gülçöhrə Məmmədova  universiteti az qala öz  “ təsərrüfatı” kimi işlədib. 
Onu da qeyd edək ki, universitetdə təhsili səviyyəsi çox aşağıdır. Və universitet  bu günədək  1 nəfər də olsun tanınmış memar  yetişdirə bilməyib. 
Biz hələ Gülçöhrə xanımın universitetdə apardığı  biabirçı islahatları demirik. 
Deməli, xanım rektorun göstərişi ilə yaşı 75-dən yuxarı olan müəllimlər, professorlar yarımştata keçirilir. 
Gülçöhrə Məmmədova başa düşmür ki, bu müəllimlər illər uzunu elmi təcrübə toplayıblar  və bu gün onlara böyük ehtiyac var. Ümumiyyətlə, dünyanın  heç bir universitetində “ Gülçöhrə xanımın praktikası”  tətbiq olunmur. 
Xanım rektorun başqa  bir praktikası odur ki, müəllimlərə tapşırır ki,  tələbələri “kəsin” ki, arxasınca gələn olsun...
 Bəli,  Gülçöhrə xanımın bacısının adı  universitetdə “imtahan biznesinin”  başçısı kimi hallanır. 
Bütün bunlar azmış kimi  xanım rektor  universitet üçün alınan  bütün məhsulların  tenderini özünə yaxın şirkətlərə “hədiyyə”  edir. 
Azərbaycan Memarlıq və İnşaat Universiteti mətbəə çap işləri üçün "A- Delfin- AA" MMC-yə 19133 manat, dəftərxana və təsərrüfat malları üçün "İnci Grour of Comranies" MMC-yə 104 min 938.53 manat, digər maşın və avadanlıqlar üçün "Aysberg SH" MMC-yə 103 min 958 manat, kommunal və kommunikasiya xidmətləri üçün EM-İnşaat  MMC-yə 24  min 944 manat, idarənin xərcləri üçün "Xəzri Grour" MMC-yə 109 min 769 manat, inventarın alınması üçün "Qardaşlar Mebel-3" MMC-yə 249 min 442.56 manat, mühafizə xidməti üçün "Gesco" ASC-yə 80 min manat, digər alış və xidmətlər üçün TET MMC-yə 58 min 800 manat, avadanlığın alınması üçün "Automax TT" MMC-yə 48 min 509 manat, liftlərə texniki xidmət üçün "Aslift" MMC-yə 48 min 73.2 manat, internet xidməti üçün "AZRENA AA" MMC-yə 23 min 760 manat, mətbəə çar işləri üçün "Automax" TT MMC-yə 19 min 943 manat, cari təmir üçün "Retro Holding" MMC-yə 43 min 999.6 manat ödəyəcək. 
Beləliklə, dövlət büdcəsi və tələbələrin təhsil haqqından toplanan vəsaitin bir qismi - 935 min 269.89 manat belə xərclənəcək. 
1 milyon manata yaxın  vəsait...
Fikir verdinizsə,  Gülçöhrə xanım təkcə mebel almağa 250 min manat xərcləyib, liftə xidmət üçün isə təxminən 50 min manat. 
Xanım rektor başa düşmür ki, tələbələrdən yığılan  təhsil haqqı  250 min manata mebel almaq üçün deyil e...
Bir neçə il əvvəl  Hesablama Palatası Azərbaycan Memarlıq və İnşaat Universitetinə, eləcə də onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə  ayrılan büdcə və büdcədənkənar vəsaitlərin auditini aparmışdı. Və xeyli qanunnsuzluqlar ortaya çıxmışdı. Amma əmmasını Gülçöhrə xanım təkcə özü bilir.
Sadəcə, universitetin və kollecin baş mühasiblərinə xəbərdarlıq edildi, hətta rektor baş mühasibi işdən də çıxara bilmədi, çünki şərik olublar. 
Ümumiyyətlə,  bu adamın adı nələrdə  hallanmır...
Məsələn, Gülçöhrə Məmmədovanın adı  kütləvi şəkildə universitet müəllimlərinin adına kredit götürməkdə hallanıb və təkzib olunmayıb. 
Xanım rektorun pandemiya dövründə tələbələrdən  bahalı İPHONE  telefonu almağı  və  dərsə mütləq bu telefonla qoşulmağı tələb etməsi heç bir əndazəyə sığmır.
Kasıb tələbələr  bahalı telefonları necə alsın, Gülçöhrə Məmmədova ? 
Gülçöhrə  Məmmədovanın Memarlıq və İnşaat Universitetinin müəllimlər üçün tikilən binasında özü üçün özəl biznes qurması lap rüsvayçılıqdır. 
Həmin binanın altını xanım rektor bütünlüklə zəbt edib. 
Guya püşkatma vaxtı  binanın  altı rektorun bəxtinə düşüb və hazırda  orada Gülçöhrə xanımın obyektləri və özəl klinika fəaliyyət göstərir. 
Bütün  bunlar azmış kimi rektor  Gülçöhrə Məmmədova “avtostoyanka”  biznesinə də girişib. 
Belə ki, “Azərbaycan”  nəşriyyatına doğru, daha dəqiq desək, Mətbuat prospekti istiqamətində olan avtodayanacaqlar Gülçöhrə xanıma məxsusdur. Hətta vətəndaşların gediş-gəlişinə mane olur. 
İndi gördünüzmü, Gülşöhrə xanımın biznes fəaliyyəti hərtərəflidir, rektor xanım hərtərəfdən işləyir. 
P.S. Növbəti yazımızda xanım rektorla millət vəkili Zabelinin Çin səfərindən bəhs edəcəyik.


Oxşar xəbərlər

Gülçöhrə Məmmədova toyda olmayıb – Açıqlama
Başınız nəyə qarışıb, Gülçöhrə Məmmədova ?-  Memarlıq və İnşaat Universitetində ''rüşvət'' çiçəklənir ?
Tağı  amanatı,  Gülçöhrə xanım-Azərbaycan Memarliq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın “PLANI”
"Klinika müxtəlif bəhanələrlə məsuliyyətdən boyun qaçırır..." - GİLEY
"Klinikanın qarşısında aclıq aksiyası keçirəcəyik..." - "DünyaGöz" kilinikasından şikayət
AzMİU-da beynəlxalq konfrans öz işinə başladı
ADAU-nun rektoru İbrahim Cəfərov necə professor, rektor oldu?
Bakıda piyadanı motorsiklet vurdu
Astarada gəlinlər arasında dava: Onlardan biri bıçaqlanaraq öldürüldü
Professor Oqtay Nüsrətov vəfat edib
Texniki Universitetin YARIMŞTAT PROFESSOR  rektoru Vilayət Vəliyev- REKTORUN “təzə bazarı”…
GDU-nun yeni tələbələri də narazıdır... - Rektor ilk başdan vəd versə də...
Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetindən - ŞİKAYƏT
ATU-nun daha bir əməkdaşı rektordan şikayətçidir - İTTİHAM
Avrasiya Universitetində “ailə klanı”
“AZİ”nin rektoruna SƏRT İTTİHAM - “Tələbələri hədələyirlər ki, döyüşdə olmaqlarının dəxli yoxdur”
Azərbaycan Tibb Universitetini KİM İDARƏ EDİR: Elçin Əlizadə? - İLGİNC İDDİA
Bu universitetdə 35 yaşlı prorektor təyin edildi
Prezidentdən ADPU ilə bağlı SƏRƏNCAM
Mehriban Məmmədova vəzifəsindən azad edildi
Rektor  Mustafa  Babanlının  imtahan biznesi ... - ADNSU-nun müəllim və tələbələri rektordan niyə narazıdır ?
ATU-da ciddi korrupsiya faktları mövcuddur... - TƏFTİŞ BAŞLAYIB
Rektor Mustafa Babanlı AZİ-də “ölücan”  müəllimlər saxlayır ?- Bəs təhsil naziri Emin Əmrullayev hara baxır ?
Abşeronun icra başçısı İradə Gülməmmədovanın “El qızları”- İŞ PROKURORLUĞA GÖNDƏRİLİB…
Universitetlərdə COVID-19 pasportu bu qaydada yoxlanılacaq
Rafael Cəbrayılovun daha bir borcu üzə çıxdı – Keçmiş deputatın mənzil fırıldağı
Kəlbəcərdən atla çıxdım, elə atla da qayıdacağam - VİDEO
Ana oğlunun adına əxlaqsızlıq yuvası açdı: "Müştərilərdən pulu oğlu alırdı" - "Tamerlan" kafesində baş verənlər
Əri tərəfindən polis şöbəsində öldürülən qadının yeni SƏS YAZISI yayıldı
Kamal Abdullanın ADU-da keçirdiyi sınaqlar nələrə hesablanıb - İLGİNC İDDİALAR...