BSU-nun  rektoru Nurlana Əliyeva  həbs oluna bilər...- SENSASİON FAKTLAR
3-11-2021, 15:57
709

BSU-nun rektoru Nurlana Əliyeva həbs oluna bilər...- SENSASİON FAKTLAR

Belə  bir aqibət  Nurlananın “podruqa”sı  Fatma Abdullazadəni də gözləyir...



Bir Fatma Abdullazadə  var idi...
Söhbət  1993-2017-ci illərdə, yəni 24 il  sərasər  Prezidentin İcra Aparatının Humanitar siyasət şöbəsinin müdiri vəzifəsində çalışmış  Fatma Abdullazadədən gedir. 
Bu qadın  ali məktəbləri, incəsənəti, mədəniyyəti  əməlli-başlı idarə edirdi. 
Təsəvvür edirsiniz, bu adamın imzası ilə “Əməkdar artist”, “Xalq artisti”  fəxri adları hamıya verilirdi. Bu qadının gördüyü işlərdən bəzən əməlli-başlı "qan iyi" gəlirdi. 
Hətta  2001-ci ildə Ulu Öndər Heydər Əliyev bu qadının korrupsiya əməllərindən, rusdilli məktəblərə  Azərbaycan tarixi kitabının çatdırılmasında yaranmış problemi müzakirə edərkən demişdir:
“NƏ QƏDƏR  PUL İSTƏYİRSƏN ? SƏN BU KİTABIN ÇAPI ÜÇÜN MƏNİM BAŞIMI DƏNG ETMİSƏN”. 
Bəli, bu Fatma belə Fatmadır. Qardaşı Eldar xristian dinini qəbul edib Edik oldu, hazırda Fatmanın yığdığı milyonları Fransada  dövr etdirir. 
Fatmanın özünün isə ləğv olunmuş Beynəlxalq Banka  50 milyon dollar borcu var idi. 
Fatma barəsində bu qədər. Bu mövzunun “qəhrəmanı”  Fatma deyil, onun “podruqası”, “rüşvət şəriki”  Nurlana Əliyevadır. 
Bəli, Nurlana Əliyeva hələ Bakı Pedoqoji Kollecin ( “Doşkolni”  texnikum ) direktoru işləyərkən qəbul və semestr imtahanlarında  yığılan rüşvət pullarını Fatma ilə  iki bacı kimi bölürdülər. 
Fatma Abdullazadə  PA-da şöbə müdiri işləyərkən onun gizli-konfidensial görüş yeri Nurlananın kabineti idi. Fatma Abdullazadə bütün gizli sövdələşmələri, al-veri, vəzifələrə təyinatları, fəxri adların satılmasını həmin kabinetdə edirdi. 
Sonradan Nurlana Əliyevanın Bakı Slavyan Universitetinə rektor təyin olunması da birbaşa Fatmanın əli ilə oldu. 
Hətta Nurlana Əliyevanın Gəncə ermənisi olması barədə də çox yazılıb. 
Nurlananın cavabı isə media mənsublarına, jurnalistlərə qarğımaq olub: “Oxuduğum  Ayətəl Kürsülər, nənəm Tutubəyimin cəddi  jurnalistlərə  qənim olsun”. 
İnid özünüz düşünün, bu ağılda, bu səviyyədə adam böyük bir ali məktəbin necə rektoru ola bilərdi ? 
Bəli, Fatmanın bacılığı  Nurlana  BSU-ya rektor təyin olunan  kimi vaxtilə onunla birgə Kollecdə işləyən rüşvət şəriklərini BSU-ya gətirdi və rüşvət şəbəkəsi qurdu. 
Və Nurlana ötən il rüşvətin probleminə keçdi. 
Bəli, ötən il BSU-nun Əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyeva təqsirləndirilən şəxs kimi istintaqa cəlb olundu. 
Qeyd edək ki, Dürdanə  Əliyeva 100 tələbənin 1000-7000 min civarında təhsil haqqını mənimsəməkdə ittiham olunur. Baş Prokurorluq Dürdanə Əliyevanın tələbələrin təhsil haqlarını mənimsəməsi ilə bağlı 25 yanvar 2021-ci il tarixdə cinayət işi açıb. 
Həmin ərəfədə Nurlana Əliyeva  rektor vəzifəsindən azad edildi. 
İndi isə gələk mətləb üstünə. 
İki gün öncə  Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Və  Dürdanə Əliyeva məhkəmədə deyib ki, aldığı  pulun hamısını universitetin sabiq rektoru Nurlana Əliyevaya verib.
Belə yerdə deyiblər ki, nənən Tutubəyimin cəddi sənə qənim olsun, Nurlana. Tələbələr yediyiniz pulları yenidən ödəməyə məcbur olublar. Oxuduğun Ayətəl Kürsü sənə qənim olsun. 
Proses noyabrın 15-də davam etdiriləcək.
Məlumat üçün qeyd edək ki, Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. 
Yəqin ki, Dürdanə Əliyevanın açıq şəkildə dediklərindən sonra Nurlana da istintaqa cəlb olunacaq, hətta onu həbs də gözləyir. 
Fatma Abdullazadə, deyəsən növbə sənə çatır…


Oxşar xəbərlər

YAP-ın gizli qərarı: bu həftə islahat qurultayı olacaq
Koronavirusa yoluxan Xalq artistinin vəziyyəti ağırdır
BSU  Rusiyanın agentura  şəbəkəsidir ?-74 yaşlı NURLANA ƏLİYEVANIN REKTOR OLDUĞU  UNİVERSİTET HAQQINDA İLGİNC İDDİALAR
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiqləndi
Azərbaycanda Xalq artisti koronavirusdan öldü
Təhsilimizin  “Xarı bülbülü”- Təhsil nazirinin müavini  Firudin Qurbanovun MİLYONLUQ OBYEKTLƏRİ, BİZNESLƏRİ VƏ...
99 yaşlı şəxs sədr seçildi
Rafiq Aslanovun  “kitab”  şantajı...-  Rafiq Aslanov meliorasiyanın son 30 illik tarixini öz adına  bağlayır...
"Maşın Şou" - 18 nəfər mübarizəyə başladı - ADLAR
Göyçay İH-də 250 000 manatı kim mənimsəyib? - HƏBSXANADAN İTTİHAM
Təhsil nazirinin müavini Firudin Qurbanov Kooperasiya İnstitutunda sanki  rüşvət “praktikası”  keçib...-  Nazir müavininin Avropadakı biznesini  qardaşı idarə edir...
Azərbaycanın Xalq artisti vəfat etdi
Xalq artisti Rauf Babayev dünyasını dəyişib
Səlim Müslümov sizi gözləyir, Cavanşir İsgəndərov və  Bayram Mikayılov-  Cavanşir İsgəndərov nazirə nə üçün 200 min  vermişdi ?
“250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər” - İTTİHAM
YAP İdarə Heyətindən kənarda saxlanılan şəxslərin - TAM SİYAHISI
Bərdədə məktəb direktoru Aysel Bayxanova "at oynadır"- İcra başçısı Vidadi İsayev Ayselə niyə ''krışalıq'' edir ?
YAP-ın "qocaman" üzvləri - Yaşı 70-dən çox olanlar
Təhsil Nazirinin müavini Firudin Qurbanovun Sloveniyada  biznesi- Qoca  nazir müavini torba tikməklə məşğuldur
Xəstəxanaya yerləşdirilmiş Əməkdar artistin vəziyyətindən xəbər var
Əməkdar artist vəfat etdi
18  il  icra başçısı işləyən  Şahin Məmmədov hansı  “təriqət”in  üzvüdür ?- Ağcabədidə  5  diplomat pul təklif olunan  icra başçısı...
Abşeronun icra başçısı İradə Gülməmmədovanın “El qızları”- İŞ PROKURORLUĞA GÖNDƏRİLİB…
Bakıda qadının üzərinə dəmir düşdü, hadisə yerində öldü
Azərbaycanda 3 uşaq anası özünü asmaq istədi
Gədəbəyin icra başçısının xanım müavininə sual..- Vəfa xanım, görəsən, Cəmil müəllim nədən narahatdır ?
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
Məleykə Əsədova ərə gedir? - “Böyük sevgi yaşayacaq“
Xalq artisti Ramiz Məmmədovla vida mərasimi keçirildi
“Yeni nazirimiz deyib ki, fonoqram oxuyanlara niyə fəxri ad verirsiz..?”