Sabahkı imtahanlarda 4 606 nəfər iştirak edəcək
26-08-2020, 12:19
334

Sabahkı imtahanlarda 4 606 nəfər iştirak edəcək

Dövlət İmtahan Mərkəzinin sabah keçirəcəyi Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə ikinci imtahan, Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı və Sabah qruplarına tələbə seçimi müsabiqəsinin ikinci mərhələsi üzrə test imtahanlarında ümumilikdə 4 606 nəfərin iştirakı nəzərdə tutulur.
Gündəlik Bakı xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Lənkəran və Xaçmazda keçiriləcək. 
İmtahanların idarə olunmasına 22 imtahan binası, 336 imtahan zalı, 22 ümumi imtahan rəhbəri, 56 imtahan rəhbəri, 437 nəzarətçi‑müəllim, 44 buraxılış rejimi əməkdaşı, 22 bina nümayəndəsi ayrılıb.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün proses (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) boyu istifadə olunmalıdır. 
İmtahanlar saat 11:00-da başlanır.
İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. 
Azərbaycan dili imtahanı 45 dəqiqə, DSX məktəbinə qəbul imtahanı 1 saat 30 dəqiqə, Feldşer ixtisasına qəbul imtahanı 2 saat, Sabah qruplarına qəbul imtahanı isə 1 saat 30 dəqiqə müddətində aparılır.
İştirakçılar “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap etməlidirlər. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.
Namizədlər imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib gətirməlidirlər.
“İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə” DİM-in saytından “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə çap olunur.
Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) da təqdim etməlidirlər.
Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.
Diqqət! Bir imtahan iştirakçısını birdən artıq şəxs müşayiət edə bilməz

Oxşar xəbərlər

Bu gün növbəti imtahanlar keçiriləcək - DİM
DİM avqustun 27-də növbəti imtahanlar keçirəcək
Qəbul imtahanları başlayıb
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər
DİM yekun qiymətləndirmə imtahanlarında iştirak etməyənlər üçün buraxılış imtahanları keçirəcək - Diqqət!
“9-cu və 11-ci sinif şagirdləri üçün yenidən buraxılış imtahanları keçiriləcək” –DİM
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Bir nəfər yüksək hərarətə görə imtahana buraxılmadı
2 nəfər yüksək hərarətə görə imtahan buraxılmadı
DİM abituriyentlərə müraciət edib
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı
Qəbul imtahanları ilə bağlı vacib xəbər
Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək
Buraxılış imtahanlarının nəticəsi nə vaxt bilinəcək? - RƏSMİ
Bu şəxslər sentyabrda imtahan verəcək - RƏSMİ + VİDEO
Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA
DİM sədri: “23-24 iyulda keçirilməsi nəzərdə tutulan imtahanlarda 60 min şəxs iştirak edəcək”
Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib — Yenilənib
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
Sabah jurnalistika ixtisasına qabiliyyət imtahanı keçiriləcək
Sınaq imtahanı pulsuz oldu
DİM: Bu il imtahan günlərinin sayı artacaq
DİM-dən xaricə oxumağa getmək istəyən məzunlarla bağlı açıqlama
Bu gün 3 506 nəfər imtahan verəcək
Azərbaycanın bu rayonundan ali məktəbə imtahan verən əkizlər əkiz bal topladı
Liseylərə qəbul imtahanları keçirilir
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir