Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
26-08-2020, 16:18
349

Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib

Peşə təhsili müəssisələrinə elektron qeydiyyat mərhələsində uğur qazanan şəxslər 26-31 avqust tarixlərində müvafiq sənədləri qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Təhsil Nazirliyindən verilən məlumata görə, tələb olunan sənədlər sırasına attestatın əsli, sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış, sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi, şəxsiyyət vəsiqəsinin surəti, 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi, güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd daxildir.
Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə qəbul olunduğu peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qeyd edək ki, peşə təhsili pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə biləcəklər. II mərhələ barədə əlavə məlumat veriləcək.
Peşə təhsili pilləsi üzrə tələbə qəbulunun I mərhələsi 10-24 avqust tarixlərində elektron qaydada həyata keçirilib. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11743-ü ixtisas seçimini yekunlaşdırıb. Ötən il ilə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub.
25 avqust tarixində I mərhələnin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən şəxslərə nəticə barədə sms vasitəsilə məlumat təqdim olunub. Uğurlu nəticə göstərən şəxslərin qəbul olunduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer almaqdadır.

Oxşar xəbərlər

Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
Sosial həssas qrupdan olan tələbələrin qeydiyyatı sabah yekunlaşacaq - Diqqət!
Abituriyent və subbakalavrların nəzərinə
Peşə təhsili sistemində baş verənlərdən Təhsil Nazirliyinin və Korrupsiya İdarəsinin xəbəri yoxdur?
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib
Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
İşsizlərin NƏZƏRİNƏ
Azərbaycanda bu şəxslər kommunal xərclərdən azad olundu
Türkiyəli nazir Peşə Təhsil Mərkəzində oldu
Bu tarixdən tələbələrin köçürülməsinə başlanılacaq
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb
Sağlamlıq imkanı məhdud uşaqların I sinifə qəbulu qaydası açıqlandı
Karantin bitdikdən sonra sənəd qəbulunun və imtahanların tarixləri elan ediləcək
İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlər! - Müsahibələr başlayır
Avqustun 17-dən tələbələrin köçürülməsinə başlanılır
I sinfə şagird qəbulunun vaxtı bitdi
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Yerdəyişmə müsabiqəsində hansı müəllimlər iştirak edə bilməyəcək?
Tələbələrin köçürülməsi başa çatdı
Məktəbəhazırlıqla bağlı ən çox verilən suallara CAVAB
Liseylərə elektron qeydiyyat başa çatıb
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi
Gənc həkimlərin yarıdan çoxu imtahandan kəsildi
Liseylərin V siniflərinə qeydiyyat başlayır
Azərbaycanda altı mindən çox müəllim iş yerini dəyişmək istəyir
Qəbul imtahanları ilə bağlı vacib xəbər
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi