Millət vəkilindən yeni dərs ili ilə bağlı tövsiyələr
26-08-2020, 16:31
199

Millət vəkilindən yeni dərs ili ilə bağlı tövsiyələr

“Təhsil gənc nəslin formalaşması üçün mühüm və əvəzsiz vasitələrdən biridir. Pandemiya dövründə bütün dünyada, o cümlədən də Azərbaycanda təhsil müəssisələrinin fəaliyyətinin dayandırılması uşaqların istər savadlılıq, istərsə də mənəvi durumuna mənfi təsir göstərdi”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Etibar Əliyev bildirib.
Millət vəkili deyib ki, pandemiya ilə uğurlu mübarizə aparan və yoluxmanı lokallaşdırmağa müvəffəq olan ölkələrdə məktəblərin və bağçaların fəaliyyəti bərpa olunur və Azərbaycanda həyata keçirilən preventiv tədbirlər nəticəsində koronavirus infeksiyasına yoluxma hallarının səviyyəsinin aşağı olması təhsil müəssisələrinin fəaliyyətinin müəyyən çərçivədə bərpasına şərait yaradır. Onun sözlərinə görə, fəaliyyəti bərpa olunan müəssisələrdə sistemli şəkildə təhlükəsizlik qaydalarının tətbiqi və onların icrasına nəzarət istər uşaqların sağlamlığının təmin olunması, istərsə də virusun yayılmasına yol verməmək baxımından mühüm şərtdir: “Məsələn, uşaq bağçalarında uşaqlar eyni yerdə qidalanır, eyni otaqda yatırlar. Bu da onların yoluxması ruskini yüksəldir. Bağçaların fəaliyyətinin bərpasına sanitar-epidemoloji vəziyyət nəzərə alınmaqla icazə verilməlidir. Yoluxmaların olmadığı və ya az olduğu zonalarda  bağçaların fəaliyyətinə daha tez, yoluxma riskinin yüksək olduğu şəhər və rayonlarda isə zəruri göstəricilər əldə olunduqdan sonra və ya daha gec icazə verilə bilər. Məktəbəhazırlıq qruplarında isə  tədris həftədə bir neçə gün həyata keçirilə bilər. Məsələn, həftədə 6 və ya 8 saat tədris müəyyənləşdiriləcəyi təqdirdə həftədə 2 və ya 3 gün 2-3 saat olmaqla dərslərin keçirilməsi variantlardan biri kimi nəzərdən keçirilə bilər.  Sıxlığa yol verilməməsi üçün yarımqrupların təşkil edilməsi də mümkündür”. 
Orta ümumtəhsil məktəblərinə gəlincə, E. Əliyev qeyd edib ki, ərazilərin və məktəblərin xüsusiyyəti nəzrə alınmaqla təhlükəszilik qaydaları hazırlanmalıdır və onların icrasına ciddi nəzarət mexanizmi formalaşdırılmalıdır: “Ötən tədris ilində qənaətbəxş təhisl verilməsi imkanları məhdud olduğuna görə, şagirdlərdə geriləmə tam mümkün haldır. Ona görə də, yaxşı olardı ki, tədris ili daha tez başlasın və əvvəlki tədris ilinin təkrarı həyata keçirilsin. Orta məktəblərdə uşaqların yoluxma riski yüksək olduğuna görə, həftədə bir neçə gün dərs keçirilə bilər. Qalan günlərdə isə tədris online rejimdə həyata keçirilməlidir. İbtidai siniflərdə uşaqların davranış qaydalarına uyğunlaşması problemi olduğuna görə, tədrislə bağlı fərqli sxemlərin tətbiq edilməsi mümkündür. Aktual məsələlərdən biri yoluxma halları müəyyən olunduqda həyata keçirilməsi zəruri olan tədbirlərlə bağlıdır. Burada söhbət yoluxan məktəb işçisinin və ya şagirdin, onlarla təmasda olan şəxslərin təcrid olunmasından gedir. Əgər kütləvi yoluxma halları olarsa, məktəbin fəaliyyətinin müəyyən müddətə məhdudlaşdırılması da mümkündür. Eyni zamanda valideynlərə övladlarının ənənəvi qaydada və ya online rejimdə təhsil alması üçün seçim imkanları yaradıla bilər. Siniflərdə sıxlıq yaranacağı təqdirdə onların yarımqruplara bölünməsi də mümkündür.  Yuxarı siniflərdə ənənəvi tədris daha çox buraxılış  fənləri üzrə keçirilə bilər. Digər dərslər isə online rejimdə keçirilə bilər”.
Millət vəkili ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin yoluxma riskinin olduqca yüksək olduğunu vurğulayıb: “Ənənəvi tədrisin tətbiqi bu sahədə arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bu istiqamət üzrə məsafədən təhsil forması daha məqbuldur. Sanitar-epidemoloji vəziyyətdən asılı olaraq, ya tədricən ənənəvi təhsilə, ya da ki, yoluxma halları intensivləşəcəyi təqdirdə, distant təhsilə keçid mümkündür”.

Oxşar xəbərlər

Bu tarixdən dərslər bərpa edilir - Nazir AÇIQLADI
Bağçalar bu tarixdən fəaliyyətə başlayacaq
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Valideynlər övladları ilə bağlı qərar VERƏCƏK
Nazir: "Təhsil haqqı üçün hər tələbəyə güzəşt edilməsi mümkün deyil"
Şagirdlərin hərarətini onlar ölçəcəklər
Təhsil naziri məktəblərin açılmasından danışdı
“Xüsusi karantin rejimi uzadılmalıdır, lakin 10 rayonun “sarı” zonaya keçirilməsi mümkündür”
10 və 11-ci sinif şagirdləri bu tarixdən məktəblərə qayıdacaq
Bu şəxslərin maskadan istifadəsi məcburi olacaq
Nazir: “5-9 sinif şagirdləri oktyabrın 1-dən məktəbə gedəcəklər”
Vergi güzəştləri iqtisadi fəallığı artıracaq - Vüqar Bayramov
Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq
Bağçadan ayrı düşən uşaqlar: - "Evdəki rahatlığa alışdıqdan sonra çətin olacaq"
Şagirdlərə tibbi arayışların verilməsi ilə bağlı açıqlama
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
DİM-dən AÇIQLAMA: "Özəl ali məktəblərə qəbul olanlar..."
Türkiyədə məktəblər mayın 31-dək bağlı qalacaq
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Əhalinin dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunması həyata keçirilən sosial siyasətin mühüm tərkib hissəsidir
Bakıda uşaq bağçaları açılışa HZIRLAŞIR
Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?
“Gün ərzində apteklərə 50-100 maska verilir, bu isə əhalinin tələbatını ödəmir”
DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir
Azərbaycanda bu şəxslər kommunal xərclərdən azad olundu
Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır