Bakıda şagird səkkiz fəndən “iki” aldı...
27-08-2020, 14:01
197

Bakıda şagird səkkiz fəndən “iki” aldı...

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi M.Mehdiyev adına 280 saylı tam orta məktəbdən şikayət var.
Bu barədə həmin məktəbdə oxuyan 2005-ci il təvəllüdlü Əlizadə Niyaz Eldəniz oğlunun valideyni sosial şəbəkədə paylaşım edib.
Valideyn iddia edir ki, övladının oxuduğu məktəbin rəhbərliyi şagirdə attestat vermək üçün 1000 manat pul tələb edib.
Tələb edilən pul verilmədiyi üçün şagirdin attestatına içərisində əsas fənlər olmaqla, səkkiz fəndən (Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, Xarici dil, Azərbaycan tarixi, Ümumi tarix, Fiziki tərbiyə, Təsviri incəsənət) "2” yazılıb.
Məsələ ilə bağlı Bakı Şəhər üzrə Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əlizadə Niyaz Eldəniz oğlunun valideyni tərəfindən irəli sürülən iddialar araşdırılıb:
"Bakı şəhəri 280 nömrəli tam orta məktəbin 2019-2020-ci tədris ilində IX sinfi bitirən Əlizadə Niyaz Eldəniz oğlunun ümumi orta təhsil haqqında attestatındakı səkkiz fəndən (Azərbaycan dili, ədəbiyyat, rus dili, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fiziki tərbiyə, təsviri incəsənət) "2” (iki) qiymət alması ilə bağlı məsələ tərəfimizdən araşdırıldı.
Araşdırma zamanı N.Əlizadənin 2019-2020-ci tədris ilində təhsil aldığı IX "B” sinfinin jurnalına baxış keçirildi. Məlum oldu ki, onun birinci yarımil üzrə yuxarıda qeyd edilən fənlərdən qiymətləri 2 (iki) olub, mövcud vəziyyətlə əlaqədar olaraq Təhsil Nazirliyinin 22.05.2020-ci il tarixli 02-14-441/13 və 02.06.2020-ci il tarixli 1741-01/06 nömrəli təlimatı məktublarına əsasən, həmin qiymətlər illik qiymətlər kimi yazılıb və qeyd edilən fənlərdən onun yekun attestata yazılacaq qiymətləri də "2” (iki) çıxıb”.

Oxşar xəbərlər

Buraxılış imtahanlarında maksimal nəticə qazananlar
Xaçmazda məktəb sahəsi 380 manata satılıb?
Bakı üzrə yüksək bal toplayan məzunlar - Siyahı
“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir”
Bu tədris ilində Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlanıb
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
Bakıda məşhur klinikada ölən gənc qızın meyiti ailəsinə verilmir - VİDEO
Akademik borcu olan tələbələrin NƏZƏRİNƏ - Təkrar imtahan vermək üçün...
45  və  212 saylı  məktəblərdə nələr  baş verir ?
Azərbaycanda şagirdlər açıq havada imtahan verdi
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
4000-dən çox şagird sinifdə qaldı
Bakı İcra Hakmiyyətində şübhəli tender: vergi borcu olan 4 şirkət qalib elan olunub - Detallar
Baş Nazirdən orta məktəblərlə bağlı yeni QƏRAR
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
I sinfə şagird qəbulunun vaxtı bitdi
Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Liseylərə qəbul imtahanları keçirilir
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
Buraxılış imtahanlarının nəticəsi nə vaxt bilinəcək? - RƏSMİ
Abşeronda müəllimlər günü qeyd edilib
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
“Elinanın gündəliyində "ölümümə 52 gün qalıb” yazılmışdı" - Məktəb direktoru
Atası ilə zibil yığan 10 yaşlı qız fərdi təhsilə cəlb olundu