2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır
27-08-2020, 22:06
145

2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır

Ölkədə ümumilikdə fəaliyyət göstərən 4439 məktəbdən cəmi 182-də 1500 və ya daha çox şagird təhsil alır.
Bunu yeni tədris ilinin açılmasına həsr olunan mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, digər məktəblərdə şagird sayları əsasən aşağıdır: “Ümumiyyətlə, 53 faiz və yaxud 2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır. Digər 47 faiz və ya 2104 məktəbdə isə şagird sayı 200 nəfərdən çoxdur. Yəni ümumilikdə şagird sıxlığı ilə bağlı ölkə səviyyəsində elə də ciddi problemlə üzləşəcəyimizi düşünmürük. Amma bununla bağlı daha detallı təhlilə baxsaq, cəmi 338 sinifdə şagird sayı 40-dan yuxarıdır. Bunlar bizə problemli siniflər kimi görünür, o mənada ki, bu siniflərdə şagirdlərin 2-yə və ya 3-ə bölünməsi sualı var. Yerdə qalan 99,5 % sinifdə şagird sayı 40-dan aşağıdır. Yəni həmin siniflərdə yarım qruplardan danışanda 20 nəfərdən az haqqında danışırıq. Şagird sayının 30 nəfərdən az olduğu siniflər təxminən 93,3 faiz təşkil edir. Yəni, ümumilikdə şagird sıxlığı bir çox siniflərdə problem deyil.
Biz daha çox Bakı və Abşeron ərazisində, xüsusilə də bəzi qəsəbələrin ərazisində yerləşən məktəblərdən danışırıq. Bu məktəblərin Bakı şəhəri üzrə Təhsil İdarəsi və Abşeron rayon Təhsil İdarəsi tərəfindən, eyni zamanda digər yerli təhsil idarəetmə orqanları tərəfindən müvafiq planlar əsasında fəaliyyət göstərməsini planlaşdırırıq”.

Oxşar xəbərlər

Siniflərdə şagird sıxlığı necə tənzimlənəcək?
Baş Nazirdən orta məktəblərlə bağlı yeni QƏRAR
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
I sinfə şagird qəbulunun vaxtı bitdi
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
4000-dən çox şagird sinifdə qaldı
Məktəblər sentyabrda açıla bilər - Bu qaydada - Video
DİM: Bu il imtahan günlərinin sayı artacaq
Bu tədris ilində Bakı məktəblərini bitirəcək şagirdlərin sayı açıqlanıb
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Türkiyədə məktəblər mayın 31-dək bağlı qalacaq
Məcburi köçkün məktəblərində ciddi  problemlər var- Regional Təhsil İdarələri hara baxır ?
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Slovakiyada məktəbə silahlı hücum: Ölənlər var
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir”
Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
Liseylərin V siniflərinə qeydiyyat başlayır
Almaniya karantindən belə çıxacaq - Detallar
10 və 11-ci sinif şagirdləri bu tarixdən məktəblərə qayıdacaq
"Yayın istisində şagird və tələbələri siniflərə, auditoriyalara yığmaq düzgün deyil"
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı
“Tərəqqi” texniki-humanitar liseyində yerlər satılır?
Bakıda şagird səkkiz fəndən “iki” aldı...
AQTA əməkdaşları bölgələrdə tədbirləri davam etdirir
Bu tarixdən dərslər bərpa edilir - Nazir AÇIQLADI
Litvada koronavirusa yoluxanların sayı 1128 nəfərə çatıb
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim