Gəraybəyli ATU-nun tədris klinikalarının dədəsinin obyekti kimi işlədir...
Azərbaycan səhiyyəsinin vəziyyəti heç kimə sirr deyil. İmkanı olan Avropaya, az imkanı olan isə İrana qaçır.
İndi özünüz təsəvvür edin səhiyyəmizin vəziyyətini.
Ölkə səhiyyəsi imkansız, kasıb insanların olub-qalanını və sanki canını almaq üçündür.
Son 30 ildə səhiyyəmizə rəhrbərlik etmiş 2 səhiyyə nazirini gözünüzün önünə gətirin: çevrilişə görə həbs olunan Əli İnsanov və hamının yaxşı tanıdığı....Oqtay Şirəliyev...
Təsəvvür edirsiniz əlacsız, ölümünü gözləyən xərçəng xəstələri üçün Türkiyədən gətirilən dərmanlar Bakıda 5 dəfə baha satılır. ( Bu mövzunu ayrıca işləyəcəyik ).
Bir faktı da qeyd edək ki, səhiyyəmizin mənzərəsi az-çox aydın görünsün.
Təsəvvür edirsiniz, Məleykə Abbaszadənin Tələbə İmtahan Komissiyası 12 bal toplamış məzunun balını artırıb 6-12 edərək Tibb Universitetinə qəbul etdirir.
İndi başa düşdünüzmü, 12 bal toplayan abituriyent ATU-nun tələbəsi olur. Siz bu tələbədən nə gözləyə bilərsiniz ?
Ümumiyyətlə, ATU hətta sovetlərin son dövründə rektor “dollar Yaqub”la məşhur idi.
Yadınıza düşdümü, ATU-nun keçmiş rektoru Yaqub Məmmədov..?
Xalq arasında ona “dollar Yaqub” deyirdilər. Sonralar Milli Məclisin sədri oldu, daha sonra Ayaz Mütəllibov Moskvaya qaçanda hətta Azərbaycan Perzidenti vəzifəsini bir müddət icra elədi.
Sonra da Elçibəy prezident olanda başqasını rektor təyin etdi. Nəticə göz qabağındadır.
Son illər isə Azərbaycan səhiyyəsi dünyada 2 məsələyə görə məşhur olub.
Deməli həkim pasiyentin xəstə sağ ayağının əvəzinə sağlam sol ayağını kəsib və deyir ki, mexaniki səhv olub.
İkincisi, bu yaxınlarda Biləsuvarda həkim xəstənin kor bağırsağının əvəzinə nazik bağırsağını kəsmişdi.
Deyir dənizin dadını bilmək üçün onu içməyə ehtiyac yoxdur, bir damcı da bəs edər. Bu iki rüsvayçı fakt məncə bəhs edər ki, səhiyyəmizin səviyyəsini görə bilək.
İndi keçək əsas məsələyə.
Bu həkimlər harada, hansı ali məktəbdə yetişirlər..?
Əlbəttə, ATU-da...Başqa bir məktəb yoxdur.
İndi gəlin ATU-da baş verənlərə nəzər salaq və...özümüz üçün nəticə çıxaraq.
Əhliman Əmiraslanov rektor vəzifəsindən azad edildikdən sonra ATU-ya gənc bir rektor – Gəray Gəraybəyli təyin edildi.
Gəya Gəraybəyli kimdir, qısaca...
Gəraybəyli Gəray Çingiz oğlu 1967-ci il 29 iyun tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə orta məktəbi qızıl medal ilə bitirib və həmin ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki Azərbaycan Tibb Universiteti) daxil olub. 1992-ci ildə bitirib.
1992-ci ildən 1993-cü ilədək Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasında baş laborant, 1993-cü ildən 1996-cı ilədək assistent, 1996-cı ildən 2007-ci ilə qədər dosent vəzifələrində çalışıb. 2007-ci ilin dekabr ayından indiyə qədər Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının müdiri vəzifəsində çalışır.
2007-ci ildən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatorudır.
Gəraybəyli Gəray Çingiz oğlu 11 aprel 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Tibb Universitetinin rektoru vəzifəsinə təyin edilib.
Bəli, bu gənciin təyinatı məmnunluqla qarşılandı.
Hamı düşündü ki, gəncdir, ingiliscə bilir, özü də Allah qoymasa, BƏY nəslindəndir, Gəray bəyin nəvəsidir. Amma...
Əmması odur ki, ATU kollektivinin yazdığına görə, yeni rektorun fəaliyyəti təhsil ocağının müəllim və professor heyətinin narazılığı ilə qarşılanıb.
Belə ki, bu adam bu boyda ali məktəbdə özbaşınalıq edir.
Gənc rektor kadr islahatları bəhanəsilə öz qohum-əqrəbalarına vəzifə paylayır. Qohum-əqrəbaları isə savadsız, səriştəsiz adamlardır.
Yeni rektor vəzifəyə təyin olunan kimi “yağlı vəzifələr”- baş mühasib, təsərrüfat işləri üzrə müdir vəzifələrini öz qohumlarına verib. Ki, yeyintidən heç kimin xəbəri olamasın. Rektor ən gəlirli vəzifəni öz yeznəsinə verib.
Nəzərə almaq lazımdır ki, ATU-nun büdcəsi kiçik rəqəmlə deyil, böyük rəqəmlərlə ifadə olunur.
Və gənc rektor başına yığdığı qohum-əqrəbası ilə dövlət vəsaitini dağıtmaqla məşğuldur.
Yeni rektor kadrları ancaq kənardan gətirir, ATU-nun öz potensialından istifadə etmir.
Hələ bu harasıdır ?
Gəray Gəraybəyli ATU-nun nəzdində olan tədris klinikalarında yığılan yüz minləri mənimsəyir.
Belə ki, ATU-nun nəzdində 4 tədris klinikası fəaliyyət göstərir. Bunlardan ikisi onkoloji və stomotoloji klinikalardır ki, bunlar Ulu Öndər Heydər Əliyevin müvafiq sərəncamları ilə təsis edilərək, müasir standartlara cavab verən tibbi avadanlıqlarla təmin ediliblər. Bu klinikaların yaradılmasında məqsəd yüksək səviyyəli və təcrübəli tibbi kadrların hazırlanması olub. Prezident İlham Əliyevin səhiyyəyə və təhsilə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində Prezdentin ehtiyyat fondundan ayrılmış vəsait hesabına ən yüksək dünya standartlarına cavab verən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş terapevtik və cərrahiyyə klinikalarının yeni binaları tikilib və istifadəyə verilib.
Gördünüzmü, hamısı dövlətin hesabına olub.
Ancaq rektor Gəray Gəraybəyli bu klinkaları öz dədəsinin obyekti kimi işlədir.
Əlavə şərhə ehtiyac varmı..?
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Ardı var..
Tibb Universitetinin rektoru Prezidentin etimadını doğrultmur... - Rektor Gəray Gəraybəyli ATU-ya qohum-əqrəbalarını doldurub...
17
yanvar
09:56

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
Azərbaycan Tibb Universitetini KİM İDARƏ EDİR: Elçin Əlizadə? - İLGİNC İDDİA
Hesablama Palatası ATU-da ciddi qanun pozuntuları aşkarladı- Rektor Gəray Gəraybəyli qohumbazlıq edir…
“Baş”sız səhiyyəmizin təzə “baş”ı peyda olub…- Həkim-deputat Rəşad Mahmudovun NAZİR olma eşqi...
DİM sədri Məleykə Abbaszadənin rüşvət əməlləri… - Xanım Abbaszadənin HƏBSİ qaçılmazdır…
Başın sağ olsun, BAŞSIZ səhiyyəmiz- Səhiyyə naziri olmayaq istəyən Kəmaləddin Qafarov kimdir ?
ATU-da yeni şöbə yaradıldı, rəhbər təyin edildi
Oqtay Şirəliyev Azərbaycanı necə biabır edir?
Əli Həsənovun tələbə yoldaşı Cəfər Cəfərov ADPU-nu dağıdır- Rektor arvadının savadsız qohumlarını dekan təyin edir
Otuz yaşı olacaq müstəqil Azərbaycanın 17 illik səhiyyə naziri Oqtay Şirəliyev getdi- GEM-in direktoru Sara Həsənova niyə təlaş keçirir ?
Oqtay Şirəliyevi artıq yora biliblər... - İLGİNC İDDİA
Səhiyyə Nazirliyində ÇALXALANMA... - Müavin yola salınır?
QİDA və MİDA vətəndaşları dövlətdən narazı salır…- Qoşqar və Fərhad Təhməz(li)ov qardaşlarının əməlləri…
100 min dolları necə qazanmısan, cənab Cəlal İsayev ?- ATU-nun dosenti olan və 5 il maaşsız işləyən Baş infeksionistdə bu pullar haradandır ?
Rektor Cəfər Cəfərov şəhid əsgərimizin bacısından 600 manat təhsil haqqını tələb edir- Rektorun “ İMTAHAN BİZNESİ “
Oqtay Şirəliyevə peyvəndin ikinci dozası vuruldu
Tibb Universitetinin dosenti də koronavirusdan VƏFAT ETDİ
Başınız nəyə qarışıb, Gülçöhrə Məmmədova ?- Memarlıq və İnşaat Universitetində ''rüşvət'' çiçəklənir ?
Oqtay Şirəliyevə yeni vəzifə VERİLDİ
Cavanşir Feyziyevdən sabotaj: korona dərmanları “mafiya”nın cəngində… - SİYAHI
Tibb Universitetinin şəhid məzunları - SİYAHI
Texniki Universitetin YARIMŞTAT PROFESSOR rektoru Vilayət Vəliyev- REKTORUN “təzə bazarı”…
Cəbhəçi Cəfər Cəfərov necə dekan müavini oldu ? - Rektor Cəfər Cəfərov niyə YAP-a üzv olmaq istəmədi ?
Kasıb, imkansız ailələrin “müdafiə naziri” Sahil Babayev- Qarabağ qazisinə 4 min manata 3 xəstə inək verib …
Prezident Oqtay Şirəliyevi vəzifəsindən azad etdi
“Səhiyyə sistemimiz reanimasiyadadır” - NARAZILIQ!
Adı “ÖMÜR” olan klinika insanların ÖMRÜNÜ kəsir və ciblərinə girir - ŞOK FAKTLAR
Oqtay Şirəliyev və Ramin Bayramlı peyvənd olundu - FOTO
Elnur İsgəndərovun LİRİKA-sı... - Söhbət “Elnur” apteklər şəbəkəsində satılan Lyrica psixotrop dərmandan gedir...
- Azərbaycanda nazir müavininin sevgilisinə görə dava düşdü — EKSKLÜZİV
- Azərbaycanda bu şəxslər işdən çıxarılır
- Moskvanın MƏKRLİ PLANI - Rusiya Xankəndinin işğalını qanuniləşdirmək istəyir
- Elton Hüseynəliyev: “Qadınla kişi arasında söz-söhbət olubsa, günah kişidədir”
- "Putin Türkiyəyə gedəcək?" - Kreml açıqlama yaydı
- Azərbaycan əhalisinin sayı AÇIQLANDI
- İlon Maskın 74 yaşlı anasının bikinili FOTOSESSİYASI
- Almaniya kəşfiyyatı rusiyalılara xəbərdarlıq edib
- Masallıda istirahət mərkəzində yanğın - Xəsarət alan var
- Deputat Şuşada baxıl geyinilməsinə belə yanaşdı: "Baxır kimin ayağı... "
- Finlandiya parlamenti NATO-ya müraciəti təsdiqlədi
- Dolların məzənnəsi sabit qaldı
- Lukaşenko Rusiyada Putinlə görüşəcək
- Putini 20 min nəfər qoruyur - bir ordu... (VİDEO)
- Ərdoğan Qarabağ müharibəsindən DANIŞDI
- Azərbaycan Prezidentinin köməkçisi türk dövlətlərinə çağırış edib
- 16 yaşlı Amin Osmanov qızıl medal qazandı - FOTOLAR
- Nüşabə Ələsgərli qəzəbləndi: "Bura Azərbaycandır, Fransa deyil!" - VİDEO
- Ağcəbədidə Rafil Hüseynovun himayədarlıq etdiyi şəxsin adı bəlli oldu... - Baş həkim Məmmədova Təranə Cabbar qızı hansı rəylərə imza atır?
- Şuşada İƏT PA-nın Üçüncü Ümumi Konfransı keçiriləcək
- Zülfiyyə Xanbabayevanı geridə qoydu, ermənilər mahnısını oğurladı, heç vaxt fəxri ad almadı - FOTO
- Bu xidmətlərdə qiymətlər bahalaşıb - Siyahı
- BƏƏ-nin yeni Prezidenti SEÇİLDİ
- Prezidentin köməkçisi türk dövlətlərinə çağırış etdi
- Mərdan Camal(ov)-ZADƏ Prezidenti aldadıb..? - PA-nın saytında ( president.az) Camalov, Zərdab RİH-nin saytında Camalzadə…
- Suares "Barselona"ya qayıda bilər
- Lənkəranda 27 yaşlı gənc qətlə yetirildi
- Nazilə Səfərli gəlininə xınayaxdı etdi - VİDEO
- "Pençe-Kilit əməliyyatında 73 terrorçu məhv edilib" - Hulusi Akar