Bakı Avrasiya  Universiteti, yoxsa “ailə kantoru” ?- Rektorun 25 yaşlı prorektor oğlu...
10-01-2022, 08:03
1 078

Bakı Avrasiya Universiteti, yoxsa “ailə kantoru” ?- Rektorun 25 yaşlı prorektor oğlu...

Universitetdə 1 semestrin qiyməti 300 manatdır...

Belə universitetlər niyə bağlanmır ? 

Çox yox, cəmi  30 il əvvəl Azərbaycanda cəmi 1 universitet var idi  -  Sergey Mironoviç  Kirov adına Azərbaycan Dövlət Univeristeti (indiki BDU). 
Sonraki illərdə  universitetlərimizin sayı yağışdan sonra göbələk kimi artmağa başaldı. Və bu gün ölkədə neçə universitet  fəaliyyət göstərdiyini  soruşan olsa, inanmıram ki, dəqiq rəqəm deyən olsun. 
Əslində bu universitetlərin çoxu kimlər üçünsə qazanc mənbəyi, gəlir yeri idi. Yəni təəssüf ki, təhsilimizi də biznesə çevirdik. 
Belə univüersitetlərdən biri də Bakı Avrasiya Universitetidir. 
Qısa məlumat üçün qeyd edək ki, Bakı Avrasiya Akademik Universiteti 1992-ci il, aprelin 30-da Ali Diplomatiya Kolleci adı ilə fəlsəfə elmləri doktoru, professor Nazim Ziyad oğlu Hüseynli tərəfindən təsis edilmişdir.
Təhsil müəssisəsi Dövlət Ali Ekspert Komissiyasının 1993-cü il 13 mart tarixli 7/1 saylı qərarı ilə dövlət qeydiyyatından keçmişdir.
2005-ci il 30 iyun tarixindən etibarən Bakı Diplomatiya Universiteti, 2006-cı il 26 may tarixindən etibarən isə Bakı Avrasiya Universiteti adı altında dövlət qeydiyyatından keçmişdir.
Hal-hazırda ali təhsil ocağı - Bakı Avrasiya Akademik Universiteti kimi fəaliyyət göstərir...
Özünüz də gördünüz ki, bu universitet  qısa vaxtda bir neçə dəfə adını dəyişib. 
Hətta ən gülməlisi odur ki, Universitet sözünün qabağına bir AKADEMİK sözü də əlavə olunub. 
Adamdan soruşarlar ki, AKADEMİK UNİVERSİTET nə deməkdir ? 
Yəni bu ali təhsil ocaqlarını açanların məqsədi heç də gənc nəsilə yüksək təhsil vermək olmayıb. Məqsəd ancaq və ancaq pul qazanmaq olub. Hətta neçə illər belə universitetlər gəncləri hərbi  xidmətdən yayındırırdı... 
Nə isə  BAU-i yarandığı gündən adı ancaq rüşvət və qalmaqallarda hallanıb. 
 BAU ilə bağlı  xəbər başlıqlarına fikir verin: 
BAU-da  bir semestrin qiyməti 300 manatdır. 
Deyirlər ki, bura təhsil ocağı deyil, sanki bazardır. 
Rektor 25 yaşlı  oğlunu  universitetə PROREKTOR  təyin etdi. 
Axı,  dünən  “Narxoz”u bitirən gənc  necə prorektor ola bilər ? 
Bu adamın heç 1-2 illik əmək stajı yoxdur. 
Deməli, bura əslində  Universitet olmaqdan daha çox “ailə kantor”udur. 
Bəli, qardaş  prorektor, bacı dekan, xalaqızı şöbə müdiri və s. 
Onu da qeyd edək ki, BAU Azərbaycanda ən zəif  göstəricisi olan universitetdir. Amma…
Əmması odur ki,  universitetdə imtahan sessiyalarında rüşvət   az  qala ayaq açıb yeriyir, tələbələrin biliyinə deyil, ciblərinə baxıb qiymət yazırlar.
Baş verən neqativ hallara görə, az-çox təcrübəsi olan müəllimlər də  universiteti tərk edir. 
Bu universitetin uzun illər “krışası”nın kim olduğu da hamıya bəllidir. 
Deyirlər ki, BAU-da təlim-tərbiyə-təhsil deyil, sanki GESTAPO qaydaları işləyir. 
Hansı müəllim azca tənqidi fikir deyirsə, sabah işdən azad edilir. 
Hər il ölkə mediasında oxuyuruq ki, Avrasiya Universiteti bağlanır…
Avrasiya Universitetinin lisenziyası əlindən alınır…
Amma…


Oxşar xəbərlər

Avrasiya Universitetində “ailə klanı”
Tarix fənnindən kəsildiyi üçün diplom ala bilməyən əsgərimizə universitetdən CAVAB GƏLDİ - VİDEO
6 universitetimiz dünyanın ən yaxşı universitetləri sırasında
Avrasiya klinikasının dövlətə 3 milyon manata yaxın vergi borcu var
Kolleclər  tələbəni ƏMƏK  BAZAR-ına hazırlaya bilmir-  Kollecləri ali məktəblərin nəzdinə verməklə heç nə dəyişmədi...
Fətullah Gülənlə bağlı Qafqaz Universiteti  bağlandı …-   Bəs  MADO  niyə bağlanmır ?
Azərbaycan XİN-də bir ailədən 3 diplomat: İki səfir, bir rəis müavini
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramovun “təmir biznesi” - TƏHSİL NAZİRİ BUNLARI BİLİRMİ ?
Bu xarici universitetlərin Bakı filiallarının diplomları tanınmır - SİYAHI AÇIQLANDI
Professora TƏBİB-də vəzifə verildi - Foto
Tələbələrdən ADNSU rektoruna qarşı ETİRAZ... - "Təhsil sistemimizi öz SSRİ təfəkkürünüz ilə daha da məhv etməyin"
Dövlət Universiteti, yoxsa AİLƏ PODRATI... - İTTİHAM
Azərbaycanın kimyaçı alimi vəfat etdi - FOTO
Keçmiş “partkom”, “instruktor”, “bazarkom”  hara, universitet rektoru hara ? - HAVAR MƏMMƏDOVUN REKTORLUQ STAJI….
Bakı Dövlət Sirkinin keçmiş direktoru vəfat etdi
Kamal Abdullanın ADU-da keçirdiyi sınaqlar nələrə hesablanıb - İLGİNC İDDİALAR...
COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb
Memarlıq və İnşaat Universiteti, yoxsa Gülçöhrə Məmmədovanın “şəxsi təsərrüfat”ı..?- Gülçöhrə Məmmədovanın  “tender  maxinasiya”ları...
Bu universitetdə 35 yaşlı prorektor təyin edildi
Texniki Universitetin YARIMŞTAT PROFESSOR  rektoru Vilayət Vəliyev- REKTORUN “təzə bazarı”…
Rüfət Aslanlının bankı kritik durumda
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Bu xarici universitetlərin diplomları Azərbaycanda tanınmır - SİYAHI
Professor Oqtay Nüsrətov vəfat edib
Universitetdən kobud qanun pozuntusu: 136 minlik tender ...
BDU-nun tanınmış müəllimi vəfat etdi - FOTO
ATU-da ciddi korrupsiya faktları mövcuddur... - TƏFTİŞ BAŞLAYIB
Təhsil sistemi necə iflic duruma salınır - GƏLİŞMƏ
Universitetdən kobud qanun pozuntusu: 136 minlik tender yeni yaranan şirkətə verildi - Foto
İnstitut direktoru VƏFAT ETDİ