Mehriban Vəliyeva  deyir ki, sinif jurnalları ləğv olunacaq...

Milli təhsilimizin vəziyyəti  hamıya bəllidir. 
Bir neçə gün öncə şagirdin öz sinif yoldaşını bıçaqlamasına hamımız şahid olduq. 
Yaxud 2 il öncə  şagird özünü məktəbdə intihar etdi. 
Sabirabadda məktəb direktoru şagirdə təcavüz etdi. 
Məktəblərdə rüşvət adi hal alıb...
Müəllimlər repetitorluq üçün  direktora aylıq verir..
Direktor isə hər ay müəllimlərdən yığdığı pulu icra başçısına çatdırır..
Ağcabədinin icra başçısı Rafil Hüseynov  müəllimləri testdən keçirir...
Bu hələ mətbuatda gedən məlumatlardır. İndi təsəvvür edin ki, nə qədər məlumat cəmiyyətdən gizlədilir...
Milli  təhsilimizin vəziyyətini təssəvvür etmək üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin durumuna nəzər salmaq kifayət edər. Niyə ?
Çünki, söhbət ölkənin Baş Kəndi, paytaxtı olan Bakının təhsilindən gedir...
Son  5-6 ildə Bakı Şəhər Təhsil İdarəsinə neçə nəfər rəhbərlik edib?
Əlbəttə, lazım olanda rəhbər şəxslər dəyişdirilməlidir. Amma bu boyda paytaxtın təhsil idarəsini eksperimentə çevirmək olmaz. 
Bir müddət  bu idarəyə Məhəbbət Vəliyeva rəhbərlik etdi. 
Bu xanım ölkədə təhsil nazirinin müavini olmuş şəxs idi, yəni ən yüksək vəzifə tuturdu. Sonra hansısa səbəbdən vəzifəsindən azad edildi. 
Ölkə mediasında  yazılanlara görə, Məhəbbət xanım Bakı Şəhər Təhsil İdarəsinin müdiri işləyəndə rüşvətxor və korrupsioner kimi ad çıxarmışdı. 
Məhəbbət xanım, məktəb direktorlarının,  lisey direktorlarının təyin olunma qiymətini qaldırmışdı. 
Məhəbbət xanımın elmi işinin plagiat olması da xeyli müzakirələrə səbəb olmuşdu. 
Xanım Vəliyevanın qızı da şəhər təhsil müəssisəsində  baş mühasib kimi bu işlərdə iştirak etmişdi. 
Ancaq daha çox hallanan xəbər onun Fətullah Gülənin  heyranlarından biri olması idi. 
Məlumata görə, Məhhəbbət xanım bu boyda rüşvət və korrupsiya bataqlığından sonra haqqa gəlmək istəyib. Və namaz qılaraq, oruc tutaraq günahlarının bağışlanmasını diləyirmiş. Hətta nazirliyə də  çarşabda-hicabda gəlirmiş. 
Sözün düzü, kiminsə namaz qılması, oruc tutması, hicab taxması bizim üçün müzakirə mövzusu deyil. Hər kəs öz inancında azaddır. Allah hər kəsin ibadətini qəbul etsin. Amma...
Əmması odur ki,  bizim üçün əsas olan bu hicabın altında baş verən rüşvət və korrupsiya əməlləridir. 
Nə isə..hansısa səbəbdən Vəliyeva Məhəbbət getdi və...Vəliyeva Mehriban  gəlib oldu Bakı Şəhər Təhsil İdarəsinin müdiri. 
Mehriban Vəliyeva deyir ki, məktəb Günəşdir, repetitorluq isə KÖLGƏ-dir...
Siz Allah  bunun dediklərindən nəsə başa düşdünüzmü ?
Nə Günəş, nə Kölgə-filan..?
Heç kimə sirr deyil ki, bu gün ali məktəblərə qəbul olan tələbələrin çoxu  repetitor  müəllimlərin hesabına qəbul olurlar.  
Guya Mehriban Vəliyeva bilmir ki, məktəblərdə uşaq hazırlaşdıran müəllimlər hər ay direktora aylıq verir ? 
Və bu aylıqlar yığılaraq Bakı Şəhər Təhsil İdarəsinə çatdırılır. 
Mehriban Vəliyeva deyir ki, məktəblərdə olan sinif jurnalları yığışdırılacaq...və əvəzində elektron jurnallar olacaq. 
Yaxşı adi sinif jurnalları yığışdırıldı və elektron jurnallar oldu. 
Bununla nəsə dəyişirmi, ay Mehriban Vəliyeva ? 
Söhbət təhsilin məzmunundan, səviyyəsindən gedir e, elektron jurnallardan getmir...
Bir daha bir media olaraq bəyan edirik ki, nə qədər ki, orta məktəblərdə rüşvət halları var, TƏLİM-TƏRBİYƏDƏN söhbət gedə bilməz. 
Xanım Mehriban Vəliyeva, get bu nağılları başqa yerdə danış...
Qısa məlumat üçün qeyd edək ki, Mehriban Vəliyeva  Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.
Təhsil naziri Emin Əmrullayevin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Az qala  unutmuşduq ki, Mehriban Vəliyeva həm də  Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür...

Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.