Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
10-09-2020, 10:57
160

Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən iyun-iyul aylarında keçirilən yekun qiymətləndirmə (attestasiya) imtahanlarda iştirak etməyən 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanları keçirir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahanlar Bakı, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Sumqayıt, Yevlax, Şəki, Ağcabədi, Kürdəmir, Sabirabad, Lənkəran, Cəlilabad, Masallı və Xaçmazda təşkil olunub. İmtahan nəticələri şagirdlərin yekun qiymətləndirmə sənədinə yazılacaq və onlara attestat veriləcək. 

İmtahanlarda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 18277, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 1789 şagirdin iştirakı nəzərdə tutulur. 369 şagird isə yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 89 imtahan binası, 1600 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 89 ümumi imtahan rəhbəri, 253 imtahan rəhbəri, 2077 nəzarətçi–müəllim, 178 buraxılış rejimi əməkdaşı, 89 bina nümayəndəsi ayrılıb. 
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Oxşar xəbərlər

DİM yekun qiymətləndirmə imtahanlarında iştirak etməyənlər üçün buraxılış imtahanları keçirəcək - Diqqət!
“9-cu və 11-ci sinif şagirdləri üçün yenidən buraxılış imtahanları keçiriləcək” –DİM
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
Qəbul imtahanları başlayıb
Martın 1-də keçirilən buraxılış imtahanı üzrə ballar 100 ballıq şkalaya keçirilib
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Sabahkı imtahanlarda 4 606 nəfər iştirak edəcək
Bir nəfər yüksək hərarətə görə imtahana buraxılmadı
Buraxılış imtahanlarının nəticəsi nə vaxt bilinəcək? - RƏSMİ
2 nəfər yüksək hərarətə görə imtahan buraxılmadı
DİM avqustun 27-də növbəti imtahanlar keçirəcək
Bu gün növbəti imtahanlar keçiriləcək - DİM
DİM abituriyentlərə müraciət edib
Qəbul imtahanları ilə bağlı vacib xəbər
Bu şəxslər sentyabrda imtahan verəcək - RƏSMİ + VİDEO
Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı
Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib — Yenilənib
Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər
Azərbaycanda bu şagirdlər onlayn imtahan verəcəklər - AÇIQLAMA
Azərbaycanda növbəti qəbul imtahanları keçirilir
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
DİM: Bu il imtahan günlərinin sayı artacaq
Liseylərə qəbul imtahanları keçirilir
Bu gün 3 506 nəfər imtahan verəcək
DİM sədri: “23-24 iyulda keçirilməsi nəzərdə tutulan imtahanlarda 60 min şəxs iştirak edəcək”
Abituriyent və subbakalavrların nəzərinə
“Şagirdlər karantindən sonra mütləq xüsusi imtahana cəlb edilməlidir”
DİM-dən xaricə oxumağa getmək istəyən məzunlarla bağlı açıqlama
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir