Ən çox ixtisas seçimi bu qruplarda olub
14-09-2020, 13:11
110

Ən çox ixtisas seçimi bu qruplarda olub

Məlum olduğu kimi, I qrup üzrə 15373, II qrup üzrə 7682, III qrup üzrə 17964, IV qrup üzrə 3757 abituriyent olmaqla ümumilikdə 44776 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.
Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, 14 sentyabr saat 12:00-a olan məlumata əsasən I ixtisas qrupu üzrə 6065, II ixtisas qrupu üzrə 4445, III ixtisas qrupu üzrə 6511, IV ixtisas qrupları üzrə isə 1481 olmaqla, ümumilikdə 18502 elektron ərizə təsdiq olunub.
V ixtisas qrupu üzrə qabiliyyət imtahanları davam edir və hələlik 7552 ərizə təsdiq olunub. Qabiliyyət imtahanları sentyabrın 18-dək davam edəcək. Qabiliyyət imtahanlarının nəticələri imtahan verilən günün sonunda sistemə daxil edilir və abituriyentlər ixtisas seçimi edə bilirlər.
İxtisas seçiminin sonuna 1 həftə vaxt qalıb və  20 sentyabr saat 23:59-dək davam edəcək.
Abituriyentlərin (subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş şəxslər iştirak edə biləcəklər.
Qeyd edək ki,müsabiqədə iştirak edənlər “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər.

Oxşar xəbərlər

I ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayanların sayı açıqlandı - RƏSMİ
Məleykə Abbaszadə abituriyent və valideynlərə müraciət edib
Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı
Qəbul imtahanlarında ən yüksək nəticə göstərən məktəblər açıqlanıb
Abituriyent və subbakalavrların nəzərinə
V qrupda qabiliyyət imtahanları ləğv olundu - ballar artırıldı
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
Azərbaycanda abituriyentlərin ən çox seçdiyi ixtisaslar məlum oldu - SİYAHI
DİM-in müraciəti yayılıb: “Abituriyentləri aldadırlar”
Bugünkü imtahanın test tapşırıqlarının düzgün cavabları açıqlandı
Qəbul imtahanlarının vaxtı açıqlandı — RƏSMİ AÇIQLAMA
Növbəti qəbul imtahanlarının cədvəli açıqlandı
Universitetlərə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Ali məktəblərə keçid balları açıqlandı - DİM dərc etdi
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
DİM abituriyentlərə müraciət edib
Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər
İslamşünaslıq ixtisasına qəbul olmaq istəyənlərin nəzərinə
DİM sədri oğlanın Qızlar Universitetinə qəbul olmasından danışdı
Məleykə Abbaszadədən valideynlərə ÇAĞIRIŞ
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Hərarəti yüksək olan 1 nəfər imtahana buraxılmadı
Qəbul imtahanları başlayıb
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb
Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri açıqlandı
Magistraturaya qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadıldı