Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək. Həmçinin III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahan keçiriləcək.
DİM-dən bildirilib ki, bu imtahanda (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya imtahanı) 22 min 878 abituriyentin iştirakı nəzərdə tutulur.
Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Masallı və Xaçmazda təşkil olunacaq imtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Kütləviliyin qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsi;
- Şəxsiyyəti təsdiq edən sənədin əsli.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahan keçirilən şəhər və rayonlarda 98 imtahan binası, 1715 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 98 ümumi imtahan rəhbəri, 280 imtahan rəhbəri, 2138 nəzarətçi–müəllim, 240 buraxılış rejimi əməkdaşı, 98 bina nümayəndəsi ayrılıb.
İmtahanda 22 878 abituriyentin iştirakı nəzərdə tutulur. Abituriyentlərdən 20 725 nəfər Azərbaycan, 2 153 nəfər isə rus bölməsinin məzunudur. İmtahan verənlərin 13 648 nəfəri oğlan, 9 230 nəfəri isə qızdır. 19 068 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3 293 nəfər əvvəlki illərin məzunudur. 25 nəfər ali təhsil müəssisələrinin, 492 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 87 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci ildən, ən gənci isə 2006-cı ildəndir.
İmtahanda 19 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
İmtahanın gedişini işıqlandırmaq üçün regionlar da daxil 24 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.
Bu gün 23 minə yaxın abituriyent qəbul imtahanı verəcək
22
may
10:36

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Bu gün 21 mindən çox şagird imtahan verəcək
III və II ixtisas qrupu üzrə qəbul imtahanı BU TARİXDƏ KEÇİRİLƏCƏK
Bu gün növbəti buraxılış imtahanı keçirilir
Bu gün 14 min abituriyent imtahan verəcək
Qəbul imtahanları bu tarixlərdə keçiriləcək
Bu gün qəbul imtahanı var
Bu gün II qrup imtahan verəcək
I və IV qrupa harılaşanların NƏZƏRİNƏ!
Bu gün imtahan var
DİM qəbul imtahanları ilə bağlı MƏLUMAT YAYDI
Bu gün qəbul imtahanları keçiriləcək
Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər
14 mindən çox şagird imtahan verəcək
Bu gün imtahan var
Sabahkı imtahanlarda 4 606 nəfər iştirak edəcək
Qəbul imtahanlarının saatı DƏYİŞDİRİLDİ
Bu gün buraxılış imtahanı var
Bu gün 17 mindən çox abituriyent imtahan verəcək
18 minə yaxın şagird imtahan verəcək
Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
Bu gün qəbul imtahanı var
Bu gün 2 432 abituriyent imtahan verəcək
Buraxılış imtahanlarında iştirak edə bilməyənlər üçün növbəti şans
DİM avqustun 27-də növbəti imtahanlar keçirəcək
DİM abituriyentlərə müraciət edib
Bu gün növbəti imtahanlar keçiriləcək - DİM
Magistraturaya qəbul imtahanlarının tarixi AÇIQLANDI
Bu gün 22 min şagird imtahan verəcək
Bu gün 11-ci siniflər üçün buraxılış imtahanları keçiriləcək
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Misirdə akula turist qadını parçaladı - Video
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Bazar günü hava necə olacaq?
- "Təxribatların qarşısını almağa hazır olun" - Zakir Həsənovdan generallara TAPŞIRIQ
- 4 il əvvəl Kiyevdə öldürülən azərbaycanlı ilə bağlı RƏSMİ MƏLUMAT
- Ceyhun Bayramov İrana gedir - Prezident səviyyəsində qəbul olunacaq
- Cənubi Çin dənizində 30 nəfərin olduğu gəmi batdı
- "Kurtlar vadisi"nin "Tuncay"ı vəfat etdi
- Bakıda ağır qəza - ölənlər və yaralılar var
- Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
- Bu ərazilərdə içməli suyun verilişi DAYANDIRILDI
- Kiyev vilayətində düşmən raketi vuruldu - Kuleba
- 6 ayın qəza statistikası: 328 ölü, 161 yaralı
- Mirəlif Əzizov dövlətin malına elə daraşıb ki... - Zaur Mikayılovun NƏZƏRİNƏ
- Prezident şəhid qızını hakim TƏYİN ETDİ - FOTOLAR
- “Çörəyimizə Haram Qatanlar” və NUR çörək zavodunda nə baş verir ? – TƏHLİL
- Azərbaycan nefti bahalaşdı
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi