Müxalifətçi partiya sədrinin bacısı oğlu necə prorektor oldu..? 


Təhsil sistemimizin necə bərbad durumda olması ilə bağlı uzun-uzadı müzakirə açmağa  ehtiyac yoxdur. 
Demək olar ki, hər gün ölkə mediası, sosial şəbəkələr məktəblərimizdə, ali məktəblərdə baş verən qanununsuzluqlar, rüşvət və  korrupsiyla halları barədə  yazırlar. Amma ortada heç bir nəticə yoxdur. 
Gündəlik-Bakı olaraq son vaxtlar Texniki Universitetdə, Memarlıq və İnşaat Universitetində,  Bakı Mühəndislik Universitetində  baş  verən korrupsiya halları ilə bağlı araşdırma yazıları dərc edirik. 
Təsəvvür edirsiniz, dövlətdən konkret maaş alan rektor, yaxud prorektor  oliqarxlar kimi yaşayır, zavodu, villası, biznesi, klinikası və daha nələri....
Yaxşı, bir soruşan yoxdur ki, bu pullar haradan ola bilər..? 
Bəli, dəfələrlə yazmışıq ki, bu gün bizim ali məktəblərdə olan tələbələrin təhsil haqqı  dünyanın heç bir ölkəsində yoxdur. 
Rektorlar həmin pulları silmək üçün  bir ildə 2-3 dəfə universitetin divarlarını qaşıyaraq, sonra “kraskalayaraq”  milyonları silirlər. Və üstəlik  dövlətin ayırdığı vəsaiti mənimsəyirlər. 
Sözün qısası, ali məktəblər əməlli-başlı rüşvət və korrupsiya yuvasına çevrilib. 
Biz hələ imtahanlarda olan rüşvəti, “qayıb biznesini”  və daha nələri demirik. 
Universitetlərdə  təmir-tikinti adı ilə aparılan  və saxta tenderlər vasitəsilə həzm olunan  yüz minlər başqa bir mövzudur. 
Adı neçə ildir medianın  gündəmindən düşməyən ali məktəblərdən biri, bəlkə də birincisi Gəncə Dövlət Universitetidir. 
Dövlətimizin Bakıdan sonra ikinci böyük şəhərində fəaliyyət göstərən universitetlə bağlı  dərc olunan materiallara  baxanda adam xəcalət çəkir. 
Dünyada  universitetlər öz nüfuzuna  görə məşhurdur. Bizim universitetlərin adı isə....heç bir dəftərdə   yoxdur. 
Gəncə Dövlət Universitetinə 2014-cü ildə Yusif Yusibov rektor təyin olunanda təhsilimizin başına yekə bir daş düşdü. 
Bəli, Gəncə Dövlət Universiteti indi  ali təhsil ocağı deyil, sanki  biznes mərkəzi kimi fəaliyyət göstərir. 
Bu işdə vaxtilə iqtisadiyyat-idarəetmə fakültəsinin dekanı,  hazırda  tədris işləri üzrə prorektor olan Şahin Xurşudovun da “xeyli əməyi”  var. 
Belə ki, Şahin Xurşudov vaxtilə  Gəncə Dövlət Universitetinin 4-cü korpusunun həyətini  qanunsuz zəbt edərək kafe tikdirməsi hadisəsi ilə medianın gündəmini zəbt etmişdi.
Bu adam 100 minlik avtomobildə gəzir,  qolundakı saatın qiyməti 6-7 min manatdır. 
Bəli, Şahin Xurşudov universitetdə 30 il stajı olan, maaşdan-maaşa  sürünə-sürünə çıxan, işə avtobuslarda gəlib-gedən, ildə bir dəfə ayaqqabı dəyişən müəllimlərə bənzəmir. 
Məlumat üçün onu da qeyd edək ki, Şahin Xurşudov keçmiş baş prokuror, Ədalət partiyasının sədri, müxalifətçi  İlyas İsmayılovun bacısı oğludur. 
Mediada  yazılanlardan bəlli olur ki, prorektor  universitetdə  mərkəzləşdirilmiş şəkildə rüşvət mexanizmini yaradıb.  
Media  üzərindən apardığımız  araşdırma zamanı bəlli oldu ki, prorektor Şahin Xurşudov  bir müddət öncə universitetdə etdiyi etikadan kənar hərəkətə görə döyülərək xəstəxanaya düşmüşdü. 
Bunu da deyək ki, Şahin Xurşudov demək olar ki, Gəncədə ki, əksər ali məktəblərə əl qoyub. Məsələn o, 1, ştat vahidi ilə Gəncə Dövlət Universitetinin İqtisadiyyat kafedrasında, 0,5 ştat vahidi əvəzçiliklə və 240 saathesabı ilə Azərbaycan Texnologiya Universitetində dosent və yenə də Gəncə Dövlət Universitetinin “Təcrübə və işlə təminat”şöbəsinin “ictimai əsaslarla müdiridir. Amma gülməlisi budur ki, rəsmi strukturda belə bir şöbənin olması göstərilməyib. Ancaq o tək özü yox, hətta 5 nəfər işçi də işə götürüb və özünə möhür də düzəltdirib. Yəqin indi nəyə görə belə şəxsin dekan vəzifəsinə gətirilməsinin sirlərini bildiniz. 
Və üstəlik  Şahin Xurşudov Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorudur. 
Bəli,  universitetdə  Şahin Xurşudova  rektor Yusif Yusibovun “qara kassasl”  deyirlər. Şahin Xurşudov hər yerdə deyir ki, mən mini rektoram və heç kimdən çəkinmədən rüşvət alır. Və tələbələrə deyir ki, indidən rüşvət almağı və verməyi öyrənin. 
Prorektor  tələbələrdən yığıdığı  rüşvətin hesabına Gəncədə və Bakıda xeyli sayda evə, əmlaka sahibdir. 
Görəsən, təhsil nazirimiz Emin Əmrullayev  bu boyda cinayət əməllərini görmür..: 
Yazıda  müxtəlif saytların materiallarından istifadə edilmişdir. 
Qarşı tərəfin  mövqeyini dərc etməyə hazırıq.