Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
18-09-2020, 16:37
127

Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib

"Sosial şəbəkələrdə bəzi özəl ümumi təhsil müəssisələrində şagirdlərin həftədə 5 dəfə əyani şəkildə tədrisə cəlbi ilə bağlı fikirlər səsləndirilir".

Təhsil Nazirliyindən verilən məlumata görə, bu, Nazirlər Kabinetinin tədrisin təşkili ilə bağlı müvafiq qərarlarına riayət edilməməsidir. Təhsil müəssisələrində tədrisin təşkili ilə bağlı bütün məsələlər Təhsil Nazirliyinin nəzarətindədir və belə hallar təsdiqini taparsa, müvafiq şəkildə tədbirlər görüləcək.

2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin karantin rejimində təşkili Nazirlər Kabinetinin müvafiq Qərarı əsasında həyata keçirilir. Belə ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Sentyabrın 15-dən ölkəmizdə 2020-2021-ci tədris ilinə start verilib. Pandemiya ilə əlaqədar  olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilir. Müəyyən edilmiş qaydalara əsasən, I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

Oxşar xəbərlər

Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Təhsil naziri yeni əmr imzaladı
Bu tarixdən dərslər bərpa edilir - Nazir AÇIQLADI
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Məktəblərdə kütləvi tədbirlər QADAĞAN EDİLDİ
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
Tədrisin davamlı olması qaydalara riayət etməyimizdən asılı olacaq - Təhsil naziri
“Bilik günü” onlayn qaydada keçiriləcək
Sabahdan uşaq bağçaları açılır - bu rayon və şəhərlər istisna olmaqla
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Azərbaycanda 2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb
Nazirlik: Kütləvi tədbirlər qadağan olunduğundan Bilik günü də keçirilməyəcək
Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Sentyabrın 15-də “Bilik günü” keçirilməyəcək - RƏSMİ
Təhsil Nazirliyi: Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb
Bu il Azərbaycanda 125 məzuna qızıl nişan verilib
Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
Məktəblərdə ilk dərs koronavirusa həsr olunacaq
Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ
“2” alan şagirdlər yuxarı sinfə keçirilməyəcək
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
I sinfə şagird qəbulunun vaxtı bitdi
Bu gün Bakıda 44 686 şagird I sinfə gedib
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA: “Məcburi deyildi...”