Məktəblər yenidən bağlanacaq? - Açıqlama
19-09-2020, 11:53
107

Məktəblər yenidən bağlanacaq? - Açıqlama

Azərbaycanın ümumi təhsil müəssisələrində yeni tədris ili başlayıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isəəyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil olunur.
Təhsil nazirinin əmrinə əsasən dərs məşğələləri I-IV siniflərdə sentyabrın 15-dən əyani və distant (məsafədən) başlayıb. V-IX siniflərdə sentyabrın 15-dən distant formada başlayan dərslər oktyabrın 1-dən, X-XI siniflərdə isə oktyabrın 15-dən əyani və distant formada davam edəcək.
Lakin koronavirus hələ heç yerə qeyb olmayıb. Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür. Belə iddialar var ki, payız fəsli mövsümi xəstəliklər də baş qaldıracağına görə, yoluxmalar pik həddə çatacaq, buna görə də, təhsil müəssisələri yenidən qapadılacaq.
Amma Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu cür fikirlərlə razılaşmır: “Ümumi təhsil müəssisələrinin fəaliyyəti yenicə bərpa olunub, niyə qapadırıq ki?!”
C.Valehov bununla bağlı hər hansı müzakirə aparılmadığını söylədi.
Həkim-farmakoloq, beynəlxalq “Complete-Pharma Europe” əczaçılıq şirkətinin ixrac departamentinin direktoru Müşfiq Hüseynov isə bildirdi ki, işin sonun gözləmədən nəticə çıxarmaq və sonradan peşman olmaq artıq bizdə milli xüsusiyyət halına gəlib: “Hər kəs koronavirusa bitdi gözü ilə baxır. Çox az adam maskadan istifadə edir. Hər kəsdə bir rahatlıq var. Axı, biz bu səhvi may ayında bir dəfə etdik, niyə təkrar eyni səhvləri edirik?! İyun ayına kiçik yoluxma rəqəmləri ilə çıxa biləcəyimiz halda, 600 nəfərə qədər qalxdıq. Başa salmaqdan yorulduq ki, özünüzü, ailənizi qoruyun”.
Həkim bir daha vurğuladı ki, tədbirli olmaq lazımdır.
“İkinci dalğanın başlaması ehtimalı varmı?” sualına M.Hüseynov bu cür cavab verdi: ”Çox böyük ehtimalla bəli, bu gedişlə oktyabrın ilk həftələrinə biz yenə böyük rəqəmlərlə daxil olacağıq. Məktəblər qismən və müəyyən şərtlərlə açıldı. Buna isə bir test kimi baxın”.

Mütəxəssis məktəblərin yenidən qapadılmasının mümkün olduğunu düşünür. Onun fikrincə, məktəblərdə sosial məsafənin gözlənilməsi praktik olaraq mümkün deyil: “Müəllimlərin böyük hissəsi ictimai nəqliyyatdan istifadə edir, deməli, yüksək risk altındadırlar. İstər müəllim-şagird, istər valdeyn-müəllim, istərsə də valideyn komitələri arasında ünsiyyət təhsil prosesinin ayrılmaz hissəsidir. Bu zaman sosial məsafə bir yana qalsın, maskadan belə istifadə edilmirsə, yoluxmaların sayının artması labüddür. Məktəblərdə gigiyenik şəraitə necəəməl olunur, şagirdlər hər sabah temperatur yoxlamasından keçilirmi, siniflər dərsarası dezinfeksiya olunurmu?
Suallar çoxdur, cavablar isə qaneedici deyil. Amma bəlli olan bir şey var: qapanma və ya sərtləşmə artıq çıxış yolu deyil. Biz evdə oturub, on milyonuncu vətəndaşın yoluxub-sağalmasını gözləyə bilmərik. Rəsmi statistikaya inansaq, indiyə kimi yoluxmuşların sayı əhalinin heç 3 faizi də deyil. Sonra nə olacaq? Vaksinasiyaya qədər evdən çıxmayaq? Bu, qeyri-mümkündür. Ona görə də insanların özünü qoruması üçün ictimai, hüquqi, elmi, informasiya vasitələri səfərbər olmaldır. Hər kəs bir müddət özünü qorusa, həyatımıza qaldığı yerdən davam edəcəyik”.
M.Hüseynovun fikrincə, Operativ Qərargah ilk gündən hadisələrin önündə deyil, arxasında gedir: “Əhalini də narazı salan budur. Pandemiya tək bizdədirmi? Əlbəttə yox, bütün dünyadadır. Amma heç bir ölkədə dörd ayı sərt olmaqla, altı ay davam edən karantin rejimi olmadı. Operativ Qərargah karantini iyul ayında bitirməli idi”.
“Ümumiyyətlə, qapanma çıxış yoludurmu” sualına həkim belə cavab verdi: “İlk mərhələdə başqa variant mümkün deyil. Birinci zərbəni qarşılayan zaman mütləq qapanmaya gedilməli idi, gedildi də. Bu, düzgün qərar idi. Amma qapanma tam olmalı və üç həftə sonra bitməli idi. Burada artıq verilən qərarlar yanlış oldu. Demək olar ki, bütün qərarlar yanlış oldu. Bu gün də anlamaq olmur ki, niyə qapalı məkanlarda maska taxmaqla iri ticarət mərkəzləri işləmir, amma metro açıldı?
Metroya hər gün milyonlarla adam daxil olur. Və ya əksinə, niyə metro bağlı idi, amma avrobusda insanlar heç bir sosial məsafə gözləmədən gedirdi. Yəni suallar çoxdur. Günü bu gün hər kəs risk altında deyilmi? Birdəfəlik bilmək lazımdır ki, virus sonuncu azərbaycanlı yoluxana qədər olacaq, buna nə qədər zaman lazımdır? Bir il, iki il? Bu qədər qapanma ola bilməz. Mümkün deyil. Deməli, müəyyən şərtlər daxilində həyatımıza qaldığı yerdən davam etməliyik”. (pressklub.az)

Oxşar xəbərlər

Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
Məktəblər nə zaman açılacaq? - RƏSMİ AÇIQLAMA
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Əyani və distant keçiriləcək dərslərin cədvəli açıqlandı - Diqqət!
Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq
Azərbaycanda 2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb
Tədris əyani, yoxsa onlayn olsun?
“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
Azərbaycanda virusa görə məktəblər yenidən BAĞLANACAQ - AÇIQLAMA
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
“Bilik günü” onlayn qaydada keçiriləcək
4 dərslə şagirdlərə hansı biliyi vermək olar? - AKTUAL
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Sentyabrın 15-də dərslərin hansı formada keçiriləcəyi ilə bağlı TƏBİB-dən açıqlama
Paytaxtın orta məktəblərində dərslər bərpa olunur
Bu tarixdən dərslər bərpa edilir - Nazir AÇIQLADI
Millət vəkilindən yeni dərs ili ilə bağlı tövsiyələr
Sentyabrın 15-də “Bilik günü” keçirilməyəcək - RƏSMİ
Nazirdən dərslərlə bağlı daha bir ƏMR
Yeni tədris ilində dərslər necə keçiriləcək? - İki ssenari var
Təhsil naziri yeni əmr imzaladı
Bu il Azərbaycanda 125 məzuna qızıl nişan verilib
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
Məktəbəhazırlıq qruplarına şagird qəbulu nə vaxt başlayacaq?
Məktəbəhazırlıq qruplarında məşğələlər başladı