“Təfəkkür”  universiteti  Zakir Qaralovdan sonra KİM-in ümidinə qalıb ?
21-09-2020, 18:58
295

“Təfəkkür” universiteti Zakir Qaralovdan sonra KİM-in ümidinə qalıb ?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 1995-ci il tarixli 202 saylı qərarı ilə dövlət qeydiyyatından keçərək özəl ali məktəb statusu almış  “Təfəkkür”  universiteti Azərbaycan, rus, ingilis və ispan dillərində bakalavr pilləsində yüksəkixtisaslı kadrlar hazırlayan tədris müəssisəsi olub. 
Fikir verdinizmi, ingilis, ispan dillərində tədris ? 
Biləcəridən bəridə  ispanca bilən  5 nəfər tapmaq olmadığı halda 1995-ci ildə görəsən  bu universitet ispan dilində necə tədris aparırmış ? 
İndi arxasına qulaq diqqət edin: 
“Təfəkkür”  Universitetinin ABŞ-ın Hardfort, San-Dieqo, Frenso, Santa-Barbara;. İngiltərənin Oksford, Kembric, Qrinviç; Hollandiyanın Erasmus, Van-Holl; Almaniyanın Berlin Politexnik universitetləri, habelə Türkiyə, Kipr və Malayziyanın bir sıra ali məktəbləri ilə sıx əlaqələri var olub.
Universitet 1997-ci ildə MDB dövlətləri arasında təhsil sahəsində 100 liderdən biri fəxri adına, 1998-ci ildə isə beynəlxalq əlaqələrinə görə  “Qran-Pri” mükafatına layiq görülmüşdür.
Yaxşı bu boyda yalan-palana bürünən, ancaq rüşvət yuvası olan Təfəkkür universiteti  niyə bir günün içində bağlandı. Və tələbələrini heç başqa ali məktəblər də qəbul etmədi. Bax acı reallıq budur. 
Və sonda Təhsil Nazirrliyi  “Təfəkkür” Universitetinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edib.
Ancaq sonradan  Təfəkkür universitetinin rəhbərliyi məhkəməyə müraciət edərək, qərarın ləğv olumasını tələb edib. Və bu proses Ali Məhkəməyədək uzanıb. 
Təhsil  Nazirliyi tələbələrin ortada qalmasını və digər qanunsuzluqları əsas gətirərək, məhkəmə qərarları ilə razılaşmayıb. Daha doğrusu ozamankı Baş Prokuror əlini Təfəkkür  universitetinin rəhbərəliyinin kürəyindən çəkməyib. 
İndi isə Zakir Qaralovun özünə ƏL lazımdır ki, kürəyinə qoysun. 
Bəs onda Təffəkür Universitetində son vaxtlar baş verən canlanma və digər hallar nə ilə bağlıdır ? 
Bu dəfə görəsən Təfəkkür Universitetinə kim “xozeyn”lik edəcək ? 

P.S. Daşkəsənin icra başçısı  Əhəd Abıyev də  Təvəkkür universitetini bitirib. Görəsən, Əhəd müəllim universitetin yolunu tanıyırmı ?

''Gündəlik Bakı''nın ARAŞDIRMA QRUPU(gundelik-baku.com)

Oxşar xəbərlər

Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
Azərbaycanda orta məktəb bağlandı
Azərbaycanda üç dildə danışa bilən tutuquşu fantastik qiymətə satılır - FOTO
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Azərbaycanda 2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Nazirdən dərslərlə bağlı daha bir ƏMR
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
Avropanın qabaqcıl ali təhsil müəssisələri Magistr Proqramı ilə Bakıda tədris fəaliyyətinə başlayır
Nazir bu məktəbdə baş verənlərdən xəbərdar olmalıdır...
Bakıda 4 məktəb direktoru vəzifəsindən azad edilib
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
COVID-19-un beyinə dağıdıcı təsirləri açıqlanıb
“Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılmasının müvəqqəti Qaydası” təsdiq edilib
Oqtay Şirəliyev onu direktor TƏYİN ETDİ
Məktəblərdə kütləvi tədbirlər QADAĞAN EDİLDİ
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək
Londonda Azərbaycan dilində “Bilik” məktəbi açılıb
Prezident Baş prokuror vəzifəsinə Kamran Əliyevin namizədliyini irəli sürdü - FOTO
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
Sentyabrın 15-dən ali məktəblər distant qaydada fəaliyyətə başlayacaq
“Kaspi” Təhsil Mərkəzi bağlanır? - RƏSMİ CAVAB
Nazirlikdən hicablı şagird və müəllimlərlə bağlı AÇIQLAMA
Yeni tədris ilində 47 məktəb binası istifadəyə veriləcək
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ
“Virtual məktəb” layihəsi tədris bərpa olunduqdan sonra da davam etdiriləcək - Təhsil Nazirliyi
Bu tarixdən dərslər bərpa edilir - Nazir AÇIQLADI