Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır - Sabahdan
24-09-2020, 10:30
113

Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır - Sabahdan

Tələbə adı qazanmış şəxslər 2020-ci il sentyabrın 25-dən oktyabrın 7-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən xəbərə görə, abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola biləcəklər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinin müsabiqəsində 66464 nəfər iştirak edib. Onlardan 42731 nəfəri (o cümlədən 5785 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 20799 (o cümlədən 779 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 21932 (o cümlədən 5006 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Oxşar xəbərlər

Ali təhsil müəssisələrinə qəbul nəticələri elan olunub - Yenilənib
Təhsil Nazirliyi peşə təhsili müəssisələrinə daxil olanlara müraciət edib
Qabiliyyət imtahanlarına qeydiyyat başa çatıb
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
Ali məktəblərə qəbulun nəticələri iki-üç günə açıqlanacaq - Diqqət!
DİM kollecə qəbul olmaq istəyənlərə müraciət edib
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
I sinfə şagird qəbulunun vaxtı bitdi
Məktəbəhazırlıq qruplarında məşğələlər başladı
Abituriyent və subbakalavrların nəzərinə
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb
Universitetlərə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb
Bu gün Bakıda 44 686 şagird I sinfə gedib
Ali məktəblərə keçid balları açıqlandı - DİM dərc etdi
DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
DİM-dən AÇIQLAMA: "Özəl ali məktəblərə qəbul olanlar..."
Magistraturaya qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyat müddəti uzadıldı
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Müəllim olmaq istəyən 2383 namizəd üçün imtahan keçirilir
Nazirdən ali təhsil semestrləri ilə bağlı AÇIQLAMA: “Məcburi deyildi...”
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
DİM: Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək - Diqqət!
Qabiliyyət imtahanında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ
Direktor olmaq istəyənlərin nəzərinə: Müsabiqəyə start verilir
Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcək
Məktəbəhazırlıqla bağlı ən çox verilən suallara CAVAB