BDU tələbələri "Tələbədən əsgərə” orduya dəstək layihəsinə başlayıb
14-10-2020, 14:05
140

BDU tələbələri "Tələbədən əsgərə” orduya dəstək layihəsinə başlayıb

Sentyabrın 27-də mənfur Ermənistan Silahlı Qüvvələri cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini, dinc Azərbaycan əhalisini hədəf alaraq, iriçaplı silahlar, müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmağa başladı. Nəticədə Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Bundan sonra qüdrətli Azərbaycan Ordusu düşmənə öz gücünü göstərməyə başladı. O gündən Silahlı Qüvvələrimiz düşmənin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsini, hərbi obyektlərini, döyüş texnikasını aşkar edərək məhv edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi, qüvvətli Ordumuzun gücü ilə tarixi ədalət bərpa olunur.
Azərbaycan xalqı həmrəylik nümayiş etdirərək ərazi bütövlüyümüzün bərpa olunmasında mütəşəkkildir. Xüsusi ilə qeyd etmək lazımdır ki, ölkə gəncliyi, istər cəbhədə misilsiz rəşadəti, istərsə də informasiya müharibəsində Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna fəaliyyət göstərirlər. Bakı Dövlət Universitetinin tələbə-gəncləri də haqq mübarizəsində daima ön sıralarda qərarlaşıblar. Universitetin Filologiya fakültəsinin tələbəsi Ələkbər Həsənov "Tələbədən əsgərə” orduya dəstək layihəsinə başlayaraq videoçarx hazırlayıb. BDU-nun tələbə-gəncləri hər an Ali Baş Komandanın, qüdrətli ordumuzun yanında olduqlarını bildirib, cəbhə üçün, qələbə üçün bütün qüvvələrin səfərbər olduğunu qeyd ediblər. Ə.Həsənov layihənin təşkilinə görə Bakı Dövlət Universitetinin  rəhbərliyinə, Humanitar məsələlər və gənclər siyasəti şöbəsinə və Tələbə Gənclər Təşkilatının üzvlərinə təşəkkürünü bildirib.
Qələbə Bizimlədir. Qarabağ Azərbaycandır!

Xatırladaq ki, Tələbə Gənclər Təşkilatının sədri hər zaman öz fəallığı və istedadı ilə seçilən NİCAT İSMAYILOVDUR.

Oxşar xəbərlər

Baş Prokurorluq: Mülki əhali arasında yaralananların sayı 14 nəfərə çatıb
Tərtərdə son vəziyyət: Bir tərtərli belə yaşadığı evi tərk etməyib
Avropa mətbuatı erməni təcavüzündən yazdı
Səfərbərlik Xidməti məlumat YAYDI
Ermənilər yaşayış evlərini, xəstəxanaları atəşə tutur - RƏSMİ
“Hər şey plan üzrə gedir” - İlham Əliyev
Ermənilər Ağdamda 97 ev və obyekti dağıdıb
Ermənilərin mülki əhaliyə vurduğu ziyanın statistikası AÇIQLANDI
Xilasedicilər Gəncədə dağıntılar altında qalan 2 yaralını çıxardı
Xankəndində hərbi hissə darmadağın edildi - VİDEO
Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası Ermənistanın ağır silahlarla Azərbaycana qarşı hücumunu ən sərt şəkildə qınayır
Azərbaycan Ordusunun çavuşu şəhid olub
Düşmən atəşi nəticəsində Ağdamda daha iki mülki şəxs yaralandı
Prezident Şefik Caferoviçə təşəkkür etdi
Aİ Şurasının Prezidenti İlham Əliyevə zəng edib
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı AÇIQLANDI
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
Baş Prokurorluq ermənilərin Gəncəni vurması ilə bağlı məlumat yaydı - FOTOLAR
Ermənistan Xankəndindəki əsgərləri təxliyə edir
Müdafiə Nazirliyi Ağdərə ilə bağlı MƏLUMAT YAYDI
Ermənilər Tərtərə növbəti dəfə top atdı - 2 mülki şəxs yaralandı
Ermənilər daha bir kəndimizi ATƏŞƏ TUTDULAR
Düşmən alayının tabor komandiri məhv edildi - RƏSMİ
Düşmənin 550-dən artıq canlı qüvvə itkisi var - Rəsmi
Azərbaycanda hərbi vəziyyət qüvvəyə mindi
Azərbaycandan erməni komandanlığına - “Təslim olun!”
Prezidentin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası KEÇİRİLDİ (YENİLƏNİB)
Ağdamda düşmən atəşi nəticəsində ata və oğlu həlak oldu
Düşmən ordusunun polkovnik-leytenantı MƏHV EDİLDİ
Düşmən Qazax rayonunun kəndlərini atəşə tutub