Baş Nazirdən yeni QƏRAR - Məktəblər bu tarixədək bağlı qalacaq
30-10-2020, 10:04
233

Baş Nazirdən yeni QƏRAR - Məktəblər bu tarixədək bağlı qalacaq

Nazirlər Kabineti xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilməsi ilə bağlı qaydalara dəyişiklik edib.
Gündəlik Bakı xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov Qərara imza atıb.
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilsin.
2. Müəyyən edilsin ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərarın 2-ci hissəsinə uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.
4. Azərbaycan Respublikasının Təhsil Nazirliyi, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri bu Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsini təmin etsinlər.
5. Bu Qərar 2020-ci il dekabrın 1-dək qüvvədədir.
Qeyd edək ki, sabah saat 10:40-da Təhsil nazirinin iştirakı ilə bu qərarla bağlı brifinq təşkil ediləcək.

Oxşar xəbərlər

Məktəblərdə kütləvi tədbirlər QADAĞAN EDİLDİ
Azərbaycanda yenidən distant təhsilə keçilir - Bu tarixdən
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Məktəblər bağlanacaq? - Rəsmi açıqlama
Nazirlər Kabineti dərslərin başlaması barədə qərar verdi
Noyabrın 2-dən sonra yeni qaydalar tətbiq ediləcək
Bu tarixədək dərsdən kənar bütün kütləvi tədbirlər ləğv EDİLDİ
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərar verdi
Əli Əsədovdan məktəbəqədər təhsil müəssisələri ilə bağlı QƏRAR
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Baş Nazirdən yeni QƏRAR
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Azərbaycanda tədris prosesi sentyabradək dayandırıldı - BAŞ NAZİRDƏN SƏRƏNCAM
Baş Nazirdən şad xəbər: - Rüsum ləğv edildi
Azərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı - RƏSMİ
Yeni dərs ilində həftəlik dərs saatları belə olacaq - FOTO
Ali məktəblərdə dərslərin keçirilməsi qaydası məlum oldu
Sabahdan uşaq bağçaları açılır - bu rayon və şəhərlər istisna olmaqla
Tərtərdə uşaq bağçalarının açılması ilə əlaqədar dezinfeksiya və təmizlik işləri aparılır
Təhsil Nazirliyi: Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb
Azərbaycanda maska cəriməsi: - Harda "maskalanmaq" məcburidir?
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Məktəblərdə ilk dərs koronavirusa həsr olunacaq
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Nazirlik: Kütləvi tədbirlər qadağan olunduğundan Bilik günü də keçirilməyəcək
Məktəblərdə koronavirusla bağlı RƏSMİ AÇIQLAMA
Baş Nazir karantin rejimi ilə bağlı qərarda dəyişiklik etdi