Ali məktəblərə qəbul zamanı vahid qiymətləndirmə sistemi yaradılacaq
18-11-2020, 14:10
57

Ali məktəblərə qəbul zamanı vahid qiymətləndirmə sistemi yaradılacaq

“Ali təhsil haqqında” qanun layihəsində ali məktəblərə qəbul proseduru ilə bağlı müddəalar da var”.
Bunu APA-ya açıqlamasında Milli Məclisin Elm və Təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Komitə sədri bildirib ki, bu gün Azərbaycanda ali məktəblərə qəbul qaydaları bütövlükdə Avropa və dünya məkanında olan qaydalara uyğundur: “Amma qanun layihəsində bir sıra yeni prosedurlar nəzərdə tutulur. Bunlar isə seçim məsələsi ilə bağlıdır. Bu gün ölkəmizdə abituriyentlərin ümumtəhsil məktəblərini bitirdikdən sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qiymətləndirməsi aparılır, daha sonra ali məktəblərə imtahan verilir. Yəqin ki, burada yeni bir prosedur nəzərdə tutulacaq. Bunların gələcəkdə birləşdirilməsi, vahid qiymətləndirmə sisteminin yaradılması nəzərdə tutulur. Digər tərəfdən ali məktəblərin reytinqlərinin müəyyənləşdirilməsi də həyata keçiriləcək. Bu reytinqlərə əsasən abituriyentlərin sərbəst şəkildə seçim etmələri mümkün olacaq. Vahid qiymətləndirmənin ilkin hüquqi bazasının yaradılmasını qanunda nəzərdə tuturuq”.
Deputat qeyd edib ki, icra mexanizminin günün tələblərinə cavab verməsi vacibdir: “Təhsil haqqında” qanuna uyğun olaraq kurrikulum əsasında artıq yeni qaydalar tətbiq olunur. Bunlar da şübhəsiz ki, o mexanizmin daha dəqiq işləməsinə xidmət etməlidir. Artıq yuxarı siniflərin təmayüllü siniflər kimi təhsil alması nəzərdə tutulur. Bununla bağlı biz qanuna dəyişiklik etmişik. Bu da gələcəkdə şagirdlərimizin ali məktəblərə hazırlıqları ilə bağlı meydana çıxan praktik çətinlikləri aradan qaldırır. Həmin təmayül siniflərində hər bir şagird gələcək peşəsinə uyğun istiqamətdə öz hazırlıqlarını davam etdirəcək və seçdikləri peşə üzrə ali məktəbə daxil ola biləcəklər. Bununla da gələcəkdə yüksək ixtisaslı kadr kimi yetişə biləcəklər. Yaxud da  orta ixtisas məktəblərinə qəbul olunaraq, orada uyğun peşəni seçə və bacarıqlı, lazım olan səriştələrə malik peşəkar kimi öz əmək fəaliyyətlərinə başlaya biləcəklər”.

Oxşar xəbərlər

Bu gün 20 mindən çox şagird buraxılış imtahanı verir
Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır — Deputatlar nəyi müzakirə edəcək?
Tədris ilinin sonunadək dərslərin keçirilməsi nəzərdə tutulmur - RƏSMİ
Ali məktəblərə daxil olan şəxslərin qeydiyyatı başlayır - Sabahdan
Xeyriyyəçiliklə bağlı qanun layihəsi hazırlanacaq - Deputatdan açıqlama
DİM-dən xaricə oxumağa getmək istəyən məzunlarla bağlı açıqlama
Təhsil Nazirliyi: Bütün məktəblərə hərarət ölçmək üçün cihazlar alınıb
Qəbul imtahanlarının ilkin tarixi açıqlandı
Təhsil nazirindən məktəblərin bərpası ilə bağlı AÇIQLAMA
10 və 11-ci sinif şagirdləri bu tarixdən məktəblərə qayıdacaq
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Bu gündən ali təhsil müəssisələrinə sənəd qəbulu başlayır
Paytaxtın 40 məzunu Prezident təqaüdünə layiq görüldü
Komitə sədrindən ödənişli təhsil alanlara ŞAD XƏBƏR: Yeni qanun layihəsi hazırlanır
“Azərbaycanda Azərbaycan dilindən başqa bütün dillərdə reklam var” - ETİRAZ
Məleykə Abbaszadə: "Düzgün seçim eləsələr, hamısı qəbul olunacaq"
Ali məktəblərə keçid balları açıqlandı - DİM dərc etdi
ABŞ Senatı uyğur türklərinə görə Çinə qarşı sanksiya layihəsini qəbul etdi
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
DİM-dən AÇIQLAMA: "Özəl ali məktəblərə qəbul olanlar..."
DİM sədri: “23-24 iyulda keçirilməsi nəzərdə tutulan imtahanlarda 60 min şəxs iştirak edəcək”
DİM: Özəl ali məktəblərə qəbul olunanlar, əsasən, dövlət məktəblərinə daxil ola bilməyənlərdir
Vahid məktəbli forması ilə bağlı bir neçə nümunənin təsdiqi gözlənilir - Nazir
“Repetitorluq məktəb mühitini dağıdır” - ETİRAZ
Vəng rəsmən Çinarlı oldu - MM təsdiqlədi
Prezidentin yeni yaratdığı Şura hansı işi görəcək? - Deputat
Gömrük Komitəsinin binası söküləcək
Yüksək bal toplasa da, universitetə qəbul ola bilməyənlərin sayı açıqlandı - RƏSMİ
“Jurnalistika” ixtisasına qəbul qaydaları açıqlandı - Detallar
"Ölkədə belə bir qanun yoxdursa, bu o demək deyil ki, xəstənin şikayətinə baxılmamalıdır” - deputat