Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə və mətbuatda birinci sinfə gedəcək şagirdlərin şifahi nitq bacarıqları ilə bağlı müsahibədən keçirilməsi mövzusu müzakirə olunur. İddia olunur ki, gələcək birincilər şifahi nitq bacarıqları ilə bağlı imtahan verirlər.
Elm və Təhsil Nazirliyi “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir:
“Bir çox media orqanlarında 1-ci sinfə qəbulla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayımlanıb. Belə yazıların birində hörmətli Şahlar Əsgərovun 1-ci siniflərə şagird qəbulu ilə bağlı fikirləri yer alıb. Yazıda qeyd edilənlərin əksinə olaraq öz ana dilində tədris almaq istəyən uşaqların şifahi nitq bacarıqlarının yoxlanılması ilə bağlı heç bir müsahibə keçirilmir. Onu da bildirək ki, növbəti tədris ili üzrə 130 mindən çox uşağın 1-ci sinfə qəbulu proqnozlaşdırılır. Artıq 110 mindən çox uşaq onlayn sistem üzərindən heç bir müsabiqə və müsahibəsiz 1-ci siniflərə yerləşdirilib. Bu sayın təxminən 90 mindən çoxu məktəbəhazırlıqdan birbaşa 1-ci sinfə qəbul olunub”.
Nazirlikdən həmçinin bildirilib ki, bu proses sentyabrın 14-dək davam edəcək.
Təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, tədris digər dillərdə olarsa, həmin məktəblərdə şifahi nitq bacarıqları yoxlanıla bilər: “Tədris digər dillərdə aparılan bölmələrə uşaq qəbulu zamanı onların şifahi nitq bacarıqlarının yoxlanılması ümumtəhsil haqqında qanunvericiliyin tələbidir. Həm də uşağın gələcəkdə bu dildə təhsil almağa hazır olub-olmamasını ayırd etməkdir. Bəzən valideynlər dili bilməyən övladlarını məktəbə yazarkən uşağın bu dili öyrənəcəyinə ümid bəsləyir. Tədqiqatlar göstərir ki, bu, tədris dilini dilməyən uşaqlar üçün ilk illərdə öyrənmə prosesində ciddi maneə yaradır, belə uşaqlar bir çox hallarda dərin psixoloji stres keçirirlər. Həmin şagirdlər bir neçə il ərzində dili öyrənsələr də, fənlərin öyrənilməsində böyük çətinliklə qarşılaşırlar. Bu həm də digər bölmələrdə təhsil alan şagirdlərin ümumi nəticələrinin aşağı düşməsinə gətirib çıxarır. Bir daha qeyd edirik ki, məktəbi dil öyrənmək kursu ilə eyniləşdirmək düzgün yanaşma deyil”.
Bu uşaqlar I sinfə müsahibəsiz qəbul olunur
08
iyun
18:50

Qarabağ
OXŞAR XƏBƏRLƏR
I sinfə qəbulla bağlı məktəb seçimi BAŞLANIR
Sabahdan birinci siniflərə şagird qəbulu başlayır
Bu gündən birinci sinifə şagird qəbulu üzrə məktəb seçimi başlayır
Birinci sinfə qəbulla bağlı yenilik: gələn ildən...
Birinci siniflərə şagird qəbuluna start verildi
Birinci siniflərin məktəb seçiminə başlanılır
Gələn həftə I sinfə qeydiyyat başlayır
I sinfə şagird qəbulu sabah yekunlaşır
Birinci sinfə şagird qəbuluna start verilir - Tarix açıqlandı
I sinfə şagird qəbulu müvəqqəti dayandırılır
Nazirdən dərslərlə bağlı daha bir ƏMR
I siniflərə qeydiyyat başlayır
Bakıda məktəbəhazırlıq qruplarına və I sinfə qeydiyyat uzadıldı
Övladını birinci sinfə yola salan məşhurlar - FOTOLAR
I sinfə şagird qəbulunun vaxtı bitdi
Bakıda I sinfə qəbulla bağlı YENİLİK
Bu gün Bakıda 44 686 şagird I sinfə gedib
“2” alan şagirdlər yuxarı sinfə keçirilməyəcək
Bu il birinci sinfə gedəcək şagirdlərin sayı açıqlandı
1-ci sinfə qəbul: Təhsildə rüşvətin TƏMƏL MƏRHƏLƏSİ... - FAKT BUDUR!
“Artıq Təhsil Nazirliyində rüşvət adi hala çevrilib" - Kamran Əsədov
Məktəbəhazırlıqla bağlı ən çox verilən suallara CAVAB
Müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbulu başladı
Sabah bağçalara işə qəbul üçün qeydiyyat başa çatacaq
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
İyirmi uşağa məktəbdə yer tapılmadı: “Gələn il gəlsinlər” - ŞİKAYƏT
Məktəbəhazırlıq qruplarına ödəniş qanunsuzdur – RƏSMİ
X sinfə qəbul prosesi başa çatıb
Bağçaya getməyən uşaqlar məktəbə götürülmür?
Azərbaycan Gürcüstana 21,6 mindən çox dərslik göndərib
- Sabah qar yağacaq, duman olacaq
- Ağdərə boşaldılır - VİDEO
- "Google Play" və "App Store"a daxil olma problemləri aradan qaldırıldı
- Atatürk Zəngəzur dəhlizini öncədən planlaşdırırmış
- Qənirə Paşayeva dərmandan komaya düşdü
- Tərksilah olan ermənilərin Azərbaycan ərazilərindən çıxışı təmin olunacaq
- Yevlaxda zəncirvari qəza oldu
- Qarabağda qalan erməni sakinlərin sayı açıqlandı
- Ərdoğan sabah Naxçıvana səfər edəcək
- Bakıda iki "Hyundai" toqquşdu
- Mehriban Əliyeva Qənirə Paşayeva ilə bağlı tapşırıq verdi
- Ermənilərin ilk qrupu Qarabağı tərk etdi
- Timsah qadını tutub suya apardı - VİDEO
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- Prezidentdən Tahir Süleymanovla bağlı SƏRƏNCAM
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib