Abşeron dairəvi dəmir yolundan istifadə edənlərin nəzərinə - Artıq yeni qaydada yoxlanılacaqsınız
21-04-2020, 11:30
250

Abşeron dairəvi dəmir yolundan istifadə edənlərin nəzərinə - Artıq yeni qaydada yoxlanılacaqsınız

Abşeron dairəvi dəmir yolundan istifadə edən sərnişinlərin icazə haqqında sənədləri artıq yeni qaydada yoxlanılır.
Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər.
Qeyd olunur ki, bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb:
"Azərbaycan Dəmir Yolları" QSC bu günlərdə sərnişinlərin karantin qaydalarına əməl etməsinin təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Hazırda Sumqayıt və Abşeron istisna olmaqla, ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşınması dayandırılıb. Lakin karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə hərəkət edir. Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarlarda isə sərnişinlərin sənədlərinin yoxlanılması Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qatarda həyata keçirilir.
Məlumat üçün deyək ki, bundan əvvəl vətəndaşların sənədləri Bakı Sərnişin Vağzalında onlar qatarı tərk etdikdən sonra yoxlanılırdı. Bu prosesin sərnişinlər arasında sıxlıq yaratması ilə əlaqədar müraciətlər daxil olurdu. Sərnişinlərin müraciətlərini nəzərə alaraq, vətəndaşların sənədlərinin yoxlanılması artıq sonuncu stansiyada deyil, qatar hərəkətdə ikən yolda aparılır. Bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb.

Sərnişinlərimizdən hər birimizdən xüsusi məsuliyyət tələb edən bu günlərdə karantin rejiminin qaydalarına daha ciddi əməl etmələrini xahiş edirik".
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib.

Oxşar xəbərlər

Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
Elektrik qatarlarında ödənişlə bağlı yenilik
DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq
Xırdalan dairəsi yaxınlığındakı dəmir yolu körpüsü sökülür - FOTOLAR
Metrodan istifadə ilə bağlı YENİ QAYDALAR
Bakı-Sumqayıt qatarlarının hərəkəti ləngidi
Xırdalanda kanalizasiya xətti partladı, yolları su basdı - Foto
DYP-dən avtobuslardan istifadə edən sərnişinlərə XƏBƏRDARLIQ
Bakı metropoliteni gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi
Bakıda dəmir yol təmirçisi faciəvi şəkildə öldü
İlham Əliyev Şahin Mustafayevə yeni VƏZİFƏ VERDİ
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Dünyanın ən uzun avtomobil-dəmir yolu körpüsü tikildi
Qazaxda sərhədyanı kəndin yolu əsaslı təmir edilir
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir - Foto
İctimai nəqliyyatın fəaliyyəti ikigünlük dayandırılıb
Abşeronda avtomobil qadını vuraraq öldürüb
Dövlət müəssisələri tam heyətlə nə zaman işə çıxır? - AÇIQLAMA
Ekspert: “İpək Yolu İqtisadi Kəməri” layihəsi Azərbaycanla Çin arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfə verdi"
Abşeron rayonunda qadına qarşı quldurluq edən iki nəfər saxlanılıb - FOTO
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Bakıda üzərinə dəmir boru düşən fəhlə ölüb
Baş Nazir sərt karantinlə bağlı qərarı təsdiqlədi
Rayonlara qrup turlarının təşkilinə icazə verilirmi? - AÇIQLAMA
Axtarışda olan şəxs karantin postunda saxlanıldı
Bakıda və digər şəhərlərdə 15 günlük sərt karantin rejimi başlayıb - Qadağalar