Video
23-04-2020, 21:00
234
Hollivud ulduzu UFC döyüşçüsünün onun sümüklərini sındırmasından danışdı - FOTO
Hollivud ulduzu Holli Berri “Bruised” filminin çəkilişləri zamanı aldığı xəsarətlərdən danışıb.
Bu barədə “MMA Fighting” xəbər yayıb.
Amerikalı aktrisa ssenariyə əsasən, peşəkar qarışıq döyüş növləri ustası Valentina Şevçenko ilə qarşı-qarşıya gəlməli olduğunu deyib. Qırğızıstanlı idmançının Berriyə bir neçə güclü zərbəsi aktrisanın bəzi sümüklərinin sınması ilə nəticələnib.
H.Berri aldığı xəsarətlər barədə ətraflı danışmayıb.
Bu zədələrə baxmayaraq, Hollivud ulduzu V.Şevçenkonu əla müəllim və filmin çəkilişləri zamanı ən yaxşı tərəfdaş adlandırıb.
Filmdə H.Berri MMA döyüşçüsü rolunu oynayır, süjetə əsasən, Şevçenko onun əsas rəqibi olur.
Filmin ekranlara çıxacağı dəqiq tarix hələlik açıqlanmayıb.