Meyxanaçı Samirə Rusiyada itkin düşüb və döyülüb - VİDEO
2-05-2020, 14:30
306

Meyxanaçı Samirə Rusiyada itkin düşüb və döyülüb - VİDEO

“Altı yaşım olanda anam, bacım və nənəmlə birlikdə Bakıdan Rusiyaya yollandıq. Məktəb bazarlığı etmək üçün getmişdik. Necə deyərlər, həm ziyarət, həm ticarət.
Anamla fotostudiyaya gedib şəkil çəkdirdim. Dedilər ki, yaxşı olar studiyaya tək girsin, rahat və sərbəst olsun. Şəkillərim çəkiləndən sonra çıxış qapılarını səhv saldım, doğru tərəfdən çölə çıxmadım. Nəticədə azdım”.
Bu sözləri məşhur meyxanaçı Samirə Yusifqızı ATV-də yayımlanan “7 canlı” axşam şousunda deyib.
Sənətçi uşaqkən Moskva şəhərində itkin düşməsinin tarixçəsini illər sonra canlı efirdə danışıb, bu hərəkətinə görə döyüldüyünü etiraf edib:
“Mən rus dilini bilmirdim. Azdığımı anlayanda özümü itirmədim. Əlimdə dondurma almaq üçün verilən uç manat pul var idi. Anamın axtarmasını gözləmədim. Fotostudiyadan çıxdım küçəyə, gördüm ki, yolda taksilər dayanıb. Taksi sürücüsünə birtəhər başa saldım ki, məni evə aparmaq lazımdır. Sürücü mənə təəccüblə baxıb söylədi ki, harada yaşayırsan? Fotostudiyaya gələndə anam müvəqqəti qaldığımız ünvanı demişdi, o da beynimə həkk olunmuşdu. Taksi sürücüsü məni qaldığımız ünvana apardı.
Amma o, məni ünvana gecə saat 12-də gətirdi. Sürücü çox hiyləgər idi, yolda daha bir neçə sərnişin mindirib, onları da yolboyu müxtəlif ünvanlara apardı. Anam mənə deyirdi ki, burada yolunu azmış uşaqları oğurlayıb aparırlar. Qorxudan taksinin baqaj hissəsində oturmuşdum. Heç sürücü məni görmürdü. Çox vaxt keçəndən sonra yadına düşüb ki, avtomobildə uşaq var.
Mən evə gələnə kimi evdəkilər bütün Moskva şəhərinə axtarış vermişdilər. Bakıya zəng vurmuşdular. Qaldığımız ünvana qayıdana qədər anam, nənəm və bacım nə qədər ağlayıb, qorxudan həyəcan keçirmişdirlər. Amma məni də bu hadisəyə görə cəzalandırıb, döymüşdülər”.

Rəşad Əliyev

Oxşar xəbərlər

Namiq keçmiş sevgilisindən danışdı: “Aygün Kazımova ilə aramızda...” - FOTO
Azərbaycanda meyxanaçı dünyasını dəyişdi
Aparıcı canlı efirdə çətin anlar yaşadı: “Bağışlayın...”
Əməkdar artistdən gözlənilməz etiraf: “Dərdimdən ölən var” - FOTO
Abşeron sakini Bakıda dostu ilə görüşdükdən sonra yoxa çıxdı
Meyxanaçı Vüqar Biləcəri dəfn olundu
Bakıda mağzaya gedən qız itkin düşdü
“Bacımın toyunda atam öz əlləri ilə yorğan sırıdı“ - Əməkdar artist
Kərim Abbasov: “İki ay dəlixanada yatmışam”
Roza Zərgərli illər öncə ona sponsorluq edən şəxsin adını açıqladı - VİDEO
ABŞ-da müxbir canlı yayıma şalvarsız çıxdı – VİDEO
İtkin düşən 3 qız Bakıya gələn “KamAZ”da tapıldı - TƏFƏRRÜAT
Rahat Market-dən şikayət var:"Aldığım kəsmik sabun dadı verir və xamanı da yedikdən sonra özümü pis hiss edirəm"
“O BNA-çının maşınını alın, işə avtobusla gedib-gəlsin” - Sabiq deputat
“Moyes mənim üçün ata kimi idi”
Bakıda itkin düşən 5 yaşlı uşaq tapıldı
“Mənə səhv diaqnoz qoyduqları üçün pulumu geri qaytarsınlar...”- “Turan” klinikasından şikayət...
"Elə tanınmış müğənni var ki, onun da imkanı yoxdu"
Mətanət Əsədova qəzəbləndi: “Heç kimin heç kimə borcu yoxdur”
Türkiyədə sel qurbanlarının sayı 3-ə çatıb, 12 nəfər itkin düşüb
“İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…” - deputat
Deputat partiya sədrini təhqir etdi - "Səni zibil kimi ermənilərə tullayacağıq..."
"Xəstəxanadan çıxarkən bir daha başa düşdüm ki, Allahı güldürmək istəyirsinizsə..."
“Avroviziya” təmsilçimiz Samirə Əfəndi “Kleopatra”sı ilə qalib oldu - VİDEO
Əməkdar artist gənc müğənniləri məsxərəyə qoydu: “Hamısının burnu kəsik, dodağı silikondur”
İtkin düşmüş rusiyalı məmurdan bir aydır ki, xəbər yoxdur
Ərli qadını evindən qaçırdılar - Azərbaycanda ŞOK OLAY
Əməkdar artist: “Əsəbimdən pulları pilləkənlərə səpdim” - VİDEO
Azərbaycanlı idmançıdan açıq-saçıq pozlar - FOTO
Goranboyda icra başçısının müavini şikayətçini döyüb pəncərədən aşağı tulladı-VİDEO