“Rahat” market pişiyə işgəncə verilməsi iddialarına görüntülərlə aydınlıq gətirdi - FOTO/VİDEO
2-05-2020, 23:00
452

“Rahat” market pişiyə işgəncə verilməsi iddialarına görüntülərlə aydınlıq gətirdi - FOTO/VİDEO

“Rahat” marketin rəhbərliyi sosial şəbəkələrdə supermarketlər şəbəkələrindən birinin qarşısında mağaza əməkdaşları tərəfindən bir pişiyin dəfələrlə döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib. 
Bu barədə Oxu.Az-a “Rahat” supermarketlər şəbəkəsindən məlumat verilib.
Bildirilib ki, sosial şəbəkələrdə yayılan “Rahat” marketin paytaxtın Nərimanov rayonu, Faiq Yusifov küçəsində yerləşən filialının qarşısında çəkilən görüntülərdə mağaza əməkdaşları tərəfindən bir pişiyin dəfələrlə azdırılması və döyülüb öldürülməsi ilə bağlı yayılan məlumatlar yanlışdır. 
Yayılan məlumatlarda deyilir ki, pişik mağazaya buraxılmayıb və əməkdaşlar tərəfindən pişiyə təzyiq göstərilib:
“Həmin görüntülər tərəfimizdən araşdırılıb və iddiaların tamamilə əsassız olduğu sübut edilib. Təhlükəsizlik kameralarında olan görüntülərdə də hər şey açıq-aydın görünür. Pişik vəziyyəti pis halda anbarımıza yaxınlaşır və heç kim ona heç nə etmir. Pişiyin narahatlığını görən heyvansevər əməkdaşımız Rəsulova Aytac onu götürərək, paytaxtın Fətəli Xan Xoyski 184A ünvanında yerləşən xəstəxanaya aparır. Baytar pişiyi müayinə etdikdən sonra məlum olub ki, pişik hamilədir və doğum vaxtıdır. Pişiyin halsız olması bununla əlaqədardır.
Pişiyə sistem vurulub və lazimi tibbi yardım göstərilib. Lakin pişiyin həyatını qurtarmaq mümkün olmayıb. Həmçinin, əməkdaşımız pişiyə sistem köçürülən zaman onun görüntülərini də çəkib. Təqdim edilən foto və videogörüntülərdən də göründüyü kimi pişik əməkdaşımız tərəfindən həqiqətən də həkimə aparılır. Nəinki pişiyə şiddət olunduğu, əksinə qayğı göstərildiyi aydın görünür. 
Daha sonra ölən pişiyi baytar həkimdən məcbur alan şəxs onu müxtəlif variantlarda çəkərək, sosial şəbəkələrdə həqiqətə uyğun olmayan başlıq altında ictimailəşdirib. Bildirmək istəyirik ki, həmin şəxsin iddiaları tamamilə yalandır və həqiqətləri əks etdirmir”.
 
Məlumatda o da qeyd olunub ki, “Rahat” market şəbəkələri müştəri məmnuniyyəti ilə yanaşı, digər canlılara da mümkün qədər diqqət və qayğı ilə yanaşır. “Rahat” marketin səhifələrində izləyicilərimiz dəfələrlə heyvanlara və digər canlı dostlarımıza qarşı olan sevgi və qayğımızı görə bilərlər.














Oxşar xəbərlər

Hollandiyada itən pişik, Belçikadan tapıldı - FOTO
Şahid: Yaqubluya qarşı ifadə verməmişəm - VİDEO
Hadı Rəcəblinin də nəvəsinin toyunun görüntüləri yayıldı - Video
Metronun yeni stansiyasına Polad Həşimovun adı veriləcək? - Rəsmi açıqlama
Rahat Market-dən şikayət var:"Aldığım kəsmik sabun dadı verir və xamanı da yedikdən sonra özümü pis hiss edirəm"
Bakıda karantini pozan model cərimələndi -
Azərbaycanda it itə yedizdirilib
Azərbaycanda polis rəisinin mal-qarasına görə sakinlər döyülüb? - RƏSMİ AÇIQLAMA
İş adamından toy ilə bağlı AÇIQLAMA
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİA
Sosial şəbəkələrdə yayılan şəkil gündəm oldu - FOTO
"Ben Laden"in oyuncağı təşviş yaratdı
"Səttar Möhbalıyevdən haqda yayılan xəbərlər yalandır" - AHİK
Qəbələ icra hakimiyyəti aksiya məsələsinə aydınlıq gətirdi - VİDEO
Öldüyü iddia edilən Zeynəb Xanlarovanın qardaşı qızı: “Şərəfsizlikdir”
İsa Həbibbəyli açıqlama yaydı
DİN daha bir iddiaya aydınlıq gətirdi - "Anası dəfələrlə oğlu tərəfindən döyüldüyünü bildirib"
Xaçmazda məktəb sahəsi 380 manata satılıb?
Nazir müəllimlərdən pul yığan direktoru işdən çıxardı
Yuxarı sinif şagirdləri üçün dərs başlayır?
27 yaşlı müəllimin intiharı ilə bağlı cinayət işi başlanıldı
Onlayn dərslərə görə hər ailəyə planşet veriləcək? – Cavab
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Əli Həsənovun Antalyadakı villasının qiyməti neçəyədir? - FOTO
Ağdaşda karantin rejim qaydalarını pozan 2 şəxs həbs edilib, 11 obyekt sahibi cərimələnib
Suyu krandan doldurub belə satırlar
“Pulunu ver, itil cəhənnəmə” – “Kontakt Home”dan yağış kimi ŞİKAYƏTLƏR – FOTO
Özünütəcrid rejimini pozanlarla bağlı son günlərin ən pozitiv VİDEOSU
BNA-nın işdən çıxarılmış şöbə müdirinə “BakuBus”da vəzifə verilib? - Açıqlama
İrandan Ermənistana silah daşınıb? - Səfirlikdən açıqlama