Əziz Əzizovla  Rafil Hüseynovun ''İŞBİRLİYİ''- Quda olan icra başçıları həbs oluna bilər..
3-05-2021, 17:26
630

Əziz Əzizovla Rafil Hüseynovun ''İŞBİRLİYİ''- Quda olan icra başçıları həbs oluna bilər..

Əziz Əzizovun Neftçaladakı araq sexləri, heyvandarlıq fermaları 

Dövlət vətəndaşı “şalvarsız”  aparan polis kapitanını cəzalandırdı, indi növbə ata Rafil  Hüseynov və qaynata Əziz Əzizovundur  

Əziz  Əzizovun karyerası  Tramvay parkından başlayıb. 3 il parkda usta, vaqon bölməsində usta, sonra parkda təhlükəsizlik məsələlərinə baxan müfəttiş və s  vəzifələrdə çalışıb. Sonra bir neçə il  Nəqliyyat Departamentində işləyib. 
Və 1996-cı ildə tramvay-nəqliyyat  sahəsindən ayrılaraq  sahibkarlıq fəaliyyətinə baş vurub. İlk işi arpa-buğda satmaq olub. Həmin illər yenicə müstəqilliyin qazanan ölkəmiz üçün ciddi taxıl problemi var idi. Bundan istifadə edən Əziz Əzizov kimi sahibkarlar taxıl qıtlığının hesabına az vaxtda böyük pullar qazandılar. Düz 10 il arpa-buğda biznesi ilə məşğul olan Əziz Əzizov  2006-cı ildə Cəlilabad  Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildi. 
Təsəvvür edirsiniz,  bircə gün idarəçilik  təcrübəsi olmayan adam Cəlilabad kimi böyük bir rayona rəhbər təyin olunur. 
Və o gündən Cəlilabadın qara günləri başlayır. Hər şeyə arpa, buğda kimi baxan Əziz Əzizov rayonun münbit torpaqlarını ələ keçirir, sovet dövründən qalma üzüm plantasiyalarını yaxınlarının adına özəlləşdirir. Az vaxtda Əziz Əzizovun üzüm sahələri bar verir və rayonda  icra başçısının araq sexləri işə düşür. Həmin dövrün canlı şahidləri deyir ki, Əziz Əzizovun sexlərində düzələn araqların sorağı  nəinki Cəlilabad, Biləsuvar, hətta Neftçala rayonundakı toylardan gəlirdi. Axırda məcbur olub, Neftçalada, Biləsuvarda Əziz Əzizovun məhsullarını satmaq üçün yaxın rayonlarda topdan satış  mağazaları açırlar. Bu işdə Əziz Əzizova ən çox kömək edən həmin dövrdə Neftçalada Maliyyə Şöbəsinin müdiri işləyən Rəşid Manafov olur. 
Hətta  Rəşid Manafov  Əziz Əzizovu mətbuatın tənqidlərindən qorumaq üçün ona dəstək verir.  Bu xətt bu gün də davam edir. Əziz  Əzizovun  mətbuata aylıq göndərəni Rəşid Manafovdur. 
Sonra Neftçala, Biləsuvar və Masallıda Əziz Əzizovun mal-qara fermaları  “fəaliyyətə” başlayır. 
2012-ci ildə Rafil  Hüseynov  Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunanda  artıq Əziz Əzizovun qonşu Masallıda əməlli-başlı  mülkləri, fermaları, əkin sahələri və s. var idi. 
Canlı şahidlərin dediyinə görə, Rafil  Hüseynov  rəhbəri olduğu rayonda gördüklərindən dəhşətə gəlib. Sonra iki icra başçısının görüşü “razılaşma”  ilə bitib, dostlaşıblar, hətta sonda quda olublar. 
Bəli, 2018-ci ilədək  Əziz Əzizov Cəlilabadda, Rafil  Hüseynov isə Masallıda icra başçısı işləyiblər. Sonra Əziz Əzizovun fəaliyyəti  1 illik Yasamalda davam edib, hazırda  isə Suraxanıda icra başçısıdır. 
Onun qudası Rafil Hüseynov isə hazırda Ağcabədinin icra başçısıdır. 
Əvvəlki kimi qonşu olmasalar da, hər ikisinin birgə biznesi Cənub rayonlarında davam edir. 
Əziz Əzizovun adı bir məsələdə də daha çox hallanır. Süürücüsü olan bacısı oğlu  Murad Ağayevi əvvəlcə hüquq şöbəsinə, sonra isə özünə köməkçi təyin edib. 
Əziz Əzizovla  Rafil Hüsenova sonuncu sürpriz isə...bir müddət əvvəl oldu. 
Rafil Hüseynovun oğlu, Əziz Əzizovun kürəkəni,  “papanın və qaynatanın gül balası” polis kapitanı Şəhriyar Hüseynov Daxili İşlər Nazirinin əmri ilə tutduğu vəzifədən azad edildi. 
Polis kapitanı o dərəcədə həddini aşmışdır ki, “paltar geyinməsin, elə bu vəziyyətfə aparın” deyərək vətəndaşı şalvarsız aparmağı göstəriş vermişdir. Kimliyindən asılı olmayaraq vətəndaşına hörmətlə yanaşan dövlətimiz polis kapitanının cəzasını verdi. İndi növbə ata ilə qaynatanındır. 
P.S. Rafil müəllim, dostlar vasitəsilə bizə görüşmək təklif edirsən. Deyirəm bəlkə görüşü salaq  Novxanıdakı möhtəşəm villanın qarşısındakı  “baseyn”in  yanına. Amma, yox e, sizlər şər-şəbədə adamsınız. Bizim sizinlə  görüşümüz baş tutan deyil. Sonra gedib deyəcəksiniz ki, “baseyn”dən  bir vedrə  su bəxşeyiş verdim. Get, adamını başqa yerdə axtar, ara, Rafil müəllim.


Oxşar xəbərlər

Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
İcra başçısı olan  keçmiş  tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
Suraxanıda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib - Fotolar
Vətəndaşı evindən çılpaq çıxaran polisin maraqlı HOBBİSİ
Öz oğlunu tərbiyə edə bilməyən icra başçısı Rafil Hüseynov AĞCABƏDİNİ necə idarə edir?-RAFİL HÜSEYNOV DA HƏBS OLUNA BİLƏR
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Korrektor  Rafil Hüseynov necə icra başçısı oldu?- Avtoş, adam öldürən oğul   necə  “ofser”- polis zabiti oldu ?
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
Saxlanılan icra başçısının “TIR” biznesi - Onunla birlikdə həbs edilən müavini bacısı oğludur...
Yeni Suraxanıda,316 saylı məktəbin qarşısındakı torpaq sahəsini kim satıb?
Ağcabədinin icra başçısı Rafil Hüseynov Qarabağ şəhidinin statusunu ləğv  etdirmək istəyir-  Şəhidin həyat yoldaşı  dövlət qurumlarından kömək istəyir
İcra başçısına yeni müavin təyin edildi
Abşerondan Suraxanıya gizli transfer: Fuad Cəbrayılovu Əziz Əzizova nə bağlayır?
BNA əhaliyə müraciət etdi: “Diqqətli olaq!“
Bakıda xanımını qısqanan kişi onun müdirinin qulağını qopardı
İcra başçısı Rafil  Hüseynovun  ŞƏRƏF  davası… -  Şəhidin dul arvadı sənin qızından, gəlinindən əskik deyil !
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
Qadın  sahibkarı  10 min manata görə döydürən icra başçısı…  - Rafil  Hüseynov Masallıda qəbristanlığı söküb yerində obyekt tikmək istəyirmiş...
Nəqliyyatçılar bir dəqiqəlik sükut zamanı - VİDEO
Əziz Əzizov Fuad Cəbrayılovu niyə özünə müavin apardı?
Suraxanıda Əziz Əzizovdan sakinlərə “burja münasibət” - VİDEO/FAKT
Əbülfəz Qarayevlə Suraxanının icra başçısını nə birləşdirir? - Bakıda 700 illik məscid dağıdılır
"Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi"
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Rafil Hüseynov, sənin oğlundan yazmaq şər-böhtandır ?-   Həbs olunan Alimpaşa səni gözləyir  Rafil Hüseynov
Nizaməddin Quliyevin işdən çıxarılan kadrının yerinə TƏYİNAT
Bostanında çətənə becərən Balakən sakini ələ keçdi
Ramiz Mehdiyev, Eldar Mahmudov, Çingiz Əsədullayevin adı keçən məhkəmə... - Film kimi cinayət işi
Prospektdəki qəza tıxac yaratdı - FOTO
Abdullah Gül İlham Əliyevə təbrik məktubu göndərib