May ayının 18-də bir qrup Qarabağ qazisi Abşeron Rayon İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçiriblər. Onla icra başçısı İradə Gülməmmədova ilə görüş tələb ediblər. Əvvəl başçı onları qəbul etməkdən imtina edib. Media nümayəndələrinin müdaxiləsindən sonra,  başçı onlardan 9 nəfəri  qəbul etməyə məcbur olub. Qəbulda İradə Gülməmədova deyib ki,  sadalanan problemləri həll etmək onun səlahiyyəti çərçivəsində deyil.  Qarabağ qazilərinin  nüməyəndələri: Şahsuvarov Məhərrəm Arif oğlu,  Camalov Şükür Çingiz oğlu, Cabbarov Yolçu Mehman oğlu  və Əliyev Amil Rahib oğlu görüşün  nəticəsinin səmərəsiz olduğunu bildirdilər. Onlar həllini tələb etdikləri problemlə bağlı Azinforum.az İnformasiya Portalına ətraflı müsahibə veriblər. Həmin  videomüsahibəni təqdim edirik:
P.S. Səslənən ittihamlarla bağlı Abşeron İcra Hakimiyyətinin də mövqeyini də dinləməyə hazırıq.