Şirvanın “arendator”  icra başçısı  İlqar Abbasov- İndi də  “karantin vergisi”  yığırsan, Adam ?
17-06-2021, 20:00
1 286

Şirvanın “arendator” icra başçısı İlqar Abbasov- İndi də “karantin vergisi” yığırsan, Adam ?

Prezidentin  mübarək  əli və  İlqar Abbasovun çiyni…


İlqar müəllim, az qalıb, gələcəklər…

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar  Abbasovun fəaliyyətinə keçməzdən öncə  onun  ömür yoluna bir nəzər salaq. 1958-ci ildə doğulan İlqar Abbasov 1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Və....
Bu adam 26 il tapılmayıb.
Və birdən, yəni 26 ildən sonra Nərimanovun icra hakimiyyətinə başçı gəlib, özü də başçı ee. 
26 ilin harada olması ilə bağlı bircə cümlə var: müxtəlif tikinti idarələrində çalışmış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur.
Ay adam, 26 il bir igidin ömrüdür, tikintidə nə işləmisən, “mastr”  olmusan, “prorab” olmusan, nə olmusan ? 
26 ilin neçə ilini sahibkar olmusan ? 
Sahibkarlıq geniş anlayışdır. Məsələn, Neftçalanın keçmiş icra başçısının eşşək ferması var idi, o birisi  dəvə yağlamaqla məşğuldur, biri ayı saxlayır və s. 
İndi sən də de görək 26 ildə nə işlə məşğul olmusan ? 
26 ili qoyaq bir kənara. 
Sən 26 ildən sonra hansı möcüzə ilə gəlib paytaxtın  “ən bahalı” rayonunu “arendaya” götürdün, başçı oldun. 
Öz sözündür ha, el arasında yayılıb: mən rayonları arendaya götürürəm. 
Nə isə oldun icra başçısı. Nərimanovda 2 ilə yaxın bahalı yerləri satdın və keçdin Suraxanıya
Adam, sən karuselsən, nəsən ?
Və Suraxanıya təyin olunan gün necə sevinirdin. O boyda ərazi, torpaqlar, küçə ticarəti, bir az da gözdən uzaq. Və siyasi “oşibka” elədin: Prezidentin əli çiynimdədir  dedin. 
Birincisi, adam, Prezidentin əli, yox, mübarək əli...
İkincisi, Prezidentin mübarək əli, hər birimizin, hətta başqa ölkələrdə yaşayan azərbaycanlıların da çiynindədir
Üçüncüsü, həmən məclisdə sənə nə dedilər: İnşallah Prezidentimiz sənin əməllərini biləndən sonra, əlini çəkəcək...onda səninlə görüşəcəyik.
Adam, sənin qorxudan adi sahibkarların telefonunu açmağa   cəsarətin çatmırdı. 
Hələ “konturun” var,  lazım olanda “İramisə”  “vzv”  atırsan, amma “limit”  bitmək üzrədir. 
Adam, 15 il Suraxanıda, Bülbülə, Əmircan, Hövsan,  Zığ və Qaraçuxur qəsəbəsində qeyri- qanuni küçə ticarətindən  milyonlar qazandın. 
Və məclisdə deyirsən ki, guya ölkə rəhbəri bilmir ki, biz....
Sonra da deyirsən ki, qoy, nə yazırlar  yazsınlar.
Yazırıq ki, Qaraçuxurda torpağın sotunu 10-12 minə satırdın. 
Yazırıq ki,  obyektlərin tikilməsi üçün  torpağı sotla deyil kv.m satırdın. 
Hövsanda  yüz hektar torpaq satmısan e. 
Harada gedirsən qohum əqrəbanı da özünlə aparırsan. 
Bacanağın, qaynın yanından əskik olmur. 
Adam, bu dövlət  qurumudur ee, işə qəbul da imtahanla olmalıdır. Amma sən deyirsən başçı olduğum rayonu mənə arendaya veriblər. 
İndi də Şirvanı arendaya götürmüsən. Və təzə vergi tipi  icad eləmisən. 
Belə ki, karantin qaydalarına nəzarət adı altında Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndələri polis müşaiyyəti ilə obyektlərə girir, əsaslı səbəb olmadan sahibkarları iri məbləğlərdə cərimələməklə təhdid edirlər.
Və bütün  bunları  sən-İlqar Abbasovun birbaşa göstərişi ilə həyata keçirilir və sahibkarlar iddia edirlər ki, məqsəd heç də karantin rejiminə nəzarəti həyata keçirmək deyil, rəsmi və ya qeyri-rəsmi şəkildə sahibkarlardan pul toplamaqdan ibarətdir.
Bütün bunlar azmış kimi Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov   abadlıq-yenidən qurma işlərini sahibkarların boynuna yükləyir  və büdcədən bunun üçün ayrılan pulları mənimsəyir. 
Sözün qısası, İlqar Abbasov əhalini dövlətdən narazı salır. 
İlqar Abbasov, çox gözləmə gələcəklər....


Oxşar xəbərlər

Şirvan RİH-in başçısı İlqar Abbasov rayonlara  “arenda”  kimi baxır…-İlqar Abbasov  25  il  harada olub?-VİDEO
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
İcra başçısının koronavirusdan vəfat edən müavininin yerinə təyinat oldu
İlqar Abbasov Şirvanda “karantin vergisi” yığır? – Sahibkarlardan başçıya ittiham..
Goranboyun icra  başçı  avtobioqrafiyasını  təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl  satan icra başçıları
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
Koronavirusdan ölən məmurun yerinə TƏYİNAT
İcra başçısına xanım müavin təyin olundu - FOTO
Gündəlik Bakı qəzetinin Şirvan şəhərində qaldırdığı məsələyə dərhal reaksiya verildi
İcra başçısı oğlunun tikdirdiyi ticarət obyektinin istismarına icazə verdi - FOTOFAKT
Sirvan Şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov işçisinin əxlaqsız təkliflərinə niyə susur?-VİDEOFAKT
Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
İlqar Məmmədova da 190 manat verilib? - AÇIQLAMA
Alimpaşa Məmmədovun vəzifəsi bu şəxsə TAPŞIRILDI
Şəmkirdə əməliyyat: icra başçısı saxlanıldı
İcra Hakimiyyətindən şəhid polkovnikin barelyefi ilə bağlı AÇIQLAMA: - “Təbrizlə əlaqə saxlayacağıq”
Yeni doğulan körpəyə şəhid atasının adı verildi
Keçmiş başçının oğlu icra hakimiyyətində birinci müavin oldu - Neftçalada
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
İlqar Qurbanov vəzifəsindən azad edildi
Ağstafanın icra başçısı  sarıdan bəxti gətirmir... -Məhərrəm getdi, Seymur gəldi, ancaq haman göl, haman qurbağa..
Rayon sakinləri Seymur Orucovdan ciddi qərarlar gözləyirlərmiş - AĞSTAFANI KİMLƏR İDARƏ EDİR?
Deputat Cavanşir Feyziyev  3 il  QEYBƏ  çəkilib və …- Müğənniyə  10 milyonluq  obyekt alan  Cavanşir Feyziyev
Şirvan şəhər İcra Hakimiyyətində növbəti videomüşavirə keçirilib
Milli Qəhrəman İlqar Mirzəyevin oğlu məsul vəzifəyə təyin olundu
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
“Sahibkarların qənimi”  Alimpaşa Məmmədov indi də şəmkirlilərin qəniminə çevrilib- İcra başçısı şəhid məzarlarından 700 min manat qazanıb