“Optimal Elektroniks”in baş ofisi gizli  qurumdur ?-  Şirkətin mağazalarında köhnə məhsullar təzə adı ilə satılır ?
5-07-2021, 02:00
544

“Optimal Elektroniks”in baş ofisi gizli qurumdur ?- Şirkətin mağazalarında köhnə məhsullar təzə adı ilə satılır ?

“Optimal”  məhsulu satıb qazanır, kredit faizlərindən qazanır, hələ müştərini də incidir 

“Optimal Elektroniks”dən yazmaq istəyəndə  qeyri-ixtiyari olaraq rəhmətlik  Dədə Ələsgərin  misraları yadıma düşdü: 
Köhnə dağarcığı tumaş yerinə, 
Aşıq Ələsgərə satma, hayıfsan. 
Oxucu düşünər ki, Aşıq Ələsgər hara, “Optimal Elektroniks” şirkəti hara ? 
Bəli, rəhmətlik aşığın dediyi də o idi ki, saxta məhsulu mənə təzə kimi sırıma. 
“Optimal Elektroniks” şirkəti də  köhnə mobil telefonları təzə adı ilə müştərilərə baha qiymətə satır. Müştəri telefonu qaytarmaq, ya da dəyişmək istəyəndə qəbul etmirlər, hətta “əlin hara çatır get şikayət elə”  deyib qapıdan qovurlar. 
Bu təkcə  mobil telefonlarla bağlı deyil. Digər elektrik avadanlıqları da eyni haldadır. 
Ütüsü xarab, soyuducusu  xarab, paltaryuyan maşını zay…

Müştəri  alır, 5-10 gündən sonra xarab olur. 
Qaytarmaq istəyəndə  deyirlər get servisə. Servis də deyir ki, artıq istifadə etmisiniz, xarab olub. Beləcə istehlakçıların başına  min cür oyun açırlar. 
Axı, bu ölkədə İqtisadiyyat Nazirliyinin nəzdində İstehlakçıların Hüquqları Departamenti var, ey cənablar. Siz dövlətdən niyə maaş alırsınız ? 
Şikayətçilər Baş ofisin yerini soruşanda cavab qısa olur: Baş ofisin yeri deyilməz…
Görəsən, baş ofis gizli qurumdur, nədir ki, onun yerini gizli saxlayırlar. 
Bir sözlə, Bakıda son 10-15 ildə  məişət və elektron avadanlıqları satan mağazaların sayı artır. Deməli, əslində bunların arasında  rəqabət olmalı və nəticədə müştəri məmnun qalmalıdır. Bu bazar iqtisadiyyatının aksiomasıdır.
Çox təəssüf ki, bizdə tam əksidir. Mağazaların sayı artdıqca, özbaşınalıq, müştəriyə hörmətsilik, nöqsanlar baş alıb gedir. Öz haqqını tələb edən vətəndaşı qapıdan qovurlar. 
Belə qanunsuzluqların baş alıb getdiyi mağazalardan biri, bəlkə də birincisi, “Optimal Electronics” Mağazalar Şəbəkəsidir. Bu şəbəkə mallarını kreditə verib pul qazanır, məhsulunu realizə edib qazanır, hələ üstəlik köhnə, yararsız məhsul satır. 
Birincisi, şirkət  satdığı məhsulla bağlı müştəriyə tam, dolğun məlumat verməlidir. İkincisi, müştəri məhsuldan narazıdırsa, məhsul yenisi ilə dəyişdirilməlidir, servisə göndərilməməlidir. 
“Optimal Electronics” Mağazalar Şəbəkəsində kreditə görə də  müştərilərin başına  oyun açırlar. Müştəri bir gün ödənişi gecikdirən kimi vətəndaşdan artıq pul alınır.
Bir  sözlə, “Optimal Electronics”də özbaşınalıqdır. Bəlkə də şirkətdə ciddi vergidən yayınma da var. 
Bəs dövlət qurumları hara baxır ?


Oxşar xəbərlər

"Optimal Elektroniks"dən OPTİMAL FIRILDAQ... - GİLEY
"Optimal Elektronics"də müştəri hüquqları tanınmır - GİLEY
“Optimal Electronics”köhnə telefonları təzə adına müştərilərə “sırıyır” - GİLEY
ABC Telekomda ciddi problemlər var- Şirkətin sahibi Azər Süleymanov alıcıların hüquqlarını pozur
“Optimal Elektronika” MMC-dən Azərbaycan Ordusuna Dəstək!
"Baku Electronics"in  soyuducuları   soyutmaq əvəzinə  qızdırır...-    Avadanlıqların  səsindən evdə oturmaq olmur...
“Kontakt Home” müştəriləri necə aldadır?
Prezident sərəncam imzaladı
Bu məhsulları supermarketdən almaq TƏHLÜKƏLİDİR
Maliyyə Palatası “Optimal Elektronika”nı  niyə cəzalandırdı ?- Şirkət  media  ilə  necə  “bazarlıq”  edir ?
“Optimal Elektronika”  ölkədən valyuta axınına şərait yaradır?-OPTİMALDA QANUNSUZLUQLAR
Paytaxtın məşhur bazarı köçürülür
“Pulunu ver, itil cəhənnəmə” – “Kontakt Home”dan yağış kimi ŞİKAYƏTLƏR – FOTO
“Kontakt Home” güzəşt etmək fikrində deyil- Kreditlər ödənməlidir
“Azərcell”in   fəaliyyəti  “tilova keçirilmiş  soxulcana bənzəyir”…- Şirkət müştərini tora salmaq üçün hər oyuna gedir...
Göyçay icra başçısı sakini belə aldatdı - İTTİHAM
Kəlbəcərin təzə icra başçısı “provodnik”  Azər Qocayev  rayona da qatar kimi baxır ?- Ağdabanlı aşıq Qurbanın nəvəsi Azər Qocayev  “Əzizinəm baramaa..”  oxuyur ?
“130 milyon dollarlıq təyyarələr xarab çıxdı və işə yaramadı” - Erməni hüquq müdafiəçisi
Paşinyan yalan danışdı, mikrofonu söndü - VİDEO
Xalq artisti: “Çimmək istəyəndə xaricə gedirəm“
"Samsung”dan soyuducu aldım, traktor kimi işləyir” - Müştəri
Azercell  indi  də aylıq  abunəçilərə “kontur atır”-  Şirkət  müştərilərini məhkəmə ilə hədələyir
"Karaca"dan şikayət: “Hüquq-mühafizə orqanları bu kimi halları ciddi nəzarətə götürməlidir”
Rəhmətlik Hacı Əbdülün şallağı və icra başçısının atasının “kiçik toy” məsələsi
"İlin-günün bu vaxtı "Baku Electronics" müştərisini aldadır..." - GİLEY
Nərimanovda köhnə qəbristanlıqda  MƏMUR ŞƏHƏRİ .. -Xalqdan oğurlanan milyardların izi ilə...
“Hərbi əsirlərin qaytarılması ilə bağlı Azərbaycan və Ermənistanla iş aparılır” - Zaxarova
Səhiyyə nazirinin qudası həkimlərin səriştəsizliyi ucbatından öldü
SOCAR-ın prezidenti, yoxsa Lift idarəsinin müdiri?- Rövnəq Abdullayevin LİFT BİZNESİ....