Coğrafiya müəllimi necə “raypo” sədri oldu ?
Atalar deyib ki, köç geri qayıdanda axsaq-uxsaq qabağa düşər. Lətifəsi Mərdan Camalovdan uzaq olsun.
Vallah əsl komediya mövzusudur.
100 il əvvəl Çar Rusiyası dağılanda Qotur Məmmədlər qabağa düşdü, xalq qəhrəmanı kimi ad çıxardılar. Ancaq çoxu quldur, yolkəsən, bandit idi.
SSRİ dağılanda da eyni proseslər baş verdi. Bu dəfə Qotur Məmmədlər deyil, “svarşik” Mərdan Camalovlar icra başçısı oldu.
Bəli, bu bizim cəmiyyətin acı talehidir.
Əgər başqa cür olsa idi, ixtisasca coğrafiya müəllimi olan Mərdan Camalov ən yaxşı halda kolxozda ot briqadiri ola bilərdi. Amma Mərdan Camalov əvvəlcə Şirvanın başçısı, indi isə Zərdabın icra başçısıdır.
Bu adamın “suratına, şikilinə” baxanda adam dəhşətə gəlir ki, Şirvan kimi sənaye şəhərinə uzun illər bu adam necə rəhbərlik edib ?
Axı, bu dünyada zəhrimar məntiq deyilən bir şey var. İcra başçısı olmazdan qabaq bu adam, yəni coğrafiya müəllimi necə rayonda “raypo sədri” olub ?
Bilənlər bilir ki, adına “raypo” dediyimiz qurum kooperasiya əmlakına sahib olanların konfransında seçilirdii, loru dildə desək, şəhər ticarətinə Ticarət Nazirliyi, kənd ticarətinə isə “raypo”lar baxırdı.
Axı, coğrafiya müəllimi hara, “raypo sədri” hara ?
Hələ bu harasıdır ?
Mərdan müəllim, bir müddət coğrafiya müəllimliyinin daşını atıb, “svarşik, slesar” da işləyib. Bu adam müəllim peşəsini “svarşik”liyə dəyişibsə, beləsindən hər cürə əməl gözləmək olar.
Yuxarıda qəhrəman Qotur Məmmədlərdən bəhs etdik.
Mərdan müəllimin də qəhrəmanlığı barədə Şirvan aşıqları dastan yazacaq.
Bəli, Mərdan Camalov icra hakimiyyətinin binasında Qarabağ şəhidinin atasına kəllə atıb. Yazıq şəhid atası deyir ki, orada adamlar olmasaydı, Mərdan müəllim məni təpiyin altına salacaqdı. Vayy, bəə, haradan hara gəldik ee, icra başçısı şəhid atasını, qazini döymək istəyir.
Belə yerdə deyirləır ki, dağıl, a dünya.
Vallah, dünyanı bilmirəm, amma Mərdan müəllim, Şirvanı əməlli-başlı dağıdıb, indi də keçib Zərdabı dağıtmağa.
Bəli, Mərdan Camalov Şirvana icra başçısı qoyulan kimi gözü düşüb rayon ərazisində olan 3 min metr uzunluğunda QAZ turbalarına. Bəli, Mərdan Camalov rayon ərazisində olan 3 min metr qaz turbalarını kəsdirib “metallom” kimi satdırıb. Bu cinayət işi ilə ölkədə hamı məşğul olub, amma Mərdan müəllimin heç tükü də tərpənməyib. Hətta Azəriqaz da heç nə edə bilməyib.
Təsəvvür edirsiniz, adam rayon ərazisindəki 3 min metr qaz turbalarını kəsdirib satdırıb.
Bunu ağlı başında olan adam edə bilməz.
Amma bu ağılın sahibi düz 14 il Şirvan şəhərinə rəhbərlik edib. Rayondakı bütün idarələrdən hər ay rüşvət yığıdırıb.
Əlbəttə, lətifəsi yenə də möhtərəm Mərdan müəllimdən uzaq olsun, atalar deyib ki, arxalı köpək qurd basar.
Mərdan müəllimin arxasında qardaşı, Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalov olmasaydı, Mərdan Camalov indi də “svarşik” idi.
44 günlük müharibə zamanı camaat yas içində olanda Yavər Camalova məxsus Montenapaleonebaku restoranında Mərdan Camalovun oğlanları kef məclisləri qurur və 44 günlük müharibə zamanı bu kef məclisləri sosial şəbəkələrdə böyük REZONANS doğurmuşdu.
Mərdan Camalov əsl kommersantdır. Bir idarə müdiri ona 1 manat ata bilməz. Atmaq istəsə isə...
Mərdan Camalov ayda aldıqlarının miqdarını müəyyən etmək üçün birbaşa rayondakı xəstəxanaya gedib xəstələri sayırmış və vururmuş konkret rəqəmə və aylığı hesablayırmış.
Belə bir adam rayona necə rəhbərlik edə bilər ?
Şirvanı kor qoyan Mərdan Camalov indi də Zərdabda qoçuluq edir.
Mərdan Camalov Zərdabda abadlıq, yol tikintisi, park təmiri adı altında öz qohumlarının adına açılan şirkətlər vasitəsilə dövlətin milyonlarını mənimsəyir. Hətta o qədər həddini aşıb ki, rayon ərazisində faəliyyət göstərən müxtəlif nazirliklərin rəhbərlərinə deyir ki, mənimlə hesablaşmalısınız, öz nazirinizlə yox.
Təsəvvür edirsiniz, Mərdan Camalov rayon Təhsil şöbəsinin müdirinə deyir ki, sənin nazirin Emin ƏMİRullayev deyil, mənəm…mənə verməlisən.
Sözün qısası, Mərdan Camalov əməlli-başlı yetişib.
Yəqin ki, yaxın zamanda maskalılar Mərdan müəllimi dərməyə, qopartmağa gələcək. Yoxsa, o, kreslodan qopan deyil..
“Svarşik-slesar” Mərdan Camalovun “morda”sına baxanda...- Mərdan Camalov Şirvanı dağıdıb, indi də keçib Zərdaba...
27
iyul
23:59

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Əvvəli müəllim, sonrası çilingər, daha sonrası icra başçısı olan Mərdan Camalov- Allah göydən baxmır, Camalov, hər yerdən görür
Zərdablı şəhid atasının üstünə ŞIĞIYIB kəllə atan Mərdan Camalov...- Mərdan Camalovun qələminin vaxtı çatıb....
Zərdabda başçının qəbuluna niyə gedən olmur? - NARAZILIQ...
"Mərdan Camalov Zərdabdan qaçıb?" - Sakinlər onu axtarır...
GƏLİRLƏR CAMALOV çalış, kəlləni qoru...- Zərdabın icra başçısı Mərdan Camalovun OLİQARXİYASI...
Mərdan Camalov müharibə şəraitində də pul qazanır... - Zərdabda hələ də Mehdiyev ab-havası hökm sürür...
"Torpaq sahəsini Mərdan Camalovun sifarişi ilə əlimdən aldılar" - Şəhid atasından ŞİKAYƏT
MİLYONÇU icra başçısı Mərdan Camalovun həbsi gözlənilir...- Zərdab rayon icra hakimiyyətində nə baş verir ?
Zərdab və Lerikdə də əməliyyat baş tuta bilər... - İLGİNC İDDİA
Baksol yolunda yerləşən ’’Hafizin aqlay sexi’’ vergidən necə yayınır?-SEX ATMM-nin rəisi Mərdan Əliyevin HİMAYƏSİNDƏDİR?
Mərdan Camalov üçün sakinlərin dərdi dərd deyil... - GİLEY
Azərbaycanda 2022-ci ilə qədər maska və sosial məsafə tələbi qüvvədə olacaq
Xanım şəhidimizin övladı: “Anam şənbə günü qayıdacağını demişdi...” - VİDEO
Xaçmazda qadın ona göz vurduğunu iddia etdiyi gözdən əlil şəxsi döydü
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Coğrafiya müəllimi olmaq istəyənlər imtahan verir
İlk qadın şəhidimizin ailəsindən - Videoreportaj
Zərdabı xımır-xımır XIRID EDİR... - İTTİHAM
Vaqif Həsənov problemlə üzləşib - İLGİNC İDDİALAR...
Vəziyyət çox pisləşə bilər... - Koronavirus xəbərdarlığı
Zakir Qaralovun və Rüstəm Usubovun həbsi gözlənilir...- Rüstəm Usubovun əmlakının cüzi siyahısı...
Kəlbəcərin “mantyor” icra başçıları- Bəs sən nəyin uğrunda vuruşmusan, Azər Qocayev ?
“Şapka Mamed” atası Qurban müəllimdən az qala qəhrəman Qatır Məmməd düzəltmək istəyir…- Qatır Məmmədlə Qotur Məmmədi səhv salma, Məmməd Musayev
Ağdamın icra başçısı ilə bağlı sərxoşluq iddiasına CAVAB
Şirvanın “arendator” icra başçısı İlqar Abbasov- İndi də “karantin vergisi” yığırsan, Adam ?
“Laçın və Şuşaya çox yaxınıq, ermənilərin son çırpıntılarını görürük” - TƏHLİL
Təhsilimizin “Xarı bülbülü”- Təhsil nazirinin müavini Firudin Qurbanovun MİLYONLUQ OBYEKTLƏRİ, BİZNESLƏRİ VƏ...
Ağstafanın yeni icra başçısı Seymur Orucovun OLİQARXİYASI...- HƏBS olunan başçılar dərs olmadı ?
- Cüdo məşqçisi qəza nəticəsində ÖLÜB
- Şuşada türkdilli dövlətlərin beyin mərkəzlərinin konfransı keçirilir
- Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi
- Baku Bus MMC-nin əməkdaşı ürəyindən bıçaqlandı
- I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır
- 8 Noyabr prospektində QƏZA: Piyada öldü
- Yunanıstanda güclü meşə yanğınları başlayıb
- Bakıda teplovozda yanğın olub
- Zaqatalada leysan yağışları təsərrüfata ziyan vurub
- Yevlaxda maşın piyadanı vurub ÖLDÜRDÜ
- Bu xəstəxanada sağlam adam dəli olar - BU DA FAKT!!!
- Britaniya Ordusunun sosial şəbəkə hesabları oğurlandı
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?