Suraxanının icra başçısı Əziz Əzizovu aparırlar…-  İcra başçısı  arpa satmaqdan qabaq pivəxanalara noxud  satırmış ..-VIDEO
15-08-2021, 15:30
2 662

Suraxanının icra başçısı Əziz Əzizovu aparırlar…- İcra başçısı arpa satmaqdan qabaq pivəxanalara noxud satırmış ..-VIDEO

Əsas mövzuya  keçməzdən öncə, Suraxanı  rayon icra hakimiyyətinin başçısı hörmətli Əziz Əzizovdan xırda bir üzrxahlıq etmək istəyirik. 
Məsələ ondadır ki, çoxlu media orqaları, o cümlədən biz də  Əziz Əzizovun barəsində “tramvay ustası, arpa satan” ifadəsi işlədirik. 
Ancaq bu günlərdə Cəlilabadlı dostlarımızdan biri yaxşı ki, səhvimizi düzəltdi. Dostumuz bizə bildirdi ki, Əzizova  qarşı haqsızlıq etməyin, Əziz müəllim arpa satmaqdan öncə bir neçə il  pivəxanalara noxud satırdı, sonradan arpa satmağa keçdi. 
Nə isə, obyektivlik naminə bu üzrxahlığı bildirməyi özümüzə borc bildik. 
İndi isə keçək əsas məsləyə. Ruslar demişkən, “Drujba drujba, slujba slujba” 
Ay  Əziz  Əzizov, hər şeyi bir kənara qoyaq, Suraxanıya gələn kimi, uşaqların da payına göz dikdin, hələ sovet dövründən qalan və binanın balaca sakinləri olan uşaqların kiçik futbol meydançasını sataraq orada nəhəng obyekt tikilməsinə şərait yaratdın. 
Əzizov, cənab Prezidentimiz idmana bu qədər qayğı  göstərir, idmanın inkişafı üçün kifayət qədər dövlət vəsaiti ayırır, çalışır ki, dövlətimizin  bayrağı möhtəbər idman yarışlarında ucalsın. 
Sən isə, Əziz Əzizov, balaca uşaqların futbol oynadığı meydançanı kiməsə satmısan. 
Əziz Əzizov, heç o körpə balalardan utanmadınmı ? 
Yaxşı, onlardan utanmadın, bəs, səni icra başçısı təyin edən Prezidentdən də utanıb, abır-həya etmədinmi ? 
Yaxşı, Əziz Əzizov, uşaqlarla bağlı məsələni buraxaq sənin vicdanına, indi keçək böyüklərin məsələsinə. 
Bəli,  Əziz Əzizov,  Suraxanı ərazisindəki köhnə neft quyularının ətrafını, hətta quyuların üstünü kimə gəldi satırsan, qiymətlər də  5 rəqəmlidir. 
Deməli, noxuddan, arpadan sonra, futbol meydançasını satdın, indi də neft quyularını satırsan.
Cəlilabadda yüz hektarlarla üzümlükləri, taxıl sahələrini satdın, ən münbit  torpaqları özününküləşdirdin. Hətta  spirtli içkilərin istehsalı ilə də məşğul olurdun.  Cənub zonasında toyları

geydirmə araqlarla sənin sexlərin təmin edirdi. Hələ dostun Kamili demirik.
Hətta Neftçalada  örüş sahələrin, heyvandarlıq fermaların, qoyun sürülərin də var. Cənub zonasında neçə yerdə restoranın, otellərin, marketlərin var. 
Bütün bunlar sənə azlıqmı edir, cənab Əziz Əzizov ? 
Elə bilirsən  Yasamalda icra başçısı olduğun az vaxtda etdiklərin cəmiyyətin yadından çıxıb ? 
Yasamalda plana düşən evlərə dövlət tərəfindən  ayrılan pulların azı 20 faizi sənə çatırdı, cənab arpa satan. 
Evləri sökülən vətəndaşlara verilən kirayə haqqını da Əzizov məmimsəyirdi, tikilən binaların 1-ci mərtəbəsini də  özününkülərə  verirdi. 
Bir sözlə, biz yazdıqlarımız, Əziz Əzizovun əməllərinin yanında dənizdə damla misalıdır. 
Daha çoxu  dövlət qurumlarının  hesab-kitabında yazılıb. 
O, kitabı  yaxın zamanlarda sənə elə oxudacaqlar, noxud, arpa satdığın zamanlar yadına düşəcək. Sonra səni dostlarının yanına aparacaqlar...

Yazıda adları çəkilən bütün tərəflərə cavab haqqı tanıyırıq.



Oxşar xəbərlər

Əziz Əzizovun HƏBSİ an məsələsidir...- Suraxanının icra başçısı Əziz Əzizovun milyonluq evləri, avtomobilləri, üzüm sahələri, fermaları, araq sexləri...
Suraxanının icra başçısı Əziz Əzizov da həbs olunur ?- Suraxanının icra başçısı Əziz Əzizovun milyonluq evləri,avtomobilləri, üzüm sahələri, fermaları, araq sexləri ..
İcra başçısı olan  keçmiş  tramvay ustası, arpa satan Əziz Əzizov- Və başçının şofer, hüquqçu, köməkçi olan bacısı oğlu
Əziz Əzizovla  Rafil Hüseynovun ''İŞBİRLİYİ''- Quda olan icra başçıları həbs oluna bilər..
Əziz  Əzizovun Neftçaladakı  araq  sexləri, heyvandarlıq fermaları -Əziz Əzizovla Rafil Hüseynovun “iş birliyi”
Bakıda uşaqların futbol meydançasını satan icra başçısını tanıyın
Suraxanıda şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib - Fotolar
Əbülfəz Qarayevlə Suraxanının icra başçısını nə birləşdirir? - Bakıda 700 illik məscid dağıdılır
Qubadlı Rayon İcra Hakimiyyəti Qarabağ şəhidlərini belə yad etdi
Abşerondan Suraxanıya gizli transfer: Fuad Cəbrayılovu Əziz Əzizova nə bağlayır?
Suraxanıda Əziz Əzizovdan sakinlərə “burja münasibət” - VİDEO/FAKT
Yeni Suraxanıda,316 saylı məktəbin qarşısındakı torpaq sahəsini kim satıb?
Vilayət Eyvazov icra başçısının oğlunu işdən ÇIXARDI - FOTO
İcra başçısına yeni müavin təyin edildi
Bu arada hansı icra başçılarına “qırmızı kart” göstəriləcək? – SİYAHI
Seymur Orucovun ingiliscə çıxışı İTV-də ələ salındı
Əziz Əzizov Fuad Cəbrayılovu niyə özünə müavin apardı?
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Oliqarx məmur oğlunu icra başçısı göndərir - İddia
Yeni icra başçısı köməkçisini özünə birinci müavin təyin etdi
Azərbaycanda tanınmış şair koronavirusdan vəfat etdi
Koronavirusdan ölən icra başçısı dəfn olundu
Musa Şəkiliyevin qanunsuz əməlləri... - Uşaqların əyləncəsi üçün nəzərdə tutulmuş maneji ailəsi üçün biznesə çevirib
Qazax rayonunun icra başçısı Rəcəb Babaşov səkiləri satır?- Başçının oğlu  450 min avroluq avtomobildə gəzir...
Yeni Suraxanıda qanunsuz tikintiyə göz yumanlar – Əziz Əzizovdan başqa kimlər var?
Nəqliyyatçılar bir dəqiqəlik sükut zamanı - VİDEO
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Azərbaycanda icra başçısı məhkəməyə verildi
Vətəndaşı evindən çılpaq çıxaran polisin maraqlı HOBBİSİ
Tutulan sabiq icra başçısı məhkəməyə gətirildi