“İstanbul Meyhane''nin sahibi Bürhan Abdullazadə kimdir ?- Türk restoranı niyə qanunlarımızı ayaq altına atır ?-VIDEO
16-08-2021, 22:55
613

“İstanbul Meyhane''nin sahibi Bürhan Abdullazadə kimdir ?- Türk restoranı niyə qanunlarımızı ayaq altına atır ?-VIDEO

“İstanbul Meyhane Bilgah”də  biletin qiyməti 500 manatdır...

Buranın müştərisi ancaq məmur ailələri ola bilər..

Restoran  insanlarımızı niyə qorxunc  xəstəliyə yoluxdurur ? 



Bakıda  fəaliyyət göstərən  restoranlar şəbəkəsindən biri də “İstanbul Meyhane”dir. 
Bu restoranlar şəbəkəsinin Bakıda bir neçə filialı var. Sonuncu  Bilgəh filialının açılışı ötən ay oldu. Və qalmaqalla yekunlaşdı. 
Birinci ondan başlayaq ki, ölkənin paytaxtında  bu qədər restoranlar şəbəkəsinə ehtiyac varmı..? 
Niyə ölkəmizə təşrif buyuran türk qardaşlarımız ancaq restoranlar şəbəkəsinin açılmasına  üstünlük verirlər?
Niyə bunun biri fabrik, zavod açmağa deyil, restoranlar açmağa bu qədər həvəslidirlər ? 
Söhbət sovet dövründəki iri fabrik və zavodlardan getmir. Bu gün dünyada  mini fabriklər var ki, xeyli sayda insan çalışır.  
Ölkəmizə gələnlər hamısı  restoranlar şəbəkəsi  açmağa, az qoyub çox götürməyə, müftə qazanc əldə etməyə can atırlar. Buna bir dövlət nəzarəti olmalıdır. 
Təsəvvür edirsiniz, “İstanbul Meyhane Bilgah” restoranının bir ay öncəki açılış konsertində 1 nəfərlik biletin qiyməti  200-500 manat arasında olub. 
Koronavirusla, pandemiya ilə bağlı bütün dünyada iqtisadi böhran yaşanır, Azərbaycanda isə insanlar gündəlik 5-10 manata işləyib çörək qazanırlar. 
Axı, Azərbaycanda kim konsertə bilet üçün 500 manat verə bilər? 
Əlbəttə, ancaq  harınlamış məmurların  qudurmuş balaları. 
Başqa kim ola bilər ? 
Bəlkə şəhid balası, bəlkə qazinin ailəsi ?
Bax, ölkəmizə təşrif  buyuran türk restoranları da məhz harın məmur balalaraına hesablayıb, heç nə xərcləmədən milyonlar qazanmaq istəyirlər. 
Qazanırlar cəhənnəmə qazansınlar. Bəs ölkəmizin qanunlarını niyə ayaq altına atırlar ?
Bəli, dünya pandemiya ilə vuruşur, karantin qaydalarına ciddi əməl edir. 
Bizdə isə hansısa türk  restoranının 500 manata bilet satmağı cəhənnəmə, hələ insanlarlımızı da qorxunc xəstəliyə kütləvi yoluxdurur. 
Təsəvvür edirsiniz, pandemiyanın ən qorxulu vaxtında bu restoran Türkiyədən müğənni dəvət edir, konkret desək, Mustafa Cecelinin konsertini təşkil edir. 
Və buna görə, Daxili İşlər Nazirliyi, Operativ Qərargah hərəkətə keçirlər və  restoran 4000 manat cərimələnir. 
Ən dəhşətlisi odur ki, Cecelidən sonra restoran Allah qoymasa, Alişanı Bakıya dəvət edir.
Bu artıq həyasızlığın son həddidir. 
Birincisi, 4000 manat cərimə, bu restoran üçün cüzi puldur, çüki 500 manata bilet satan restoran üçün 4000 manat nədir ki ? 8 nəfərin bilet pulu. 
Digər tərəfdən, bu restoranın sahibi ölkənin güc nazirliyinin xəbərdarlığını  vecinə də almır. Və öz cinayət əməlini davam etdirir. 
Beləsini cərimə eləmək lazım deyil, atmaq lazımdır həbsxanaya ki, ağlı başına gəlsin. 
Restoranın sahibi  və konsertin təşkilatçısı Bürhan Abdullazadə  kimdir, nəçidir ki, dövlətimizin qanunlarını saymır ? 
Ən dəhşətlisi  bilrsiniz nədir ?
Bizim  manıs tayfası isə  bu qanunsuzluqlara  bəraət qazandırır. 
Səsindən başqa hər şeyi olan manıs  nüğənnimiz Ədalət Şükürov  deyir ki, bəs sənət  adamları haradan dolansınlar: “ İncəsənət məhv olur, bəs müğənnilər nə ilə dolansın”. 
Buna deyən lazımdır ki, sənətin, incəsənətin sənə nə dəxli var ? 
Dolanmaq istəyirsənsə, get, bazarda araba bas...
Sənin kimilərin dolanması üçün xalq kütləvi  xəstəliyə yoluxmalıdır, ayy.....
Yazını  restoran sahibinin  bir əməli ilə bitiririk:
DİN-in, Nazirlər  Kabineti yanında Operativ Qərargahın və digər dövlət qurumlarının xəbərdarlığına baxmayaraq, restoran  yeni konsertlərin afişasını sosial media hesabından silmir. 
Daha sözümüz yoxdur.


Oxşar xəbərlər

Mustafa Cecelinin konsertinə görə restoranın sahibi CƏRİMƏLƏNDİ
Fətullah Gülənlə bağlı Qafqaz Universiteti  bağlandı …-   Bəs  MADO  niyə bağlanmır ?
Cərimələnən məşhur restoran bu müğənniləri də Bakıya gətirir
Gömrük monopolisti "Broker Əbülfəz”in oğlunun PAPA JOHN’S-u - FOTOLAR
Bu ölkədə hotellər, restoranlar, gözəllik salonları ilə bağlı qərar verildi
Bakıda restoranlar nə vaxt açılacaq? – Rəsmi
Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi: - Otel, restoran, qızıl mağazaları...
Bakıdakı restoranların adına ETİRAZ: “Mamajon” və “Foqalyan” - Ermənilərlə əlaqəsi var ?
Eldar Qasımov “McDonald's”ı müdafiə etdi, tənqid olundu
Şadlıq sarayları qiyməti niyə artırır?
“Büyük Fırat”  restoranlar  şəbəkəsi, yoxsa radikal dindarların oylağı ?-  “Büyük Fırat”  müştəriləri aldadır ?
Kafe və restoranlar açılmalıdır — Rəsmi açıqlama
Azərbaycanda kafe və restoranlar yenidən bağlanır? - AÇIQLAMA
Müğənni toy qiymətini endirdi: Onsuz da hər şey bahalaşır
MADO  vergidən  yayınır ?-  Fətullah Gülənin “obyekt”ı  niyə bağlanmır ?
Berlində məşhur pivə evi Merkeli “qara siyahı”ya saldı
Bakı bulvarını  “Kaddeh Meyhane”  zəbt edib...- Müvafiq  qurumlar  “Kaddeh Meyhane”ni, “Kaddeh Bulvar” görmür ?
Bakıda yeni "mall" tikilir
Rövşən Əkbərovun şok biznes siyahısı — Restoranlar, ticarət mərkəzləri, yaxta...
Açıq havada və çadırda toy mərasimi keçirmək olar? - RƏSMİ
Bu tarixdə iri ticarət mərkəzləri açıla bilər - AÇIQLAMA
İstanbulda sunami xəbərdarlığı
Bu kafe və restoranlar cərimələndi - SİYAHI
Gözəlik salonları və bərbərxanalar yenidən bağlanır? - AÇIQLAMA
“24 nəfər öldü. Niyə xilas edə bilmədiz?” - Zaur TƏBİB-ə səsləndi
Ticarət obyektləri və restoranlar bağlanır
Prorektor  İlham Pirməmmədovun “Xarı bülbül”  restoranı ...- Milyonluq obyektlər,villalar,evlər,avtomobillər hardandır ?
Restoranlar açılır, dərslər başlayır - Karantin rejimini yumşaldan ÖLKƏLƏR
Access Bankda  “şapka” məsələsi- Müştərilər bu bankdan niyə  narazıdır ?