Füzuli  Pənahov Ali Məhkəmənin sədri olmaq istəyir...- TÖHMƏT-in mübarək,  Füzuli Pənahov-VİDEO
17-08-2021, 17:07
572

Füzuli Pənahov Ali Məhkəmənin sədri olmaq istəyir...- TÖHMƏT-in mübarək, Füzuli Pənahov-VİDEO

Füzuli Pənahov Zəngilanda aldığı 65 min manatı qaytarmaq istəmir..

Füzuli  Pənahovun Qubadakı  “texniki səhvi”...


Gəlin  görək, Sabirabad Rayon Məhkəməsinin sədri  Füzuli Pənahov hansı əməllərin sahibidir. 
Məlumat üçün qeyd edək ki, Füzuli Pənahov 1990 – 2000-di illərdə  Zəngilan Rayon Məhkəməsinin hakimi, 2000 – 2007-ci illərdə Astara Rayon Məhkəməsinin sədri, 2007 – 2017-ci illərdə Quba Rayon Məhkəməsinin sədri olub, hazırda Sabirabad Rayon Məhkəməsinin sədridir. 
Füzuli  Pənahov hakim kimi ilk  “siftə”sini Zəngilanda bir nəfərdən 65 min manat almaqla “rüşvətxorluq”  fəaliyyətinə başlayıb. Və neçə ildir o pulu geri qaytarmaq istəmir. 
Onu da qeyd edək ki, cənab Prezident İlham Əliyev Ali Məhkəmənin yeni binasının açılışında qeyd etdi ki, bu bina Ədalət Sarayı olmalıdır. 
Amma təəssüf ki, Füzuli Pənahov kimiləri məhkəmə sistemini ədalətdən başqa  hər şeyə  çeviriblər. 
Füzuli Pənahov  Qubada məhkəmə sədri işləyərkən elə bir səhvə-cinayətə yol verib ki, heç savadsız kənd mollası da belə etməzdi. 
Təsəvvür edirsiniz, torpaq-mülkiyyət çəkişməsində adı keçən şəxslərdən biri  4 aydır əsgərlikdə, həqiqi hərbi xidmətdə  olduğu halda hakim onun guya məhkəmə prosesində olduğunu məhkəmə sənədlərində qeyd edib. Bunun üstü açılanda Füzuli Pənahov nə desə yaxşıdır: Olub də, texniki səhvdir. 
İnsanların mülkiyyətlə bağlı TALEHİ həll olunan vaxtda, doğrudanmı, hakim texniki səhvə yol verib, yoxsa, külli miqdarda rüşvət alıb ? 

Füzuli Pənahov  Qubada məhkəmə sədri olduğu vaxt 9 yaşlı uşağın başına açılan oyunlar, işgəncələr az qala ölkəni silkələmişdi. Xeyli sayda deputat, Qadın-Ailə-Uşaq  komitəsi sərt şəkildə məhkəməyə etirazını bildirmişdi. 
Deməli, bir neçə rayonda çalışdığı müddətdə külli miqdarda pul qazanan  Füzuli Pənahov özündən o qədər razıdır ki,  tez-tez məclislərdə, dostlarının arasında deyir ki, “Nə qədər lazımdır, verəcəm və Bakı şəhər rayonlarının birində sədr olacam”. 
Bəli, bir ara, Füzuli Pənahov Bakı rayonlarının birində sədr olmaq eşqinə düşmüşdü. Hətta deyilənə görə, “makler” də tapıbmış. 
Amma  bir müddət əvvəl  Ədliyyə Nazirliyi, Məhkəmə-Hüquq Şurası  Füzuli Pənahovun  “qaşqasına”  töhmət yapışdırandan sonra  cənab məhkəmə sədrinin “qazı alınmışdı”. 
Bəli, korrupsiyaya şərait yaradan hallara və digər nöqsanlara yol verdiyinə görə Sabirabad Rayon Məhkəməsinin sədri Füzuli Pənahova yekə bir TÖHMƏT verilib.
Aradan xeyli keçdiyi üçün  Füzuli Pənahov özünü və pullarını toparlayıb, yenidən yüksək vəzifəyə gəlmək istəyir. Bu dəfə cənab Pənahovun könlündən Ali Məhkəmənin sədri olmaq keçir. Və deyir ki, Ali Məhkəmənin sədri Ramiz Rzayevin “limiti” qurtarıb, indi növbə mənimdir..
Deyəsən pulun  çoxluğu  Füzuli Pənahovu əməlli-başlı havalandırıb. 
Belə getsə, birazdan, “vızıv”  atmalı olacaqsan, cənab məhkəmə sədri. Darıxma, lap az qalıb.

Qarşı tərəfə cavab haqqı tanıyırıq, amma 65000-lə bağlı adamların hamısı sağdır aaa

Oxşar xəbərlər

Şirvan Apellyasiya Məhkəməsinin sədri həbs oluna bilər ?
Azərbaycanda hakim vəfat etdi - FOTO
Məzahir Pənahov yenidən MSK sədri seçildi
Nazir məhkəmə sədrinə TÖHMƏT VERDİ
Kamran Əliyev 4 rayonun prokurorunu işdən azad etdi
Musa Pənahovun Qubada gilas bağı – Torpaqlar neçə ələ keçirilir?
Arvadını küt alətlə döydü, dostunu isə bıçaqladı
Füzuli şəhərinin ərazisi minalardan təmizlənir - İcra başçısı
Ata məhkəmə sədri, ana ZAQS-ın müdiri, oğul müstəntiq…- Binəqədi məhkəməsinin sədri Araz Kazımov QANUNSUZLUQ edir ?
Sabirabadda  qızıl  alverçisi Aybəniz Süleymanova və məhkəmə hakimi Fizuli Pənahov bir ziyalı ailənin başına hansı faciəni gətirib ?
Məzahir Pənahova 70 illik yubiley sürprizi
Prezident Suraxanı Rayon Məhkəməsinin yeni binasının açılışında - FOTOLAR
Şəki rayon məhkəməsində  “cərimə rüşvəti“ - Məhkəmənin sədri  Ceyhun Əhmədov hara baxır ?
Vətən müharibəsində itkin düşən zabitimizin nəşi tapıldı
Prezident Daşqın Səfərovu yüksək vəzifəyə təyin etdi
MSK sədri: "Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ilə bağlı heç bir maneə yoxdur"
Məzahir Pənahov yola salınır: Sayılı günlər qaldı
9 aydan sonra nəşi tapılan şəhidimizlə vida mərasimi keçirilir - VİDEO
Şuşa şəhidinin atasından prezidentə müraciət - "“Dəmir yumruğu” işə salmağınızı xahiş edirəm..."
Prezidentdən Məzahir Pənahovla bağlı SƏRƏNCAM
Heydər Əliyevin mühafizəçisi nələr danışdı? - VİDEO
Füzuliyə komendant təyin edildi
Prezident İlham Əliyev Füzuli rayonunda - VİDEO
Azərbaycanda direktor koronavirusdan vəfat etdi
Məhkəmə hakimi vəfat etdi
Bakı Apellyasiya Məhkəməsinin sədri yola salınır - İMAN NAĞIYEV DÖNƏMİ BİTİR
Füzulidə "Pikap" aşdı - Ölən və yaralananlar var
Füzulidə daha 1 nəfər minaya düşdü
Füzulidə avtomobil körpüdən çaya aşıb, ölən var
Məhkəmə hakimi vəfat edib - FOTO