Xətainin keçmiş  başçısı Razim Məmmədov PA-da 5 rayonun kuratorudur ?- HƏBSXANADAKI başçılar səni deyirlər...
23-08-2021, 16:00
1 397

Xətainin keçmiş başçısı Razim Məmmədov PA-da 5 rayonun kuratorudur ?- HƏBSXANADAKI başçılar səni deyirlər...

Razim müəllim, səni deyirlər…

Razim Məmmədovun təkcə Bakının mərkəzində 75 mənzili var 

Azərbaycan doğrudan da  absurdlar ölkəsidir. 
Bir də görürsən qum-çınqıl  karxanasında işləyənin birisini  Prezident Administrasiyasına  ( PA ) baş məsləhətçi apardılar. 
Qalırsan  mat-məəttəl. 
Doğrudanmı, bu adam getdiyi yerdə baş məsləhətçi olub, məsləhətlər verəcək ?
Bunun özünə məsləhət verən lazımdır, axı…
Lətifəsi Razim Məmmədovdan iraq olsun. Amma eşitdiyimizə görə, Razim Məmmədov hazırda PA-da  5 kişidən biridir, daha doğrusu, 5 rayona ağsaqqallıq-kuratorluq edir. 
Belə yerdə deyirlər, dağıl , a dünya. 
Nə isə, yəqin diqqətli oxucular bildi ki, söhbət  Xətai rayonunun keçmiş icra başçısı Razim Məmmədovdan gedir. Eeee Sevda xanımın yaxın qohumu Razim Məmmədovdan
Yorucu olsa da Razim Məmmədovun ömür yoluna bir nəzər salaq. 
İxtisasca əmttə-şünas olan ( tovaraved) olan Razim müəllim  ömrü boyu  hər şeyə  əmtəə kimi baxıb.  
Sonralar firma sahibi olub, Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub. Və 2006-cı ildə gecənin birində bu adamı çağırıb Xətaiyə icra başçısı qoyublar. Və o gündən rayonun başına yekə bir daş düşüb. 
Rayonda yaşıllıq qalmayıb, satılmayan torpaq, hətta səki qalmayıb. Deyilənə görə, Xətai sakinləri  Razim Məmmədovun icra başçısı vəzifəsindən çıxarılmasını “toy-bayramla”, zurna-qavalla  qeyd ediblər.  
Çünki icra başçısı olduğu dövrlərdə Razim Məmmədov daim sakinlərin böyük narazılıqları ilə tez-tez gündəmə gəlib. Hətta, onun adı bir çox biznes məsələlərində də hallanır.
Onun Xətaidə icra başçısı olduğu zamanlarda ciddi korrupsiya və rüşvət hallarına yol verdiyi baradə mediada kifayət qədər yazılar var. 
Hətta  Razim Məmmədov  250 min manat alıb  bina tikmək üçün icazə verdiyi sahibkarın binasını sonra söküb. Sahibkar isə  ziyana düşdüyü üçün Razim Məmmədovu məhkəməyə vermişdi.   
Çünki sahibkar  Xətai Rayon İcra Hakimiyyətindən aldığı icazəyə əsasən sözügedən ərazidə 5 mərtəbəli obyekt inşa etməli idi. Lakin 4-cü mərtəbə tamamlandıqda İcra Hakimiyyəti binanın sökülməsi haqda qərar qəbul etmişdi.
Ona görə deyilir ki, Xətai sanki başdan-başa absurdlar  rayonudur. Necə yəni  250 min rüşvət al, sonra da binanı sökdür. 
Bundan başqa  Razim Məmmədov bir çox ticarət obyektlərinin tikilməsinə icazə verməsə də, gözünü yumub və deyib ki, gedin tikin. 
Amma, bilin ki, Razim Məmmədov heç gecə yatanda da pulsuz gözünü yummur. 
Razim Məmmədovun rayon ərazisində nə qədər yaşıllıqları məhv etməsi isə başqa fəlakətdir. 
Razim Məmmədovun dövründə Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Xaliq Məmmədov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həbs edildi. Məgər Xaliq Məmmədov başçının icazəsi olmadan nəsə edə bilərdi ? 
Sabiq icra başçısının  sahib olduğu evlərin sayı bilinmir, Bakı kəndlərindəki mülkləri, biznes fəaliyyətinin olması isə sirr deyil. 
Razim Məmmədovun Novxanıdakı klinikasının, Marina restoranının dəyəri yüz milyonlarla ölçülür. 
Razim Məmmədovun yalnız Bakının mərkəzi hissəsində 75 mənzili var ki, ən ucuzunun qiymətinin 400 min manat olduğu söylənilir.
Bəli, Razim Məmmədov Şahənşah Rza Pəhləvidən də varlıdır. 
Amma sonuncu həbslərdən sonra  Razim Məmmədovun canına  titrətmə, üşütmə düşüb. Yayın cırhacırında üşüyür.  

Darıxma, Razim müəllim, az qalıb. Səni deyirlər...

P.S. Heç kim bizdən inciməsin, çünki zamanında çox sevinənlər olub. 

Oxşar xəbərlər

Razim  Məmmədovun  MARİANNA-sı…-RAMİZ MEHDİYEVİN ''KRIŞALIQ'' ETDİYİ KEÇMİŞ İCRA BAŞÇISI HƏBS OLUNA BİLƏR.....
Razim Məmmədovun  “davamçısı” Rafiq Quliyev - Cənab başçı, həbs olunan 7  başçını göz önünə gətir
"Mart ayından oğlumun əlillik müavinəti kəsilib..." - GİLEY
Xətainin icra başçısı Rafiq Quliyev yaşıllıqları məhv edib özünə obyektlər tikdirir...-  Bu işdə ona ən çox dəstək verən “Şəhərsalmakomitəsi”nin “Ərazi Mərkəzi”nin sədri Ramin Abdullayevdir...
Prezident onlara fəxri adlar verdi
Xətainin başçısı məktəbin girişini satıb – Jurnalistdən ittiham
Xətai icra başçısının mərkəzdə otlayan qoyunları-VİDEO
Gəncədə DƏHŞƏTLİ QƏZA: Yük maşını iki yerə bölündü, iki nəfər… – FOTO
Xətai RİH başçısından prezidentə şikayət edildi – 360 minlik qalmaqal
Xətai RİH təzminatı ödəmədi: İş adamı Prezidentdən kömək istədi
1-ci Qarabağ müharibəsi iştirakçısı evindən məcburi çıxarılır - Xətaidə ÖZBAŞINALIQ
Keçmiş başçının oğlu icra hakimiyyətində birinci müavin oldu - Neftçalada
Goranboyun icra  başçı  avtobioqrafiyasını  təzələyir Mantyor, ofisiant, kankan, qum-çınqıl  satan icra başçıları
İradə  Gülməmmədovanın həbsi  an  məsələsidir- “Şayba”   daralır  cənab xanım başçı...
Goranboyun icra başçısı avtobioqrafiyasını təzələyir...
Alimpaşa Məmmədovdan keçmiş şefinə SƏDAQƏT... - İLGİNC İDDİA
Xətai  rayonunda təhsil rəzaləti-Liseyin direktoru Nəzakət Əsgərova nə təhsil nazirini nə də icra başçısını sayır
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
Növbəti HƏDƏF ŞAİR ALXASOVDUR... - İDDİA
Alimpaşa Məmmədovun fermada saxladığı maralları ac qalıb - VİDEO
Kəlbəcərin gənc icra başçısı  Azər Qocayev nə işlə məşğuldur?
“Sahibkarların qənimi”  Alimpaşa Məmmədov indi də şəmkirlilərin qəniminə çevrilib- İcra başçısı şəhid məzarlarından 700 min manat qazanıb
Rabitə və nəqliyyat işini bilməyən Rabitə və Nəqliyyat naziri Ramin Quluzadə  Rabitə nazirliyi, yoxsa saçyoldu kantoru ?
Fazil Məmmədov sabiq başçının oğluna vəzifə verdi
İqbal Ağazadə prezident aparatına və DTX-yə müraciət etdi – İcra başçısına görə
İcra başçısı Şuşa fatehinə qadın paltarı bağışladı
“Alimpaşa Məmmədovun dəstəsi bu gün də Şəmkirdə talanla məşğuldur” - sahibkardan ittiham
Azərbaycanda sabiq icra başçısı dünyasını dəyişdi
Füzulinin icra başçısı Alı Alıyev necə MAYOR oldu ?- Onun oğlu Elvin Alıyev  niyə rəis müavinliyindən çıxarıldı ?