Hacıbala Abutalıbov və Əbülfəz Qarayevin “tula”ları...- Rüşvət və korrupsiya  sistemində  “tula”ların rolu
18-08-2021, 18:15
933

Hacıbala Abutalıbov və Əbülfəz Qarayevin “tula”ları...- Rüşvət və korrupsiya sistemində “tula”ların rolu

Onları işi  “şikarı” - sahibkarı,  biznesmeni məmurun kabinetinə qovub, tora salmaqdır ..


Ovçuluq  əkinçilikdən də qədim peşədir. 
Qədim insan öz maddi tələbatını ödəmək üçün ətrafdakı canlıları ovlayıb qarnını doyururdu. 
Təsəvvürünüzə gətirin qədim insan ilk dəfə daşı götürüb quşa, hansısa heyvana atır. Və onu ovlayır. Sonralar, ox, tüfəng  və s. silahlar  icad olunacaq. 
Çox sonralar insan oğlu vəhşi heyvanları əhlilləşdirməyi öyrəndi. Və əhlilləşdirdiyi itlərdən ov tulası kimi istifadə etməyə başladı. Hətta ov tulalarına təlim də keçirdilər. 
Sözün qısası, ov tulaları ov zamanı ovçuya əməlli-başlı kömək edirdilər. 
Belə ki, tulalar  ov quşlarını, heyvanları qovub düz ovçunun hədəfinə-tuşuna gətirirdilər. 
Yəni əslində ovu tapıb gətirən ovçu tulaları olurdu. Ovun iyisinə düşüb onu yerindən tərpədir, qaçmağa, uçmağa məcbur edirdilər. Ovçu üçün qalırdı bircə tuşlayıb atmaq. 
Bu gün də ov tulaları ovçuların karına gəlir, hətta ov tulalarının qiyməti günbəgün artır. 
Qədim peşə olan ovçuluğu, ov tulalarını nə üçün yada saldıq. 
Heç kimin ağlına gəlməz ki, korrupsiya və rüşvətxorluqla ov tulaları arasında bir oxşarlıq olsun. 
Bəli, korrupsiya prosesində də az qala bir sürü  tula iştirak edir. 
Korrupsioner oturub yayda sərin, qışda isti kabinetində, “ov” gözləyir ki, nişan alıb gözündən vursun. 
Bəli, kimsə “ovu”  korrupsioner-rüşvətxor ovçunun qabağına, tuşuna gətirməsə, o heç nə edə bilməz. 
Korrupsioner məmur gedib küçədə, bayırda  yağlı rüşvət verən axtarmır ki...
Bunun üçün müasir tulalar var ki, onların işi  imkanlı, varlı adamları  aldadıb, tovlayıb  korrupsioner məmurun  kabuinetinə gətirməkdir. Onların işi bura qədərdir. Sonrasını məmur özü həll edir. 
Zarafat  bir yana, rüşvət və korrupsiya sadə məsələ deyil. Bu geniş bir sistemdir, bunun  vintləri, şaybaları, tulaları var. 
Müasir  ov tulaları da  korrupsiya sistemində önəmli rol oynayırlar. 
Məsələn, sabiq mədəniyyət və turuzm naziri Əbülfəz Qarayevin belə bir tulaları olub. Onlar ölkədəki imkanlı sahibkarları izləmək, onlara maraqlı təkliflər vermək, bahalı turuzm obyektlərinin alıcılarını tapmaq, onların maliyyə imkanlarını dəqiq öyrənmək və  sonda “şikarı”, yəni ovu,  “ovçu”nun  - nazir Əbülfəz  Qarayevin  hədəfinə tuş gətirmək və qalanı nazirlikdir. 
Söhbət təkcə turizm obyektindən getmir. Bu gün əməkdar, yaxud xalq artisti olmaq istəyən o qədər onların özlərinin dilləri ilə desək, “quşlar”  var ki. Bunları ovlamaq üçün əməlli-başlı tor qurmalısan, onları tora salmalısan.
Dediyimiz o tulalar kimləri  tora salmayıblar. Kimlərin milyonlarının dalına keçməyiblər. 
Bu məsələ təkcə sabiq nazir Əbülfəz Qarayevlə bağlı deyil. Digərləri də  tulaların xidmətindən yaxşıca istifadə edir. 
Belə məmurlardan biri də Bakının keçmiş meri Hacıbala Abutalıbovdur. 
Məlumdur ki, Hacıbalanın  tulaları bir neçə il əvvəl  tikinti adı ilə xeyli sahibkarı merin toruna salıblar. Və sahibkarların təxminən 100 milyon manat pullarını alıblar ki, sizə  paytaxtda  böyük ərazi veriləcək ki, tikinti ilə məşğul olun. 
Həmin tullalar  sonra qaçıb aradan çıxıblar. İndi zavallı sahibkarlar  qalıblar naçar vəziyyətdə. 
Nə tulaları tapa bilirlər, nə də Hacıbalanı  tapmaq olur. 
Digər məmurlar da  bu müasir tulalardan çox məharətlə istifadə edirlər. 
Elə bilirsiniz almaq-vermək asan məsələdir. Bunun da gərək müasir metodlarını biləsən. 
Bu tulalar  bu yolla neçə-neçə iş adamının, biznesmenin  ocağını söndürüb, biznesini çökdürüb, özünü də quyunun dibinə salıblar. 
Bir  vicdanlı araşdırmaçı, müstəntiq, ədalətli hakim lazımdır ki, bu tulaları öz məmur sahibləri ilə qarın-qarına  bağlayıb ata quyunun dibinə.

P.S Növbəti saylarımızda həmin tulaların adlarını bir-bir yazacağıq. Bizi izləyin.


Oxşar xəbərlər

Ermənilərdən gülünc xəritə: “çoxminillik" SES
Hacıbala Abutalıbov həbs oluna bilər
Tələbəni təhqir edən direktor: "O sözün mənasını indi öyrənirəm"
Prezident Azıx mağarasında - VİDEO
Salyan sakinindən qanunsuz silahlar götürüldü
Aktyor evini satışa çıxardı: “Bilmirəm, nə edim!..”
Mafiyalar savaşa başladı – Çox sayda ölənlər var
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət etdi
Cəlilabad rayon icra hakimiyyətində məmur özbaşınalığı davam edir
“Bunu başqa planetdən gələn yadplanetli yox, erməni edib" - Prezident
Bu da Oqtay Əsədovun itləri - Sabiq spiker Türkanda tulaları üçün də çimərlik tikib
“Ermənistan ərazisindəki qədim Azərbaycan yaşayış məntəqələri öz əsl adları ilə çağırılmalıdır”
“Ermənistanda olan azərbaycanlı əsirlərin hüquqları pozulur” - Ombudsman
Hacıbala Abutalıbov Bakıdan köçüb - Kənddə yaşayır
Laçını tərk edən ermənilər apara bilmədikləri heyvanları öldürürlər - FOTO
“Əmlak komitəsi” hansı başla işləyir? – Qoçbaşı məharəti
Şuşa qalasının neçə darvazası var?
Hacıbala Abutalıbov işdən çıxarılandan sonra Fəxri Xiyabana getmir
Yunanıstanda yanğınlar: Alov qədim Olimpiya şəhərini bürüyür
“Mənim həbs olunmağını istəyənlər...” – Abutalıbov danışdı
“Putinin müdaxiləsi və səyləri olmasaydı...” - İlham Əliyev
Bəs, sənin  ŞAM-ını kim tutub, xanım Qaralova ?- Bakı Humanitar Kollecində ÖZBAŞINALIQLAR...
Kəhrizdə insan skleti aşkarlandı - Video
ABŞ təyyarəsinin eniş qurğusunda insan cəsədinin olması təsdiqləndi
Abutalıbovun bu qərarı onu həbsə apara bilər - TƏFƏRRÜAT
Xınalıqda nadir tapıntılar aşkarlandı
Koronavirusun təsbit edilməsində itlərdən istifadə olunacaq
Hacıbala Abutalıbovun Türkiyədə milyonluq biznes şəbəkəsi: - Otel, restoran, qızıl mağazaları...
Oğuzda canavarlar kəndə hücum etdi
Ağadadaş Ağayevin Türkiyədəki evini satıb - Pulunu yeyiblər