Sözün düzü, bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının heç kimin tərifli sözünə, vəkilliyinə ehtiyacı yoxdur.
Çünki ən gözəl tərifləri, ən böyük adları, titulları cənab Prezident öz əməlləri ilə əldə edib. Yəni sözdə deyil, əməldə ƏSL LİDER olduğunu XALQ VƏ TARİX qarşısında sübut edib.
Gəlin, çox uzaq tarixə deyil, 44 günlük Vətən Müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il səhər saatlarına qayıdaq.
Həmin gündən 5 ay, 3 ay, 15 gün deyil, 1-cə gün qabaq Azərbaycanda ən savadlı, ən təcrübəli, ən peşəkar, ən uzaqgörən şəxsdən Qarabağın azad edilməsini deyil, 1-cə rayonun azad ediləcəyini soruşsaydın, başını bulayıb, ümidsiz cavab verərdi. Yəni cəmiyyətdə Qarabağla bağlı dəhşətli bir ümidsizlik var idi, heç kim bu tezlikdə Qarabağın azad ediləcəyini nəinki gözləmirdi, hətta ağlının ucundan keçirmirdi.
Məhz ona görə də cənab Prezident Xalqa müraciətində dedi ki:
“Nəyi necə, nə vaxt etmək lazımdır, bunu MƏN bilirəm”.
Bəli, cənab İlham Əliyevin apardığı uzaqgörən siyasət sonda ZƏFƏR-lə başa çatdı.
2003-cü ildən sonrakı illəri göz önünə gətirin.
“İki eşşəyin arpasını bölə bilməyənlərin”, ancaq hakimiyyət uğrunda hay-küy salan radikal müxalifətçilərin dediklərini yada salın.
Hamısı bir ağızdan qışqırırdı ki, neftdən gələn milyardlar hara gedib ?
Barı, 44 günlük rəşadətli Vətən Müharibəsindən sonra özünüz öz sarsaq sualınıza cavab tapa bildinizmi, ey arpaşünaslar ?
İndi bildinizmi, pullar hara gedib ?
Pullar vətənin abadlığına, rifahına və ƏN ƏSASI AZAD OLUNMAĞINA xərclənib.
İndi başa düşdünüzmü, cənab İlham Əliyevin apardığı mahir, peşəkar siyasətin nəticəsi nə imiş?
Təsəvvürünüzə gətirin ki, o boyda müharibədə 1 nəfər fərari olmadı. Bu dünyada analoqu olmayan haldır.
7-dən 77-yə kimi bütün xalq cənab Prezidentin ətrafında birləşdi.
Sizlər 30 ildə 5-10 nəfəri ətrafınızda birləşdirə bilmədiniz. Adi 10-15 nəfərlik piket keçirməyə gücünüz yoxdur.
Azərbaycan tarixində ilk dəfə Azərbaycan xalqı öz dövlətinə, öz ordusuna, öz prezidentinə inanaraq onun ətrafında sıx birləşdi.
44 günlük müharibədə ən müasir silahlardan istifadə edildi.
Bunu əldə etmək, bundan istifadə etməyi bacarmaq elə bilirsiniz asan idi ?
Əvvəlki illərdə az qala dünyanın yarısı Azərbaycana qarşı birləşmişdi və mənfur erməniləri dəstəkləyirdi.
Elə bilirsiniz dünyanın böyük güclərini zərərsizləşdirmək, hətta bizim haqq işimizin müdafiəçisinə çevirmək asan başa gəldi ?
Bunun üçün böyük siyasi ağıl, diplomatik məharət lazım idi.
Sizlər 90-cı illərdə Azərbaycanı az qala dünya ilə düşmənə çevirmişdiniz, Çinə, İrana müharibə elan edirdiniz. Sizə haqlı olaraq fərari, dezertir, iki uzunqulağın arpasını bölə bilməyənlər deyilir.
44 günlük müharibədə, cənab Prezident təkcə Qarabağda müharibə etmirdi, az qala müdafiə naziri, xarici işlər naziri vəzifəsini üzərinə götürüb, dünya gücləri ilə informasiya müharibəsi aparırdı.
Bəli, konkret olaraq cənab Prezident bütün dünyanı FAKT qarşısında qoydu. Və az qala 100 ildən artıq tarixi olan Qarabağ məsələsini bir yolluq həll etdi.
Bəs bu illər ərzində sizlər nə etdiniz ?
Əl-ayağa dolaşmaqdan başqa heç nə.
Neçə dəfə inqilab etmək, çevriliş etmək eşqinə düşdünüz?
Bəlkə korşalmış yaddaşınızı tərpədək.
2005-ci ildə iqtidardakı bəzi nazirlərlə birləşib “narıncı inqilab” etmək istəyirdiniz. Əli İnsanovu gətirmək istəyirdiniz. Nooldu, əə, Əli İnsanov ?
Sorosun pullarına aldığınız narıncı maykaları geyib küçələrə düşmüşdünüz. Elə bilirdiniz hakimiyyətə gələcəksiniz.
Bəlkə, 2011-ci ili yadınıza salaq ?
“Ərəb baharı”ndan vurub keflənmişdiniz, elə bilirdiniz Qərbdəki ağalarınız bugün-sabah sizi hakimiyyətə gətirəcək.
Nooldu, əə, Qərbin nökərləri ?
Niyə gəlmədiniz hakimiyyətə ?
“Ərəb baharı” baş verən ölkələr hələ də fəlakətdən çıxa bilmir. Sizlər də Azərbaycanı xarabaya çevirəcəkdiniz.
Cənab prezident haqlı olaraq deyir ki, bütün bu rəngli inqilabların məqsədi satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək idi.
Gözlərinizi niyə bərəldirsiniz ? Bəlkə belə deyildi ?
Bu gün dünya Azərbaycanla, onun Prezidenti ilə hesablaşır, daha doğrusu, hesablaşmağa məcburdu. Çünki ortada “Dəmir Yumruq” var.
Təsəvvür edirsiniz, dünya Qarabağ savaşında bizə az qala başkəsən, ermənilərə isə məzlum, cəfakeş kimi baxırdı. Ancaq aparılan dürüst dipolamatiya nəticəsində dünyanın xeyli hissəsi bizim haqq işimizə dəstək verdi, ən azı neytral qaldı. Bunu əldə etmək üçün illər uzunu çalışmaq lazım idi.
Bu gün bəziləri unudub ki, ermənilər bizə nə deyirdi: “Özünüzü yaxşı aparmasanız düz Bakıya gələcəyik”.
Bəli, cəmi 1 il əvvəl erməni generalalrı belə deyirdi.
Onların başına “Dəmir Yumruğu” salan cənab İlham Əliyev oldu.
Bütün bunları görə-görə, yenə öz xain niyyətlərinizdən əl çəkmirsiniz. İrili-xırdalı problemləri özünüzə şüar etmisiniz.
Kim deyir ki, ölkədə problemlər, bürokratiya, məmur özbaşınalığı yoxdur. Bunları hamıdan öncə ölkə başçısı özü deyir və tədbirlər görür.
Sizlər isə bir məmur həbs olunan kimi Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, Daxili İşlər Nazirliyinə ağız büzürsünüz, diktatura-filan deyirsiniz.
Müxalifətin bəzi mirzələri “Həbslər başlandı-filan” deyib hay-küy salırlar, Qərbdəki ağalarına danos ötürürlər.
Bəs Korrupsiya İdarəsi rüşvətxor məmuru həbs etməsin, DİN tədbir görməsin ?
Bəlkə ölkə sizin kimilərin hesabına xaosa çevrilsin ?
Bəli, sizin mahiyyətiniz çoxdan bəllidir.
Həbsxanaya düşən pullu məmura dəstək vermək, ondan siyasi dustaq qayırmaq və məmurun xalqdan oğurladığı milyonlara şərik olmaq. Sizinki siyasət deyil, siyasi tüccarlıqdır. Gedin alverinizi edin.
Unutmayın ki, bu gün Azərbaycan Prezidenti dünyada böyük hörmət sahibidir və şanlı ordumuzun reytinqi nüfuzlu sorğularda ön sıralardadır.
Və nəyi necə, nə vaxt etməyi cənab İlham Əliyev əla bilir.
Nəyi necə və nə vaxt etməyi cənab İlham Əliyev gözəl bilir...- İlham Əliyev sözdə deyil, əməldə ƏSL LİDER olduğunu sübut etdi
20
avqust
23:27

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"İlham Əliyev Azərbaycan xalqının Atatürküdür"
Prezident Rafiq Nəsirova ev hədiyyə etdi - FOTO
İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
İlham Əliyev Daşkəsəndə səfərdədir
İlham Əliyev müsahibə verdi
İlham Əliyev Oljas Süleymenovu qəbul etdi - FOTOLAR
İlham Əliyev videokonfransda çıxış etdi - FOTO
“Mümkünsüz kimi görünəni etdik“ - İlham Əliyev
Daşkəsəndə Silahlı Qüvvələr Günü qeyd olunub
İlham Əliyev Ərdoğana təşəkkür etdi
Prezident İlham Əliyev “Ana harayı” abidəsini ziyarət etdi
"Şuşi” adlı şəhər yoxdur, Şuşa var” - İlham Əliyev
Əli Kərimli Prezidenti təbrik edib: “İlham Əliyev xalqımıza güvənərək...”
Müasir dünyanın dili ilə danışmağı bacaran İlham Əliyev və MAĞARA LİDERİ Paşinyan
“Ermənilərin gözünün içinə baxıb “Nə oldu Paşinyan” deyəcəyik”
Prezident İlham Əliyev Füzuli rayonunda - VİDEO
Şuşalı qız Milli Məclisdə çıxış etdi
"Müzəffər öndərimiz İlham Əliyev Azərbaycanın gücünü bütün dünyaya sübut etdi"
İlham Əliyev “Boeing” Şirkətinin prezidentini qəbul etdi
“Prezident İlham Əliyev xalqımızın Qarabağ həsrətinə son qoyub“ - Hikmət Hacıyev
İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR
İlham Əliyev Şuşaya getdi – Video
"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlara imza atacaq" - Ağalar Vəliyev
Daşkəsəndə şəhid ailələrinin üzvlərinə və Vətən müharibəsi iştirakçılarına medalları təqdim edilib
İlham Əliyev: "Daha 8 kənd işğaldan azad edildi"
İlham Əliyev Ərdoğana zəng etdi
İlham Əliyevin yumruğu hər qalxıb enəndə yeni bir kənd və qəsəbə azad edilib - Səfir
"Bir çox inkişaf etmiş ölkələri qabaqlamışıq" - Dövlət başçısı
Ərdoğan və Bağçalı Şuşaya gəlir
“Bilirik ki, PKK oradadır…” – İlham Əliyev
- Qızıl və gümüş ucuzlaşdı
- 3 000-dən çox insan Ermənistanın mina terrorunun qurbanı olub
- Bir ayda necə arıqlamaq olar? - Dietoloqların sadə sirri
- İstənilən “iPhone” funksiyası “Android”lərə gələcək
- Keçmiş yeznələrini küçədə öldürdülər
- 117 yaşlı qadın 107 yaşlı bacısı ilə ad günü qeyd etdi
- Avtobusların iştirakı ilə baş verən QƏZALAR - VİDEO
- Teymur Rəcəbov üçüncü dəfə ATA OLDU - FOTO
- Putin və Rəisi Qarabağı müzakirə etdilər
- “Müğənnilər səhnəyə lüt çıxır, cəsarətiniz çatırsa onları yazın, Yaşar Nurinin qızını yox”
- General getdi, birinci müavin vəzifəsi ləğv edildi - İcra başçısının oğlu vəzifədə qaldı
- Vaqner Afrika və Belarusda fəaliyyətini davam etdirir
- Maştağa sakini İrana görə tutuldu - CASUS ŞƏBƏKƏSİ
- "Yunayted" 100 milyon avroluq transferə hazırlaşır
- "İlin sonuna qədər inflyasiyanın birrəqəmli səviyyəsinə endirilməsi gözlənilir" - Baş nazir
- Hərbçilərimiz Kəlbəcərdə daha bir silah anbarı aşkar etdilər - VİDEO
- Hidayət Heydərov beşinci dəfə Böyük Dəbilqəni qazandı
- İrəvan-Arazdəyən yolu bağlandı, saxlanılanlar var - VİDEO
- Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi
- Ceyhun Bayramov bu gün BMT Baş Assambleyasında çıxış edəcək
- “Azərbaycan Qarabağa tam nəzarət edir” - Separatçıların sabiq "nazir"i
- İlham Əliyev Toivo Klaarı qəbul edib
- İlham Əliyev Toivo Klaarı qəbul edib - YENİLƏNİB
- Xarici ölkələrin hərbi attaşeləri Şuşaya səfər ediblər